Gündəm 

Daxili Qoşunlarda mühüm dəyişikliklər – Azqvardiya yaradılır

Daxili qoşunlara ümumi nəzarəti Ali Baş Komandan edəcək; ekspert deyir ki, yeni dəyişiklik Türkiyədəki jandarm sisteminə keçidlə müqayisə oluna bilər  Daxili Qoşunlar və daxili işlər orqanlarının birgə fəaliyyəti zamanı Daxili Qoşunlara polis orqanlarının əməkdaşlarının vəzifələri həvalə edildikdə, onlara “Polis haqqında” Qanunla müəyyən edilmiş polis əməkdaşının vəzifələri şamil olunacaq. Bu, yeni hazırlanan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb. Milli Məclisə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi haqqında yeni qanun layihəsi daxil olub. Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində birinci oxunuşda müzakirəyə çıxarılıb.…

Read More
Gündəm 

“Azərbaycanda 12 illik təhsilə keçid ediləcəyi gözlənilir”

Məlum olduğu kimim Özbəkistan da artıq 12 illik təhsil sisteminə keçid edir. Ölkənin Məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sərdor Rəcəbov qeyd edib ki, bununla da həm təhsilin keyfiyyətini yüksəltmək, həm də abituriyentlərin xarici universitetlərə daxil olması üçün mövcud maneələri aradan qaldırılması nəzərdə tutulur: “Bu gün bizim məzunlarımız xarici universitetlərə daxil olarkən bir illik hazırlıq kurslarına (təqdimat kurslarına) məcbur olurlar və bir il itirilir. Əgər qanunvericiliyə 12 illik sistem tətbiq etsək, o zaman bir sıra ölkələrdə məzunlarımızın baza kursu keçməsinə ehtiyac qalmayacaq və onlar birbaşa bakalavr pilləsinə daxil olmaq imkanı…

Read More
Gündəm 

Rusiya rəqəmlərdə çökür… – Azərbaycanlı professorun sensasiyalı yazısı

Rusiya hakimiyyətinin ölkəsinin son iki ildə iqtisadi inkişafı barədə yaratdığı mif artıq dağılır. “Biz Qərbin sanksiyalarına qalib gələcəyik, sanksiyalar nəticəsində idxalına qadağa qoyulmuş məhsulları özümüz istehsal edəcəyik” kimi yalanlar birmənalı şəkildə faş olur.    İlk öncə onu deyək ki, Rusiya hökumətinin Rusiya iqtisadiyyatınada 2023 və 2024-cü illər ərzində baş vermiş artımlar barəsindəki məlumatları Beynəlxalq maliyyə institutları da təsdiq etmişdilər. Lakin bu artımların arxasında nələrin dayandığından nədənsə heç bu inistitutlar da həvəslə danışılmadılar. Rusiuya iqtisadiyyatında 2023 və 2024-cü illərdə qeydə alınmış 4,1% artım yalnız və yalnız həmin illər ərzində bu ölkənin…

Read More
Gündəm 

Azərbaycan kürünü xaricə neçəyə satır?

Kürünün orta qiyməti 1,777 manat təşkil edib; ekspert deyir ki, rəqabətə davamlı olmasa, sazişlər baş tutmayacaq Qeyri-neft sektoru məhsullarının ixracında yeni bazarlara çıxış imkanının genişləndirilməsi önəmlidir.  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev açıqlamasında bildirib ki, son illərdə Avropa İttifaqı (Aİ) ölkələrinə fındıq ixracına yaşıl dəhliz tətbiq olunub, yun, gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıq və balıq kürüsü məhsullarının ixracına icazə verilib, bu birlik tərəfindən tanınan istehsal müəssisələrinin sayı 2-dən 12-yə çatdırılıb.  Bir sıra ölkələrə ərzaqlıq yumurtanın ixracına nail olunub, Çin Xalq Respublikasına badam və fındığın ixracına…

Read More
Gündəm 

Suverenliyimiz xalqımızın milli sərvətidir – Prezident İlham Əliyev

Dövlət və ictimai maraqların uzlaşdığı, bir-birini tamamladığı hadisələrdən biri  olan 20 sentyabr-Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın əzəmətli Zəfərinin təntənəsidir Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Bir…

Read More
Gündəm 

14 yaşlı qız nişanlandı- Atası ilə bəy həbs edildi

Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb. Hadisə rayonun Əsədli kəndində qeydə alınıb. Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası H.Fərzəliyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb. O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib. İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzəliyev…

Read More
Gündəm 

Taksi operatorlarına Hava limanından sərnişin götürməyə ancaq bu şərtlərlə icazə verəcəklər

Son günlər Hava limanı istiqamətində taksi ilə sərnişindaşımada yalnız dövlətə məxsus “Bakı taksi xidməti” şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb. Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi məlumatında deyilir ki, bu, sərnişinlərin rahatlığı üçün verilmiş qərardır: “Bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar”. Qurumdan bildirilib ki, bu, bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir. “Təəssüf ki, hələ də…

Read More
Gündəm 

Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır

Dövlət başçısı İlham Əliyev «İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə» adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bir daha bildirdi ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər Hər ay, hər həftə Azərbaycan bu və ya digər mövzuda beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi ilə diqqətdədir. Ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb. Bu ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan  oktyabr…

Read More
Gündəm 

Qərbi Azərbaycana qayıdanda… – İcmadan Tatoyana cavab

Milli Məclisin deputatı: Əgər Arman Tatoyanın özü də təşkilatımıza üzv olmaq üçün İcmamıza müraciət etsə… Qərbi Azərbaycan İcması tərəfindən Qərbi Azərbaycan sakinlərinin qeydiyyatının aparılması Ermənistanda bəzi dairələri təşvişə salıb. Hətta   bu günlərdə Ermənistan Respublikasının keçmiş hüquq müdafiəçisi Arman Tatoyan bildirib ki, Azərbaycan 100 mindən çox qondarma Qərbi azərbaycanlının Ermənistanda məskunlaşmaq üçün qeydiyyatını artıq başa çatdırdıqlarını və qeydiyyatın davam etdiyini rəsmən açıqlayıb: ”Azərbaycanda insanlar artıq Ermənistanda yaşamağa hazırlanır”. O, həmçinin bildirib ki, Qərbi Azərbaycan proqramının son məqsədi Ermənistanda demoqrafik mənzərənin kəskin şəkildə dəyişdirilməsi və Ermənistanın tamamilə zəbt edilməsidir. Yeri gəlmişkən, qeyd…

Read More
Gündəm 

Məktəbli gül buketləri bazarı qızışdırdı – kasıblar 20 manata, varlılar 150-yə… – Reportaj

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Sentyabrın 15-i yaxınlaşdıqca valideynlərin qayğıları artır. Məktəbli forması, çanta, dəftər-qələm, ayaqqabı və saysız-hesabsız xırdalıqlar… və nəhayət, ənənəyə çevrilmiş bir məsələ – birinci siniflərin məktəbə gül aparması.On illərdir davam edən bu adətə görə, şagirdlər müəllimlərinə ilk gün gül dəstəsi təqdim edirlər. Amma indi çantadan da bahalıya başa gələn buketlər valideynlərin cibini yandırır. Müsavat.com-un əməkdaşı Bakının bir neçə gül mağazasında və bazarlarında müşahidə aparıb. Gül salonlarının qarşısında artıq hərəkətlilik hiss olunur. Satıcıların dediyinə görə, ilk zəng günü yaxınlaşdıqca gecəyarısına qədər işləmək məcburiyyətində qalacaqlar. Ən ucuz…

Read More