Təhsil Millətin Gələcəyidir 

Məktəblərdə psixoloji müayinələr aparılacaq – YENİ QAYDA

Azərbaycanda təhsil müəssisələrində psixoloji müayinələrin aparılması qaydası müəyyən edilib. ARANTV.AZ  xəbər verir ki, Milli Məclisdən trend-ə verilən məlumata görə, yeni hazırlanan “Psixoloji yardım haqqında” qanun layihəsinə əsasən, təhsil müəssisələrində psixoloji müayinə təhsilalanın ehtiyaclarını müəyyənləşdirmək məqsədilə aparılır və onun maraqları ilə ziddiyyət təşkil edə bilməz. Psixoloji müayinə təhlükəsizliyi və konfidensiallığı təmin edən şəraitdə həyata keçirilməlidir. Təhsil müəssisələrində aparılan psixoloji müayinələrin nəticələri müayinə olunan şəxsin özünə və ya onun qanuni nümayəndəsinə verilir. 14 yaşına çatmayanlar barəsində müayinənin nəticələri yalnız qanuni nümayəndənin razılığı olduqda, 14 yaşı tamam olmuş şəxslər barəsində isə yalnız qanuni…

Read More
Təhsil Millətin Gələcəyidir 

Müəllimlərdən jurnala görə pul yığılır?

Sosial şəbəkələrdə bir qrup müəllim direktorların sinif rəhbərlərindən jurnal pulu yığdığını bildirib. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, onların sözlərinə görə, müəllimlərdən hər jurnala görə 3-5 manat tələb olunur. Pul yığıldığı iddia olunan təhsil müəssisələri arasında Ağdaş şəhər Nizami adına məktəb və Sumqayıt şəhəri 22 nömrəli tam orta məktəbin adı çəkilib. Təhsil Nazirliyi qeyd olunan məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki,  aidiyyəti yerli təhsili idarəetmə orqanları ilə əlaqə saxlanılıb. Müvafiq yerli təhsili idarəetmə orqanlarının verdiyi məlumata əsasən bununla bağlı araşdırma aparılıb və sözügedən fakt aşkarlanmayıb.

Read More
Təhsil Millətin Gələcəyidir 

Tələbələrə pulsuz təhsil, geyim və yemək verən institut

Bu gün Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ilkin nəticələri ilə bağlı tədbir keçirilib. ARANTV.AZ xəbər verir ki, tədbirdə çıxış edən institutun rektoru Ceyhun Məmmədov qısa fəaliyyətləri dövründə görülmüş işlər barədə danışıb, yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə məlumat verib: “Hazırda institut Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsinin binasında müvəqqəti olaraq yerləşib. Növbəti ildən institutun üçün ayrıca bina ayrılıb, biz fəaliyyətimizi həmin binada davam etdirəcəyik. Azərbaycan İlahiyyat İnstitutu yaranana qədər Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsi bu istiqamətdə fəaliyyət göstərir. Azərbaycan İlahiyyat İnstitutu yaradılanda qarşıya qoyulan məqsəd həm dinşünaslıq, həm də islamşünaslıq…

Read More
Təhsil Millətin Gələcəyidir 

Məktəblərdə yenilik — Jurnal və gündəliklər ləğv oluna bilər (FOTO / VİDEO)

Elektron jurnal layihəsi gerçəkləşsə bütün məktəblərdə jurnal və gündəliklər ləğv oluna bilər! Valideynlər məsafədən asılı olmayaraq övladının təhsil müsəssisəsindəki hər addımını izləyə biləcək. ARANTV.AZ xəbər verir ki,  ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Xaçmaz sakini Cəmil Əlizadənin təqdim etdiyi layihə Təhsil nazirliyi tərəfindən artıq müsbət rəyini alıb. Elektron jurnal proqramı valideyn və müəllim arasında bir başa kommunikasiya yarada biləcək. Layihə tətbiq olunan təhsil müəssələrində valideynlər mobil telefon vasitəsi ilə məlumatlar ala biləcəklər. Bura qiymətləndirilmə ilə yanaşı davamiyyət və davranışla bağlı məlumatlar və statistika aiddir. Cəmil…

Read More
Təhsil Millətin Gələcəyidir 

Uşaqlarımız repititor yanına gedirsə, orta məktəb nə üçündür?!

Müəllimlərin ayda 3-4 min manat gəlir əldə etməsi üçün!  ARANTV.AZ xəbər verir ki, bu gün ali məktəb arzulayan şagirdin repititorsuz tələbə adı qazanması mümkünsüz olmasa da, çox müşkül məsələdir. Heç kimə sirr deyil ki, orta məktəblərin 9-cu sinfindən başlayaraq, şagirdlər ayrı-ayrı müəllimlərin yanına hazırlığa gedirlər. Aylıq əmək haqqı onsuz da aşağı olan müəllim, özünün maliyyələşməsini dərsdən əlavə uşaq hazırlamaqla təmin edir. Repititorluq Azərbaycan müəlliminin əsas qazanc yeridir desək, yəqin ki, yanılmarıq. Qazanc isə heç nədən olmur.  Təbii ki, bu zaman müəllim enerji və sağlamlığını sərf edərək, əlavə pul qazanmağa çalışır.…

Read More
Təhsil Millətin Gələcəyidir 

Nümunəvi müəllim Heyran Abdullayeva-Bərdə

Uşaqlar gələcəyimizdir.Bu ümüd, bu dilək hər birimizin qəlbində döyünür. Yaxşı nə varsa hamı və hər kəs öz övladına arzulayır. Heç şübhəsiz ki, təhsil bu sırada birincidir. Övladını oxumağa göndərən valideynlər çalışırlar ki, uşaqlarının gələcəyini savadlı, bilikli yaxşı müəllimlərə etibar eləsinlər.ARANTV.AZ xəbər verir ki, hər il Akademik Zərifə Əliyeva adına Texniki Təmayüllü Litseyə müraciət edənlərin sayı çox olur,məktəbin imkanları isə olduqca genişdir. Burada şagirdlərin yüksək təhsil alması üçün hər cürə şərait yaradılıb. Müasir, yaraşıqlı məktəb binası, əyani vəsaitlərlə təmin edilmiş sinif otaqları, ən əsası da savadlı müəllimlərin olması buradakı təhsilin keyfiyyətinin…

Read More
Təhsil Millətin Gələcəyidir 

İstedadlı şagird Hüseynzadə Kənan -Bərdə

6 iyn 2018 tarixində dərc edildi Bərdə şəhər Akademik Zərifə Əliyeva adına Texniki Təmayüllü Litseydə öz tərbiyəsi və nümunəvi davranışı ilə tanınan bir şagird var. O ədəbiyata maraq göstərməklə yanaşı həm də şahmatı sevir . Bu il 2-ci sinifdə oxumaqla bərabər Bərdə rayon Şahmat usaq gənclər idman məktəbinin müəllimi Əbülfət Məmmədovun rəhbərliyi ilə Şahmat idman növündə gözəl uğurlar əldə etmişdir. İstərdik ki, qəhrəmanımızı hörmətli tamaşacilarimiza da tanıdaq. Hüseynzadə Kənan Mahir oğlu 2010-cu il aprel ayınin 17–sində Bərdə rayonunda anadan olub. Hal-hazırda Bərdə şəhərində Akademik Zərifə Əliyeva adına Texniki Təmayüllü Litsey…

Read More