İranın 30 hərbi gəmisi məhv edilib – CENTCOM
ABŞ ordusu İrana qarşı hərbi əməliyyatının yeni mərhələsinə başlayıb və onun ballistik raket istehsal imkanlarını məhv etməyə yönəlib.
Musavat.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper mətbuat konfransında açıqlayıb: “Prezident bizə başqa bir məqsəd qoyub: İranın ballistik raket istehsal bazasını məhv etmək və ya darmadağın etmək. Beləliklə, biz yalnız onların malik olduqlarını vurmuruq: biz onların imkanlarını bərpa etmək qabiliyyətlərini məhv edirik. Və bu əməliyyatın növbəti mərhələsinə keçdikcə, İranın gələcək raket istehsal imkanlarını sistematik şəkildə aradan qaldıracağıq və bu iş artıq sürətlə davam edir”.
Kuperin sözlərinə görə, artıq İran Hərbi Dəniz Qüvvələrinin 30-dan çox gəmisini məhv edilib: “Biz İran Hərbi Dəniz Qüvvələrinə qarşı zərbələri gücləndirmişik. Bu yaxınlarda Prezident Donald Tramp 24 gəmini batırdığımızı və ya məhv etdiyimizi dedi və bu məqamda bu, doğru idi. İndi isə 30-dan çox gəmidən danışırıq”.
CENTCOM komandanı həmçinin Amerika Hərbi Hava Qüvvələri tərəfindən İranın Kosmik Komandanlığının analoqunun qərargahına zərbə endirildiyini deyib. Onun verdiyi məlumata görə, ümumilikdə Amerika bombardmançı təyyarələri son 72 saat ərzində İrana təxminən 200 zərbə endirib.

