Təhsil Millətin Gələcəyidir 

Təhsil Nazirliyi deputatı haqlı saymadı

Təhsil Nazirliyindən deputatın fikirlərinə münasibət bildirilib. ARANTV.AZ-ın xəbərinə görə, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin son iclasında millət vəkili (keçmiş komitə sədri) Şəmsəddin Hacıyev şagirdlərin, o cümlədən, müəllimlərin dərs-tədris yükü məsələsinə toxunmuş və öz narazılığını bildirmişdi. O, xüsusilə müəllimlərin dərs-tədris yükünün çoxluğunu qabartmış və bildirmişdi ki, bu yöndə addımların atılmasına, müzakirələrə təqdim olunmuş “Ümumi təhsil haqqında” yeni qanun layihəsində bu məsələyə aydınlıq gətirilməsinə, onun əksini tapmasına ehtiyac var. Ancaq Təhsil Nazirliyi millət vəkilinin müəllimlərin dərs-tədris yükü ilə bağlı iradlarını və təklifini qəbul etmir. Adıçəkilən nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib ki, ümumiyyətlə, bu məsələ…

Read More
Təhsil Millətin Gələcəyidir 

Təhsil müəssisələri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər

Ölkədə ümumi təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. ARANTV.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul…

Read More
Təhsil Millətin Gələcəyidir 

Orta məktəblər pul mükafatı təsis edə biləcəklər

Azərbaycan Respublikasında formal ümumi təhsil forması tətbiq olunur. ARANTV.AZ-ın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 12-ci maddəsində qeyd edilib. Həmçinin qanun layihəsinin 12.14-ci maddəsində qeyd edilib ki, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də, ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər. Qanun layihəsinin 12.20-ci maddəsinə görə, ümum təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına yol verilmir. 12.21-ci…

Read More
Təhsil Millətin Gələcəyidir 

Məktəblərdə vahid geyim formaları tətbiq ediləcək

Ümumi təhsil müəssisəsində təhsil alanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir. ARANTV.AZ-ın məlumatına görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib. Belə ki, qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. Sənəddə göstərilib ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqlar da məktəbə…

Read More
Region Xəbərləri Təhsil Millətin Gələcəyidir 

Bərdə məktəbliləri bilik yarışı və mini-futbol turnirində qüvvələrini sınayıblar

Bərdə məktəbliləri Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu və mini-futbol turnirində qüvvələrini sınayıblar. ARANTV.AZ xəbər verir ki, YAP Bərdə rayon təşkilatının gənclər idman idarəsi və təhsil şöbəsi ilə birlikdə keçirdiyi yarışlarda rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib. YAP Bərdə rayon təşkilatının məsul işçisi Fuad Ağayev, gənclər və idman idarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov, təhsil şöbəsinin metodistləri Vüsal Quliyev və Anar Rəsulov çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan, ölkəmizdə gənclərin hərtərəfli inkişafına, təhsilə və idmana göstərilən…

Read More
Cəmiyyət Region Xəbərləri Təhsil Millətin Gələcəyidir 

Bərdə məktəbləri yüksək göstəricilərlə öyünə bilərlər

ARANTV.AZ xəbər verir ki, region üzrə ən yüksək nəticəni Bərdə şəhər 8 nömrəli tam orta məktəbin məzunu əldə edib Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Məlumdur ki, məhz təhsil sahəsinin inkişafı dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Birmənalı olaraq demək olar ki, təhsilin inkişafı istisnasız olaraq respublikanın bütün regionlarında daim diqqət mərkəzində saxlanılır. Tədris…

Read More
Təhsil Millətin Gələcəyidir 

Məleykə Abbaszadə: Nəticələrdən razı deyilik

Bu il 11-ci sinif şagirdləri üçün keçirilən sınaq imtahanından razı deyilik. ARANTV.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, kurikulimla təhsil alan şagirdlərin monitorinq imtahanlarının 2015-ci il nəticələrinə əsasən seminarlar təşkil olunub: “Yeni növ imtahanların modelini qurmuşuq və burada istifadə olunan ölkə, qiymətləndirmə materialları hazırlamışıq. 11-ci sinif buraxılış imtahanına aid olan sınaq imtahanı keçirildi. O imtahan 11-ci sinfin proqramını tam əhatə etmirdi. 10-cu sinfin bazası əsasında sınaq imtahanı keçirdik. Belə sınaq imtahanı yayda da keçiriləcək. 11-ci sinifdə standartlara aid olan yeni tapşırıqlar…

Read More
Təhsil Millətin Gələcəyidir 

“Peşə təhsilinin inkişafı işsizliyin arada qaldırılmasına töhfə verir” — Ceyhun Bayramov

“İnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu müasir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların və səriştələrin tanınması böyük əhəmiyyət kəsb edir”. ARANTV.AZ  xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, ölkədə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artmasına və məşğulluğa bilavasitə təsir göstərəcək. Nazir bildirib ki, peşə təhsilinin…

Read More
Təhsil Millətin Gələcəyidir 

1-ci siniflərdə summativlər ləğvi olunur?

Məktəbdaxili qiymətləndirmənin qaydaları Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiqlənib. Hazırda sənəd Ədliyyə Nazirliyi ilə razılaşdırma mərhələsindədir. ARANTV.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, sənəddə kiçik summativlərlə bağlı dəyişikliklərin edilməsi yalnız 1-ci siniflər üçün nəzərdə tutulur. “1-ci siniflərdə kiçik summativlərin ləğvi nəzərdə tutulur. Bu sənəd əsasən böyük summativlərin, müəyyən fənlər üzrə sayının azaldılmasını nəzərdə tutur. Böyük summativlər isə tədris ilinin yarım illərinin sonunda keçirilir. Gözləyirik ki, sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Yalnız bundan sonra sənəd hüquqi normativ status alacaq və təhsil…

Read More