Dünya 

Çexiyadan sərt bəyanat: “Naxçıvanın təhlükəsizliyinə qarşı bu addım qəbuledilməzdir”

Çexiya Respublikası Naxçıvan Muxtar Respublikasına edilən hücumları kəskin şəkildə pisləyib.

Musavat.com xəbər verir ki, Çexiyanın Azərbaycandakı səfirliyi rəsmi sosial media səhifəsində yaydığı bəyanatla hadisəyə öz münasibətini bildirib və bu addımı “qəbuledilməz” adlandırıb.

Səfirlik vurğulayıb ki, sözügedən təxribatçı hərəkətlər Azərbaycanın təhlükəsizliyinin pozulması deməkdir və bütövlükdə regional sabitliyi ciddi şəkildə sarsıdır.

Praqa rəsmiləri regionda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyini qeyd edərək, beynəlxalq hüquq normalarına hörmətlə yanaşılmasının zəruriliyini bir daha diqqətə çatdırıblar.

Bu bəyanat, Naxçıvana yönəlik son hərbi təxribatlara qarşı beynəlxalq ictimaiyyətdən gələn növbəti dəstək mesajı kimi qiymətləndirilir.

Daha çox xəbərlər