Ceyhun Bayramovdan SON DƏQİQƏ Moldova açıqlamalarıFOTO
Azərbaycan və Moldova arasındakı münasibətlərdən danışarkən liderlər arasında mütəmadi görüşləri qeyd edə bilərik.
Musavat.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, XİN rəhbəri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, ikitərəfli səfərlərin xüsusi əhəmiyyəti var:
“İki ölkə arasında siyasi məsləhətləşmələr formatı 2026-cı ilin ikinci yarısında da davam etdiriləcək. Bugünkü görüşdə həm ikitərəfli münasibətlər, həm də beynəlxalq və regional məsələlər müzakirə olundu. O cümlədən iqtisadi əlaqələri inkişaf etdirmək üçün yeni istiqamətlərin təşviqi baxımından investisiya imkanları müzakirə edildi. Enerji sahəsində xüsusi potensial mövcuddur. Azərbaycan qazının Moldovaya çatdırılması müsbət təqdir edildi. Moldovaya qonşu ölkələrin də Azərbaycan qazını alması uzunmüddətli dövr üçün xüsusi dəyərləndirildi. Məlum olduğu kimi, Azərbaycan 16 ölkəyə qaz ixrac edir”.

