Gündəm 

20 Sentyabr – Dövlət Suverenliyi Günü: Azərbaycan suverenliyini tam bərpa etdi

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda vurğulanıb ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanın yeni işğal cəhdlərinə və təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. 2023-cü il sentyabrın 19-da isə…

Read More
Gündəm 

“Dostluq”u hörmətdən salanlar – Lənət əvəzinə mükafat?

İranın İrəvandakı səfiri Mehdi Sobhaninin diplomatik missiyası bitib. Əgər buna “diplomatik missiya” demək mümkünsə. Çünki adamın işi-gücü müstəsna olaraq, regionda fitnə-fəsad yaymaq, illah da Azərbaycana şər atmaq olub. Şələ-küləsini yığışdırmaq ərəfəsində Ermənistan xarici işlər naziri Ararat Mirzəyan bu zatla səmimi görüşüb. “Fəaliyyətiniz qəliz dövrə təsadüf etsə də iki ölkə bu çətinliklərin öhdəsindən gələ bildi”, “əlaqələrimizdə nəzərəçarpan nəticələr əldə olundu” kimi difirambalar söyləyib. Sonda da prezidentin fərmanı ilə ona “Dostluq” ordenini təqdim edərək, “gələcək fəaliyyətində uğurlar” arzulayıb… Gerçək isə belədir ki, ermənidən çox erməni olan Sobhani əlindən gələni edib ki, erməni…

Read More
Gündəm 

“Bir çox “Avropaşüvən” və ya “Qərbşüvən” QHT-lər və fəallar var ki…” – SENSASİON AÇIQLAMA

Rusiya Qərb ölkələrindən fərqli olaraq, daha çox “sərt təsir” vasitələrinə üstünlük verir. Hədə-qorxu gəlmək, Rusiya mediasında təsir etmək istədikləri ölkəyə qarşı müxtəlif hədələyici yazılar, verlişlər vermək və sair. Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov bunu Musavat.com-a açıqlamasında bildirib. Kremlin postsovet məkanındakı bir sıra ölkələrə, o cümlədən Azərbaycana təzyiq-təhdidlərindən bəhs edən S.Məmmədov vurğuladı ki, Rusiyanın sərt təsir yollarından biri də iqtisadi sanksilarlardır: “Məsələn, “pomidor sanksiyası” tipində. Bir ölkə ilə münasibətlərdə problem olan kimi həmin ölkədən idxal etdikləri məhsullarda “qüsur” tapılır. Həmçinin həmin ölkədən olan miqratlar və mənşə ölkəsi həmin ölkə olan…

Read More
Gündəm 

Azərbaycanda korrupsionerlərin “qara günləri” başlayır – Oğurladıqlarını əllərindən belə alacaqlar

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə cəzası sabit pul məbləği ilə deyil, cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında müəyyən olunacaq. Musavat.com-un xəbərinə görə, qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qüvvədə olan qanuna görə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan…

Read More
Gündəm 

DİN Biləsuvarda əməliyyat keçirdi: Tutulan var – FOTO/VİDEO

Biləsuvar rayonunda polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com verilən məlumata görə, həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb. Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Read More
Gündəm 

Hökumət gələn ilə hazırlaşır – baş nazirin yanında iki günlük iclas nəyə həsr olunub?

Azərbaycan hökuməti 2026-cı ilin dövlət büdcəsi layihəsinin hazırlıqlarını davam etdirir. Ölkə qanunvericiliyinə əsasən, növbəti ilin dövlət büdcəsinin layihəsi sentyabrın 25-dək hazırlanaraq ölkə prezidentinə təqdim edilməlidir.  Qlobal bazarlardakı volatillik fonunda Azərbaycanın əsas gəlir mənbəyi olan neftin ucuzlaşması 2026-cı ilin dövlət büdcəsi layihəsinin hazırlanması prosesini bir sıra çağırışlarla üz-üzə qoyur. Cari ilin büdcəsi neftin 70 dollarlıq dünya bazar qiyməti ilə hesablanıb, lakin aprel ayından bəri qiymətlər bir çox hallarda bu həddən aşağı olub. Əksər analitik mərkəzlər növbəti il üçün neft qiymətlərinə dair proqnozlarına azalma istiqamətində ciddi düzəlişlər etməkdədirlər. Xüsusilə OPEK+ razılaşmasının əsas…

Read More
Gündəm 

Azərbaycan TDT-nin Beynəlxalq Turizm Forumunda təmsil olunub

15-16 sentyabr tarixlərində Qırğızıstan Respublikasının Cəlal-Abad şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının “Davamlı Turizmin İnkişafı” mövzusunda Beynəlxalq Turizm Forumunda Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Forum çərçivəsində çıxış edən Kənan Quluzadə turizmin ölkə iqtisadiyyatının ən dinamik sahələrindən biri kimi inkişaf etdiyini, eyni zamanda davamlı və inklüziv turizmin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Çıxış zamanı Azərbaycanın həyata keçirdiyi təşəbbüslər barədə iştirakçılara məlumat verilib, yeni turistik marşrutlarının yaradılması, ekoturizm layihələrinin reallaşdırılması, eləcə də plastik tullantıların azaldılması üzrə proqramların icrası diqqətə çatdırılıb. Kənan Quluzadə, həmçinin Azərbaycanın…

Read More
Gündəm 

İki 20 sentyabr – 31 il əvvəl və 2 il öncə xalqımıza “qızıl gün” ərməğan edilib

20 sentyabr müasir və müstəqil Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Həmin gün iki mühüm tarixi hadisə baş verib və onların ikisi də Azərbaycanın suverenliyi ilə birbaşa bağlıdır. Bu hadisələrdən biri və birincisi 1994-cü ildə olub. Həmin gün Azərbaycan dünyanın aparıcı ölkələrinin nəhəng şirkətləri ilə Xəzər neftinin istismarına dair çoxtərəfli “Əsrin kontraktı” sazişi imzalayıb. Ümummilli lider Heydər Əliyevin əzmi və iradəsi ilə ərsəyə gələn bu müqavilə Azərbaycan tarixində yeni səhifə açdı, dövlət müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynadı, bunun sayəsində ölkəmizin iqtisadiyyatı dirçəlməyə başladı, dünyanın qüdrətli ölkələri bu və ya digər şəkildə…

Read More
Gündəm 

Prezident o evlə bağlı tapşırıq verdi – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində olub. “Qafqazinfo”nun məlumatına görə, səfər çərçivəsində dövlətn başçısı kəndə köçən Məzahir Novruzovun evində olub, ailə üzvləri ilə söhbət edib. Söhbət zamanı Xocalı sakini ata evinin də hazırda dövlət tərəfindən təqdim edilən mənzilin yaxınlığında olduğunu bildirib. Dövlət başçısı isə bildirib ki, əgər sakin özü istəsə, ata yurdunu da bərpa edib övladları üçün şərait yarada bilər. Prezident M.Novruzova şərait yaradılması üçün tapşırıq verib. Qeyd edək ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun sözlərinə görə, mənzillər sakinlərə…

Read More