Bizim həkim 

TƏBİB Azərbaycanda koronavirusla bağlı bu günə olan statistikanı açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb. Məlumata görə, bu gün ölkəmizdə daha 5642 nəfər koronavirus testindən keçib. Bununla da ümumilikdə 226 005 şübhəli koronavirus testindən keçib. Reanimasiyada olan xəstə sayı 38, süni tənəffüs cihazına qoşulu xəstə sayı 13 nəfərdir.  

Read More
Bizim həkim 

Azərbaycanlıların şəkər və təzyiqə tutulmasının səbəbləri – Məşhur professorun müalicəsi

Diabet xəstəliyinin normal və alternativ müalicə metodları 5 il bundan öncəyə qədər hər kəs bu qənaətdə idi ki, diabet genetik, nəsildən nəslə keçən və ya xroniki, tam müalicəsi olmayan xəstəlikdir… İndi isə fikirlər dəyişir və bunun elmi sübutu var. ARANTV.AZ medicina.az-a istinadən Almaniyada çalışan professor Ağabəy Azərbaycaninin diabet xəstəliyinin qarşısının alınması və müalicəsində şəxsi metodikası ilə bağlı yazısını təqdim edir: “Diabet xəstəliyinin tibdə 2 forması var: I tip diabet – uşaqlar, yeniyetmələr və gənclərdə erkən yaşlarda görünür. Mədəaltı insulin ifraz edə bilmir. Bu xəstələr ümumi diabet xəstələrinin 8%-dir. Qalan diabet…

Read More
Bizim həkim 

“Ağciyərlərdə buzlu şüşə effekti yeni bir şey deyil və təkcə koronavirusda olmur” – Pulmonoloqdan maraqlı açıqlamalar

ulmonoloq Eldar Zeynalov Gəncə şəhərində çalışır. Dəfələrlə ağır pnevmoniya xəstələrinin uğurlu müalicəsi ilə bağlı ağciyərlərin öncədən və sonrakı nəticələrini paylaşaraq, pnevmoniyanın əslində elə də dəhşətli, qorxulu xəstəlik olmadığını və müalicəyə tabe olduğunu göstərib. Bu yaxınlarda 70 yaşlı şəkərli diabet xəstəsində ikitərəfli, ağır virus pnevmoniyasının 12 gün ərzində uğurlu müalicəsi barədə paylaşdığı fotofakt diqqətimizi xüsusilə çəkdi. Çünki həmin fotoda son zamanlar koronavirus ağırlaşması kimi gündəmdə məşhur olan ağciyərlərdə buzlu mat şüşə effekti sindromu görünürdü. Deməli, virus pnevmoniyası üçün xarakterik olan bu sindrom da müalicə olunur. Düzdür, həmin xəstənin koronavirusa yoluxub- yoluxmaması…

Read More
Bizim həkim 

“Koronavirus stressindən qurtulmaq üçün…” – Azərbaycanlı psixoloq

Koronavirus dünyada yeni nizamın yaranmasına səbəb oldu. Həyatın bütün müstəvilərində biz bu təsiri görürük. Düşünürəm hələ uzun müddət bəşəriyyət pandemiyadan irəli gələn yaşam şərtləri ilə yaşamalı olacaq. Bunu Milli.Az-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov söyləyib. O bildirib ki, insan faktoru bütün baş verənlərin fövqündə dayanır: “Pandemiya, birinci növbədə, insanlararası münasibətə, eləcədə də insanın özünə, cəmiyyətə, dünyaya baxışında yeni düşüncə tərzinin formalaşmasına gətirib çıxardı. Proses mərhələli şəkildə getdiyindən biz bunu həyatımızda kəskin sıçrayış formasında görmədik. Ancaq ətrafımızda nələrinsə dəyişdiyinin şahidi olduq. Söhbət tək sosial izolyasiyadan, xüsusi karantin rejiminin tələblərinə əməl…

Read More
Bizim həkim 

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 14-nə olan statistik göstəriciləri açıqlayıb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 745 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 214 291 test aparılıb.

Read More
Bizim həkim 

Kürdəmirdə hamilə qadın güllə yarası ilə xəstəxanalıq olub

Kürdəmir rayonunda silahlı insident olub. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb. Belə ki, 20 yaşlı kənd sakini Mövlayeva Könül İbrahim qızı yaşadığı evin həyətində naməlum şəraitdə güllə yarası alıb. Yaralı yaxınlıqdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin necə baş verməsi ilə bağlı araşdırma aparırlar. Qeyd edək ki, güllə xəsarəti alan K.Mövlayeva iki aylıq hamilədir.

Read More
Bizim həkim 

“Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir””- Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Bu koronovirus pandemiyası həqiqətdir! Tanınmış uroloq həkim, tibbi bloger Vasif İsmayıl Azərbaycanda insanların karantin tədbirləri yumşalandan sonra koronavirusa olan inamı və yoluxmaqdan qorxusunun tamamilə itməsi və daha da laqeyd olmasının yarada biləcəyi acı fəsadlardan yazıb. ARANTV.AZ medicina.az-a istinadən bildirir ki, həkim pandemiyadan yorulan və əvvəlki həyat rejiminə birdən-birə və tez qayıtmasını istəyən insanların böyük səhv etdiyini bildirib. Həmin yazını təqdim edirik: “Azərbaycan insanı pandemiya şərtlərində tətbiq edilən karantin tədbirlərindən yoruldu. Bunu ölkənin müxtəlif informasiya vasitələrini, eləcə də sosial şəbəkələri izləyərək görmək olar. İnsanlar sosial məsafəni qorumaq istəmir, banklarda, mağazalarda, növbədə…

Read More
Bizim həkim 

Azərbaycanda koronavirusa yoluxmuş LOR cərrah ölümdən belə xilas edildi – “Həkimləri çarəsizlikdən ağlayırdı”

Azərbaycanda LOR cərrah İlqar Əzimov xəstəsinin boğazını müayinə edərkən, onun koronavirus olduğunu bilmədiyindən özü də virusa yoluxmuşdu. Virusun ağırlaşmasından ikitərəfli pnevmoniya olan həkim təcili koronaviruslu xəstələrin müalicəsi üçün açılmış Yeni Klinikaya çatdırılmışdı. ARANTV.AZ medicina.az-a istinadən bildirir ki, bu barədən onun kolleqası, anestezioloq -reanimatoloq Şahin Məmmədov geniş məlumat verib. Belə ki, hipoksiyada, ağır tənəffüs çatışmazlığında olduğu üçün xəstəyə dərhal süni tənəffüslə CPAP verildi. Lakin cpap kömək edə bilmədiyi üçün intubasiya edilərək, tam olaraq süni tənəffüsə keçirildı. İlqar Əzimov 1 həftədən çox süni tənəffüs aparatında ölümlə mücadilə etdi. Ağciyərlər hər ikisi total olaraq…

Read More
Bizim həkim 

Nevropatoloq: karantin rejiminin qaydalarına əməl etməklə koronavirusa yoluxma zəncirini qırmaq mümkündür

Hazırda ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə uğurlu nəticə əldə olunur. Hər gün xeyli sayda xəstə sağalaraq evə buraxılır. Bunun səbəbi həm həkimlərin yorulmadan çalışması, həm də vətəndaşların hökumətin tətbiq etdiyi karantin rejiminə riayət etməsidir. “Gözəgörünməz” düşmənlə mübarizədə qazanılan üstünlük nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejiminin məhdudiyyətlərinin bir hissəsi yumşaldılıb, bəzi sahələr fəaliyyətə başlayıb. Lakin arxayınlaşmaq üçün hələ tezdir. Çünki hələ də virusa yoluxma halları var və bu təhlükə bitməyib. ARANTV.AZ bildirir ki, bu barədə AZƏRTAC-a nevropatoloq Yeganə Rəşidova məlumat verib. “Hər kəsə həm özlərini, həm də yaxınlarını…

Read More
Bizim həkim 

Bu gün Azərbaycanda 4385 nəfər koronavirus testindən keçib

Bu gün Azərbaycanda 4385 koronavirus testi həyata keçirilib. APA xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Məlumata əsasən, ümumilikdə 164 481 test həyata keçirilib. Reanimasiyada olan xəstə sayı 23, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir. Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2060, virusdan ölənlər 26, sağalan xəstə sayı 1508, aktiv xəstələrin sayı isə 526 nəfərdir.

Read More