Oqtay Şirəliyev: Türkdilli dövlətlərin Səhiyyə nazirlikləri arasında yeni qurum yaradılacaq
Türkdilli dövlətlərin səhiyyə nazirlikləri arasında yeni qurum yaradılacaq. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu AzTV-nin “Hədəf” verilişinin qonağı olan Səhiyyə naziri Oqtay Şirəliyev deyib. Nazir bu gün baş tutan Türkdilli dövlətlərin səhiyyə nazirlərinin görüşü haqqında məlumat verib. O bildirib ki, bu görüşdəki müzakirələr böyük əhəmiyyətə malikdir: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Bu görüşdə Prezident İlham Əliyevin təklifi idi ki, həmin ölkələrin Səhiyyə nazirləri də videokonfransla görüşərək pandemiya ilə bağlı öz fikirlərini…
Read More