Gündəm 

“Su üzərinə” atılan imzalar – Putinin imzasını urvatsız edən TƏK səbəb

Ukraynaya qarşı davam edən hərbi təcavüz fonunda Rusiya yüksək çinli rəsmilərinin sülhpərvərlikdən dəm vurması doğrudan da çox eybəcər görünür. Eyni zamanda, əsl siyasi abırsızlıq nümunələridir ki var. Beynəlxalq hüquqa, elementar qonşuluq prinsiplərinə çoxdan tüpürən rəsmi Moskvanın bu səbəbə heç düz sözünə də inanan qalmayıb. Yalnız Belarus, Şimali Koreya kimi situativ müttəfiqlər, vəssalam. Necə deyərlər, “adın çıxınca canın çıxsa yaxşıdır”… “Ağlı başında olan insan yaxşı bilir ki, Rusiyanın heç kimə hücum etmək kimi bir istəyi yoxdur və olmayıb”. Bu heyrətamiz açıqlamanı dünən Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fiko…

Read More
Gündəm 

Sabiq nazir apardığı tədqiqatın nəticələrini açıqladı- Ermənistanın xarici ticarət dövriyyəsi…

2025-ci il sentyabrın 3-də Azərbaycanın “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlili ilə əlaqədar xeyli müddətdir apardığı tədqiqatın bir hissəsinin nəticələrini açıqlayıb. İctimai Birliyin sədri, sabiq maliyyə naziri Fikrət Yusifov keçirdiyi brifinqdə bəyan edib ki, Rusiyaya Ukrayna müharibəsi ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan sonra Ermənistanın xarici ticarət dövriyyəsində qəfil “yerindən oynama və sıçrayışla yüksəliş” qeydə alınmaqdadır: “Ermənistan Dövlət Statistika Komitəsinin və digər rəsmi qurumlarının açıqladığı məlumatların təhlili üzə çıxarır ki, ötən 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7 milyard 101 milyon ABŞ…

Read More
Gündəm 

İlham Əliyevlə Putin arasında Çində QISA SALAMLAŞMA – əl sıxışdılar, bir-birinə gülümsədilər, sonra…

*Prezident Pekində paradı izlədi *İlham Əliyevlə Putin arasında Pekində qısa salamlaşma *”Yanukoviç Putinin tapşırığı ilə danışıb” – “Kreml topu onların meydanına atır…” *Putin Yanukoviçi yenidən “xortladıb” – Kreml niyə onun “xidmətinə” ehtiyac duyub? *”Rusiya-Ukrayna münaqişəsi ilə bağlı maraqlı şeylər öyrənmişəm” – TRAMP *Tramp Putinə MESAJ GÖNDƏRDİ: “Məyusam, kömək edə bilsəm…” *KİV: Tramp “əsl günahkar”ı tapıb, o, Putin deyil *Rusiyanın hücum etməyəcəyi ölkələr – Keçmiş baş nazir açıqladı *Tbilisidə etiraz aksiyası keçirilir, çox sayda saxlanılan var *Merts: Qərb atəşkəs əldə edilməyənədək Ukraynaya qoşun göndərməyəcək *Ara Ayvazyan sərsəmlədi: “Qarabağ məsələsi hələ bitməyib”…

Read More
Gündəm 

İşıqlı sabahlara aparan yol

1980-ci illərə qayıdıram. Mən onda uşaq idim. Əzəldən xalqımızın gözəl bayramı olan Novruzda yaşlıları gedib ziyarət etmək mütləq hal sayılırdı. Bizim də uzaq qohumlardan biri olan Leylan ananı valideynlərim hər il ziyarət edib kefini-əhvalını soruşardı. Hər gedişimizdə də Naxçıvanın məşhur Əlixan məhəlləsində yerləşən Leylan ananın evinin qonaq otağında divara asılmış bir foto diqqətimi çəkərdi. Formada olan gülərüz, mehriban simalı kişinin kim olduğunu 90-cı illərin sərt rüzgarı üstümüzdən əsəndə tanıdım. Qəfildən başımızın üstünü alan qara buludlar uşaqdan tutmuş böyüyə qədər hər kəsi sarsıtmışdı. Sədərəkdə gedən döyüşlər, aldığımız şəhid xəbərləri, bir tərəfdən…

Read More
Gündəm 

Vasif Talıbovun mobil telefonunu “kəsmək” qərarı

Naxçıvan üçün ayrıca mobil operator nə məqsədlə yaradılmışdı, indi niyə bağlanır? b“Naxtel” abunəçilərinə 2025-ci il oktyabrın 1-dən dekabrın 1-dək ölkədə fəaliyyət göstərən digər mobil operatorlarla (“Azercell”, “Bakcell”, “Nar”) əlaqə saxlamaları, mövcud nömrələrini saxlamaq və mobil rabitə xidmətlərindən istifadəni davam etdirmək tövsiyə olunur. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 oktyabr 2016-cı ildə fəaliyyətə başlayıb. “Naxtel” Azərbaycanın sayca 4-cü, ölkənin yeganə regional mobil operatorudur. “Naxtel” mobil operatoru muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizini əhatə edib. “Naxtel” Sahibkarlığın İnkişafına Dəstək Fondu tərəfindən ayrılmış 10 milyon kredit hesabına yaradılıb. “Naxtel”i müasir və keyfiyyətli avadanlıqlarla Çin…

Read More
Gündəm 

Orta Dəhliz Azərbaycan və Çini qlobal tranzitin mərkəzində birləşdirir

Hərtərəfli strateji tərəfdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun və qlobal nəqliyyat sisteminin inkişafını müəyyənləşdirir Müasir dünya düzəni artıq yalnız nəzəri diskussiyaların mövzusu deyil, o, real siyasi-iqtisadi proseslərin, qlobal layihələrin və strateji əməkdaşlıq münasibətlərinin praktiki nəticəsi kimi özünü göstərir. Beynəlxalq münasibətlərin əsasını təşkil edən prinsiplər – bərabərtərəfli əməkdaşlıq, beynəlxalq hüquqa hörmət, regional maraqların qorunması və qlobal təhlükəsizliyin təmininə töhfə – diplomatik bəyanatlardan çox, reallığın tələb etdiyi strategiyalardır. Bu baxımdan Azərbaycan-Çin münasibətləri həm region, həm də qlobal iqtisadi və siyasi nizamda yeni inkişaf modelini nümayiş etdirir. Son illərdə Azərbaycan-Çin tərəfdaşlığı yalnız…

Read More
Gündəm 

Minsk qrupu da “gorbagor” oldu

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının (ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu) bağlanmasına dair qərar qəbul olunub. Qərarda keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar etibarsız elan edilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin dekabrın 1-dən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qeyd edək ki, avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş görüş çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Fəaliyyətdə olan Sədrinə birgə…

Read More
Gündəm 

Azərbaycanın ŞƏT çərçivəsində strateji görüşləri regional əməkdaşlıq və milli maraqları gücləndirir

Qlobal miqyasda geosiyasi dinamikanın sürətlə dəyişdiyi, yeni çağırışlar və təhdidlərin meydana çıxdığı bir zamanda beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq dövlətlərin xarici siyasət kursunda önəmli yer tutur. Bu kontekstdə, Avrasiya məkanında fəaliyyət göstərən və siyasi, iqtisadi, təhlükəsizlik sahələrində geniş əməkdaşlığı təşviq edən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biri kimi diqqət çəkir. Azərbaycanın bu təşkilatla əməkdaşlığı həm regional sabitliyə töhfə verir, həm də ölkənin strateji və iqtisadi maraqlarına uyğun gəlir. Qeyd etmək lazımdır ki, 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda…

Read More
Gündəm 

Duqinin yuxusu…

İşğalçılıq bunlarda qızılca xəstəliyi kimidir, bəziləri onu ömrünün əvvəlində, bəziləri sonunda, bəziləri isə qəbirdə çıxarır. “Mən Allahı ənənəvi rus geyimində gördüm. Biz söhbət etdik. O mənə dedi ki, Rusiya daha on yeddi il müharibə edəcək, sonra hər şey yaxşı olacaq, sıxıntılar yoxa çıxacaq, Rusiya çiçəklənəcəkdir.” Bu, bir yuxudur. Bu yuxunu görən altmış iki yaşlı Aleksandr Duqin Kremlin ideoloqlarından biri, Vladimir Putinin “düşünən beyni” kimi tanınır. Fəlsəfə üzrə alim özünü “mühafizəkar inqilabçı”, “geopolitik nəzəriyyəçi” adlandırır və “Avrasiyaçılıq” ideyasının əsas ideoloqlarından biri sayır. Bu adam yaşına-başına uyğun gəlməyən fikirlər söyləməklə özünü gözdən…

Read More
Gündəm 

Almaniya iqtisadiyyatından gözlənilməz nəticə: 40,2 faiz azalma qeydə alındı

2025-ci ilin birinci yarısında Almaniyada icmal dövlət büdcələrinin kəsiri 28,9 milyard avro və ya ÜDM-in 1,3 faizini təşkil edib. Musavat.com Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 19,4 milyard avro  və ya 40,2 faiz azdır. Yarım ildə gəlirlər 6,5 faiz artıb (1,042 trilyon avroya qədər). O cümlədən vergi daxilolmaları 5,1 faiz, ƏDV daxilolmaları 6,9 faiz, mənfəət vergisi 4,6 faiz artıb, faiz gəlirləri isə 18,9 faiz azalıb. Xərclərin artım tempi daha az olub və 4,3 faiz (1,071 trilyon avroya qədər) təşkil edib.…

Read More