Bizim həkim 

Koronavirus orta insan ömrünü neçə il azaldır? – ARAŞDIRMA

Şotlandiya alimləri koronavirusun orta insan ömrünü təxminən 10 il azaltdığını müəyyən ediblər. Bu barədə “Wellcome Open Research” məlumat yayıb. Mütəxəssislər İtaliyadakı koronavirus xəstələri haqqındakı məlumatları və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəliklər səbəbindən insan ömrünün azalması ilə bağlı hesablama cədvəlini təhlil ediblər. Nəticədə məlum olub ki, COVID-19-dan ölən kişilər ömürlərinin 13, qadınlar isə 11 ilini itiriblər.

Read More
Bizim həkim 

Azərbaycanda koronavirusa yoluxan uşaqlar və yetkin yaşlı xəstələrin idarəolunması qaydası açıqlandı

Azərbaycanda COVID-19 a yoluxmuş uşaqların və yetkin yaşlı xəstələrin idarəolunması və müalicəsi qaydası açıqlanıb. ATANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb. Sənəddə qeyd edilir ki, uşaqlarla əlaqəli COVID-19 infeksiya hallarının müalicəsi barədə yetərli səviyyədə olan elmi sübutlarla əsaslandırılmış məlumatlar mövcud deyil. Buna görə də uşaqlar üçün COVID-19 müalicə tövsiyələri böyüklər üzərində aparılmış tədqiqatlar əsasında qiymətləndirilməli və xəstə uşağın vəziyyətinə uyğun olaraq planlaşdırılmalıdır. Koronavirus infeksiyasının yayılmasının başlanğıcından etibarən 22 mart 2020-ci…

Read More
Bizim həkim 

Oksford Universitetinin tədqiqatçıları koronavirus əleyhinə vaksinin sınaqlarına başladı – VİDEO

Koronavirus əleyhinə vaksin hazırlayan Oksford Universitetinin tədqiqatçıları preparatın könüllülər üzərində sınaqlarına başlayıb. TASS agentliyi xəbər verir ki, söhbət “ChAdOx1 nCoV-19” adı verilmiş vaksindən gedir. Sınaqlar 1 100 könüllü üzərində aparılacaq. Vaksin şimpanzedə olan virus əsasında yaradılıb və tərkibinə koronavirusun genetik kodunun hissəsi əlavə edilib. Oxşar texnologiya daha əvvəl başqa xəstəliklərə qarşı immunitetin yaradılmasında effektivliyini sübut edib. Son statistik rəqəmlərə əsasən, dünyada 2 725 920 nəfər koronavirusa yoluxub. 191 061 nəfər virusun qurbanı olub, sağalanlar isə 745 905 nəfər təşkil edir.

Read More
Bizim həkim 

Koronavirus laboratoriyada hazırlanmayıb

Koronavirusun laboratoriyada hazırlanıb-hazırlanmaması barədə suallara aydınlıq gətirilib. ARANTV.AZ deyerler.org-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb. “Əldə olan dəlillər koronavirusun heyvandan qaynaqlandığını göstərir. Virusun laboratoriyada hazırlandığı və ya dəyişikliyə məruz qaldığına dair bi sübut yoxdur”, – açıqlamada vurğulanıb.

Read More
Bizim həkim 

Koronavirus ən çox gözlərdə yaşayır – Sağalandan sonra belə

Koronavirusun RNA-sı gözlərin selikli qişasında güman olunduğundan da çox yaşayır, hətta xəstələrin analizi neqativ çıxsa da gözlərdə virus qalmaqda davam edir. ARANTV.AZ Medicina.az-a istinadən xəbər verir ki, bunu İtaliya İnfeksion xəstəliklər İnstitutunun alimləri elmi tədqiqatın nəticəsində təyin ediblər. Virus insandan insana öskürək və asqırmaq zərrəcikləri ilə yanaşı digər bioloji mayelərlə də keçir. Məsələn, xəstəxanalarda pasiyentlərin gözləri ilə kontakt həkimlərə virusu ötürüb. İtaliyaya Yuhandan gəlmiş 55 yaşlı qadının burun və boğazından yaxma koronavirusu sübut etmişdi, amma 5 gün sonra onun gözlərindən alınmış yaxmada da virusun RNA-sı tapıdı. Həkimlər bu qadından hər…

Read More
Bizim həkim 

Peyvənd koronavirusdan qoruyurmu? – VİDEO

20-26 aprel tarixləri ümumdünya səhiyyə təşkilatı tərəfindən Avropa immunlaşdırma həftəsi kimi elan olunub. Layihədən kənarda qalmayan Azərbaycanda da vaxtında peyvənddən kənarda qalmış uşaqlar peyvəndlərə dəvət olunur. Lakin ölkəmizdə əhali arasında peyvəndə münasibət birmənalı deyil. Bəziləri ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyətli olduğunu hesab edir, bir qismi isə nə olursa olsun, peyvəndi vacib sayır. Həkim pediatr Səbinə Nurəliyeva hesab edir ki, peyvənd vacibdir və bir sıra xəstəliklərdən qorunmağın yeganə yoludur.  Koronavirus infeksiyasının bizə bir dərs olduğunu deyən həkim-pediatr, bundan sonra valideynlərin bu məsələyə daha həssas yanaşacaqlarını düşünür. Onun sözlərinə görə, uşaqların sağlam…

Read More
Bizim həkim 

Koronavirus xəstələrini müalicə edən həkim: “Martın əvvəllərindən evə getmirəm” – MÜSAHİBƏ

“Koronavirus xəstələrinin sayı, ağırlaşma və ölüm faktları digər ölkələrlə müqayisədə Azərbaycanda çox azdır. Hazırda xəstəxanada müalicəsi davam edən koronavirus xəstələrinin vəziyyəti stabildir”. Oxu.Az pandemiya əleyhinə ölkəmizdəki xəstəxanalardan birində çalışan həkim Arzu Ələkbərova ilə müsahibəni təqdim edir: – Bu gün çalışdığınız tibb müəssisəsində koronavirus xəstələrinin sayı çoxdur? – Xeyr. Əvvəl müraciətlər bir qədər çox olsa da, indi artıq yoluxmaların sayı kifayət qədər azalıb. Xəstəxanamızda 100 xəstə üçün yer ayrılıb. Lakin bu günə qədər xəstələrin sayı 80 nəfəri keçməyib. – Operativ qərargah ölkədə koronavirusa yoluxanların yaş qruplarını açıqlamışdı. Onların arasında yaşı 9-a qədər olan uşaqlar da…

Read More
Bizim həkim 

Koronavirus mutasiyaya uğrayaraq 30 növə ayrılıb – Alimlərdən yeni araşdırma

Çinin Uhan şəhərindən dünyaya yayılmağa başlayan koronavirusla bağlı yeni araşdırma aparılıb. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Çində Zhejiang Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı Covid-19-un mutasiyaya uğrayaraq 30 fərqli növünün yarandığı və onlardan 19-na daha əvvəl rast gəlinmədiyi məlum olub. Alimlər virusun ötən il heyvanlardan insane keçməsindən sonra dəfələrlə mutasiyaya uğradığını bildiriblər. Bəzi növlər bədəndəki hüceyrələri yox etmə “bacarığını” artırır, digərləri isəhüceyrələri öldürür və daha sürətlə çoxalmağa səbəb olur. Ən ölümcül mutasiyalar isə Avropada, nisbətən zəif olanlar ABŞ-ın bəzi əyalətlərində müşahidə olunur. Mütəxəssislər, həmçinin, qeyd ediblər ki, virusun mutasiyaya…

Read More
Bizim həkim 

İnamsızlıq, xaos və çaxnaşma. Dezinformasiyanın insanlara təsiri və ona qarşı mübarizə

“Amerikalılar bakterioloji silah hazırlaya bilərlər”, “Gürcüstan bilərəkdən ağcaqanadları xəstəliyə yoluxdurur və Rusiyaya göndərir”, “Gürcü laboratoriyasında kütləvi ölüm halları ilə bağlı məlumatlar yayılıb”.  Düşünə bilərsiniz ki, bu ifadələr Hollivud istehsalı trillerlərindən götürülüb. Əslində isə onlar Tbilisi yaxınlığında yerləşən Riçard Luqar adına ictimai sağlamlıq tədqiqat mərkəzi barədə Rusiya kütləvi informasiya vasitələrinə məxsus xəbərlərdən bəzi parçalardır. Adı çəkilən laboratoriya Gürcüstan və ABŞ arasında əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Amma mərkəzin fəaliyyəti naməlum səbəblərdən Rusiya tərəfini çox narahat edir və həmin ölkə bu laboratoriyanı dezinformasiya və təbliğat atəşinə tutur.   “2018-ci ilin sentyabrında dünya ictimaiyyəti Rusiyanın…

Read More