Gündəm 

Sülh, dialoq və iqtisadi əməkdaşlıq: Prezident İlham Əliyevin BƏƏ səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri son illərdə həyata keçirilən çoxşaxəli və balanslı xarici siyasətin, həmçinin iqtisadi əməkdaşlığın məntiqi davamı kimi şərh edilə bilər. Birləşmiş Ərəb Əmirliklərinin regionun aparıcı dövlətlərindən biri olması, həmçinin keçirilmiş görüşlərdə müzakirə olunan məsələlərin qlobal miqyası səfərin əhəmiyyətini daha da artırır. “İki sahil” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov bildirib ki, iki ölkənin dövlət başçılarının görüşündə mövcud siyasi, iqtisadi və humanitar əməkdaşlığın strateji tərəfdaşlığa əsaslanması fikri bir daha öz təsdiqini tapıb. Tərəflər arasında “Cənubi Qaz…

Read More
Gündəm 

Mediada müharibə “azarkeşliyi”

İnsanlar bir tərəfdən yenidən eyni ağrını yaşamaqdan qorxur, digər tərəfdən isə… Müharibə xəbərləri, hərbi qarşıdurmalar və geosiyasi böhranlar uzun illərdir medianın əsas gündəm mövzularındandır. Maraqlıdır ki, real təhlükə uzaqda olanda belə, cəmiyyət gərgin, qorxu və həyəcan yaradan xəbərləri daha çox oxuyur, izləyir və paylaşır. Bu meyl təkcə informasiya aclığı ilə deyil, insan psixologiyası və müasir media mexanizmləri ilə birbaşa bağlıdır. Müharibə təcrübəsi yaşamış cəmiyyətlərdə bu mövzuya həssaslıq daha yüksək olur. Keçmiş travmalar, itkilər və kollektiv yaddaş gərgin xəbərlərə marağı artırır. İnsanlar bir tərəfdən yenidən eyni ağrını yaşamaqdan qorxur, digər tərəfdən…

Read More
Gündəm 

Böyükşor gölündəki köpük nədir? – AÇIQLAMA

“Böyükşor gölündən fevralın 2-də götürülmüş su nümunələrinin analiz nəticələrinə görə, yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiq edilmir. Belə ki, göl suyunda ammonium ionunun qatılığının aşağı olması yeni fekal çirklənmənin olmadığına dəlalət edir”​. Bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb. Bildirilib ki, göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktiv maddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin (detergentlər) mövcudluğunu göstərir: “Yüksək elektrik keçiriciliyi, həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri-aktiv formada olmasına səbəb olur. Küləkli hava…

Read More
Gündəm 

Bu gün müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşıb

Dövlət başçısı İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə təbrikində bir daha bu əminliyi ifadə etdi ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcəkdir Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar bütün sahələrdə, o cümlədən yeni texnologiyarın inkişafı və tətbiqi istiqamətində də səylərin artırılmasını bir zərurətə çevirib. Azərbaycan hər zaman beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi tanınıb və nüfuz qazanıb. Dövrün çağırışlarını yüksək səviyyədə cavablandıran ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təkmil islahatları, yenilikləri ilə liderliyini qoruyur.…

Read More
Gündəm 

Yol kənarında “hinduşka” adı ilə şişirdilmiş toyuq satılır – FOTO

Yol kənarında şişirdilmiş toyuqları “hinduşka” və “qaz” adı ilə təqdim edirlər. Tanınmış naşir Şahbaz Xuduoğlu başına gələn hadisə ilə bağlı özü məlumat verib. Onun sözlərinə görə, yol kənarında Biləsuvar körpüsünü keçdikdən sonra Salyan istiqamətində yolun kənarında “hinduşka” və “qaz” adı ilə quşlar satılır. Bildirib ki, alış zamanı quşların görünüşündə müəyyən şübhələri yaransa da, “aldatmazlar” düşüncəsi ilə məhsulları götürüb: “Evdə məlum oldu ki, qaz və hinduşka adı ilə təqdim olunanlar sadəcə şişirdilmiş toyuqlardır. Yəni mən aldandım. Heç olmasa siz aldanmayın”. Məsələ ilə bağlı paylaşım edildikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)…

Read More
Gündəm 

Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

Leyla Əliyeva fevralın 3-də Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib. Musavat.com xəbər verir ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu və ilk Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Məscidin tikinti işlərinə 1996-cı ildə başlanılıb. Burada təxminən 50 min nəfər eyni anda ibadət edə bilər. Bu möhtəşəm tikilidə fasiləsiz olaraq Quran oxunur.

Read More
Gündəm 

Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər. Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib. Qeyd edək…

Read More
Gündəm 

Nazir direktoru işdən çıxardı – FOTO

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecinin direktoru vəzifəsindən azad olunub. Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ağamaliyev Namiq Çərkəz oğlu “İnşaat Kolleci” Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib. Uzun illərdir direktor vəzifəsində çalışan Namiq Ağamaliyevin əmək müqaviləsi bitib və müddətu uzadılmayıb. Digər əmrlə Sevda Həsənova İnşaat Kollecinin direktoru təyin olunub. Qeyd edək ki, ötən ilin aprel ayında Sevda Həsənova İnşaat Kollecinin direktor müavini təyin edilmişdi. O, müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə əmək fəaliyyəti ilə məşğul…

Read More
Gündəm 

Alimentlə bağlı dəyişiklik: Anaya verilməyə bilər…

Alimentin birbaşa uşağa baxan qəyyuma ödənilməsi bəzi hallarda ayrlan tərəflər arasında narazılığa səbəb ola bilir. Ölkəmizdə boşanma faktı qeydə alındıqda müstəsna səbəb yoxdursa, uşaq anada qalır. Aliment isə uşağın xərclərini təmin etmək məqsədi ilə ödənilir. Bəs məhməkə tərəfindən təyin edilən bu pul uşağın adına açılan bank hesabına köçürülə bilərmi? Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Baş Məsləhətçisi Tural Hüseynzadə bildirib ki, alimentin bank hesabına keçməsi qanunvericilikdə əksini tapıb. Lakin bu məsələ hər valideynə şamil olunmur: “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55-ci maddəsində…

Read More
Gündəm 

Qalmaqal bitdi: Səidə ilə Rəqsanə barışdı

Teleaparıcı Səidə Bəkirqızı ilə müğənni Rəqsanə İsmayılova arasında bir neçə gün davam edən qalmaqal sona çatıb. Musavat.com xəbər verir ki, tərəflər qarşılıqlı açıqlamalardan sonra barışıq əldə ediblər. Belə ki, əvvəlcə müğənni sosial şəbəkələrdə üzrxahlıq videosu paylaşaraq jurnalistdən üzr istəyib. O, verdiyi açıqlamalara görə peşman olduğunu bildirib, hirsli olduğu üçün tələskənliyə yol verdiyini etiraf edib. Aparıcı Səidə Bəkirqızı isə Tarix Əliyevin aparıcı olduğu verilişə telefon bağlantısı ilə qoşularaq barışıq elan edib. O, verilişdə qonaq olan Aysun İsmayılova və Rəqsanə İsmayılova haqqında müsbət fikirlər səsləndirib, Aysunu çox bəyəndiyini vurğulayıb. Səidə Bəkirqızı daha sonra…

Read More