Gündəm 

Ara Ayvazyan sərsəmlədi: “Qarabağ məsələsi hələ bitməyib”

Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan İrəvanda Azərbaycana və bütövlükdə sülh prosesinə qarşı keçirilən “artsax: həll olunmamış münaqişə, geri qayıtmaq hüququ” adlı qondarma konfransda çıxış edərək yenidən revanşist mövqeyini nümayiş etdirib. Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, o, Azərbaycanla Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış Vaşinqton sazişini hədəf alaraq sazişi “sülh yox, kapitulyasiya sənədi” kimi qələmə verib. Ayvazyanın sözlərinə görə, 8 avqust tarixli Vaşinqton razılaşması ermənilərin maraqlarını təmin etmir. Revanşist siyasətin daşıyıcısı olan Ara Ayvazyan çıxışında “Qarabağ məsələsinin bağlanmadığını” iddia edib, “Azərbaycanın əldə etdiyi qələbəni qəbul etməməyə” çağırıb. Onun…

Read More
Gündəm 

Maşınların yolda alışma səbəbləri açıqlandı

Son zamanlar yanan avtomobillərin sayı artıb. Bu sahə üzrə ekspert Roman Timaşov gazeta.ru-ya avtomobillərin alışma səbəblərini açıqlayıb. Avtomobildə yanğın əsasən elektrik naqillərində nasazlıq, texniki mayelərin sızması və ya mühərrik bölməsinə yad əşyaların düşməsi səbəbindən baş verə bilər. Onun sözlərinə görə, naqillərin köhnəlməsi, düzgün olmayan qoşulmalar və ya uyğun olmayan sığortanın quraşdırılması izolasiya örtüyünün əriməsinə və yanğına gətirib çıxara bilər. Həmçinin benzin və yağ sızmaları da hər hansı qığılcımla yanğına səbəb ola bilər. Mütəxəssis bildirib ki, uzun müddət istifadə olunmayan avtomobilin mühərrik hissəsinə quşların yuva salması və ya maşının quru ot…

Read More
Gündəm 

Ayağa qalxaraq alqışlanası strategiya – Politoloqdan SENSASİON YAZI

Bəli, diplomatiya olduqca mürəkkəb peşədir. Burada arzu olunan nəticələri əldə etmək üçün bəzən zərgər dəqiqliyi tələb olunur. Atılan hər bir addım, davranış və səsləndirilən hər bir ifadə dəqiq hesablanmış olmalı və konkret hədəflərə xidmət etməlidir. İstifadə olunan emosiya və mimikalar belə öncədən planlanır və rəqibin konkret reaksiyasına hesablanır. Peşəkar diplomatiyada ilk baxışdan hətta təsadüfi görünən hadisələr belə öncədən planlaşdırılır və konkret ssenari üzrə həyata keçirilir. Bir sözlə, ali diplomatiya bizim şoumen-psevdodemokratların alışdıqları və yeganə bacardıqları məsuliyyətsiz demaqogiya, habelə ucuz populizmdən çox-çox uzaqlarda dayanan məfhumdur. İndi isə qeyd olunanlar müstəvisində Prezident…

Read More
Gündəm 

Azərbaycan regionun siyasi-iqtisadi lokomotivi rolunda

Azərbaycanın Çinlə əlaqələrinin sürətlə inkişafı ölkəmizi yalnız Avropa ilə Asiya arasında strateji qovşaq halına gətirmir, eyni zamanda Türk Dövlətləri və Qafqaz ölkələrinin iqtisadi dirçəlişinə də mühüm dəstək verir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov “İki sahil”ə bildirib ki, Prezidentin son bir ildə Çinə bir neçə dəfə səfər etməsi Azərbaycanın regionda artan nüfuzunun və qlobal miqyasda siyasi-iqtisadi proseslərdə fəal iştirakının bariz göstəricisidir. Xüsusilə, 2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında imzalanan “Azərbaycan…

Read More
Gündəm 

Çində tutuşdurulan “əqrəblər” – Rusiya niyə “ofsayt”da qaldı?

Kim güman edərdi ki, vaxt gələcək Azərbaycan Prezidenti Ermənistan baş naziri ilə daha tez-tez görüşəcək, nəinki Rusiya prezidenti ilə. Həm də bu görüşlər kifayət qədər məhsuldar olmaqla bölgədə uzunmüddətli sülhə mühüm töhfələr verəcək. İlham Əliyev və Nikol Paşinyan Ağ Evdəki təmasların və orda imzalanmış tarixi sənədlərin üstündən bir ay, Abu-Dabu görüşündən isə iki ay keçməmiş bu dəfə Çində bir araya gəldilər. “Saat əqrəbləri” indi də bu dövlətdə tutuşduruldu. Rusiya isə yenə “ofsaytda” saxlanıldı… Əlbəttə, üçüncü şəxsin qatılmadığı belə te-a-tet söhbətlər zamanı Azərbaycan və Ermənistan liderlərinin konkret nədən danışdığı yalnız özlərinə…

Read More
Gündəm 

Rusiyanın GPS təxribatı: Azərbaycanda başlayan, Ursula fon der Lyayenə uzanan təhlükə

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni daşıyan təyyarənin GPS sisteminə müdaxilə olunması dünya mətbuatının əsas müzakirə mövzularından biridir. Müdaxilədə Rusiya izi olması, radio-elektron mübarizə sistemlərindən istifadə edilməsi iddia olunur. Avropalı diplomatı Bolqarıstanın Plovdiv şəhərinə daşıyan təyyarəyə edilən elektron hücumlar GPS sistemini sıradan çıxarıb. Pilot bu səbəbdən kağız xəritəyə əsaslanmaqla hava limanına eniş edə bilib. Həmin vaxt Ursula fon der Lyayen Polşanın Varşava şəhərindən Bolqarıstanın Plovdiv şəhərinə gedirmiş. Avropanın ali diplomatı sözügedən şəhərə Bolqarıstanın Baş naziri ilə silah-sursat zavodunu gəzmək üçün səfər edib. Von der Leyen həmin təyyarə ilə də…

Read More
Gündəm 

Ayağa qalxaraq alqışlanası strategiya – Politoloqdan SENSASİON YAZI

Bəli, diplomatiya olduqca mürəkkəb peşədir. Burada arzu olunan nəticələri əldə etmək üçün bəzən zərgər dəqiqliyi tələb olunur. Atılan hər bir addım, davranış və səsləndirilən hər bir ifadə dəqiq hesablanmış olmalı və konkret hədəflərə xidmət etməlidir. İstifadə olunan emosiya və mimikalar belə öncədən planlanır və rəqibin konkret reaksiyasına hesablanır. Peşəkar diplomatiyada ilk baxışdan hətta təsadüfi görünən hadisələr belə öncədən planlaşdırılır və konkret ssenari üzrə həyata keçirilir. Bir sözlə, ali diplomatiya bizim şoumen-psevdodemokratların alışdıqları və yeganə bacardıqları məsuliyyətsiz demaqogiya, habelə ucuz populizmdən çox-çox uzaqlarda dayanan məfhumdur. İndi isə qeyd olunanlar müstəvisində Prezident…

Read More
Gündəm 

Bu ay Azərbaycan tarixinə qızıl hərflərlə yazılır – əvvəl 20, indi isə 1 sentyabr…

Məlumdur ki, sentyabr ayı ölkəmiz və xalqımız üçün uğurla başladı. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan sədrinə ünvanladıqları birgə müraciət əsasında, 1 sentyabr tarixindən etibarən ATƏT-in Minsk Prosesi, ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Fəaliyyətdə olan sədrin Şəxsi Nümayəndəsinin, həmçinin Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyəti rəsmən dayandırıldı. Qərara əsasən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul olunmuş bütün qərarlar qüvvədən düşmüş elan edilib. Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Musavat.com-a bildirdi ki, 1987-1988-ci illərdən başlayan və 44 günlük İkinci Qarabağ müharibəsindən, 19-20 sentyabr 2023-cü ildə “Azərbaycanın dövlət…

Read More
Gündəm 

Mehriban Əliyevaya Bakıda həbsdə olan savaş caniləri üçün müraciət edildi – Ermənilərin “məsum məhbus” hay-küyü

ARANTV.AZ  xəbər verir ki, sosial şəbəkələrdə Ermənistan təbliğat maşını yenidən hərəkətə keçib. Ermənistan əsilli Lusiana Minasyan Bakıda həbsdə olan Vigen Eulcekçyanın guya 20 gündür aclıq aksiyası keçirdiyini bəyan edib və Azərbaycanla Ermənistanın birinci xanımlarına müraciət edərək dərhal müdaxilə etməyə çağırıb. Erməni tərəfi bu təbliğatla həmin şəxsləri siyasi dustaq kimi təqdim etməyə, onları “humanizm” adı altında qəhrəmanlaşdırmağa çalışır. Halbuki, həmin şəxslərin əməlləri hər kəsə bəllidir. Onlar müharibə zamanı məsum azərbaycanlıları qətlə yetirmiş, kəndlərimizi dağıtmış, insanlığa qarşı cinayətlər törətmiş şəxslərdir. Azərbaycan xalqı yaxşı xatırlayır: Xocalı soyqırımında qətlə yetirilən 613 dinc insan, 4000-dən…

Read More
Gündəm 

Zəngəzur dəhlizi artıq “Çin səddi”ni də aşdı: Cənubi Qafqazın geopolitik xəritəsi dəyişir

Zəngəzur dəhlizi artıq sadəcə, Azərbaycan-Ermənistan münasibətlərinin predmeti deyil, bu geoiqtisadi layihə Avrasiyanın böyük oyunçularını bir araya gətirən yeni “geopolitik düyünə” çevrilməyə başlayıb… Azərbaycan və Türkiyə üçün Zəngəzur dəhlizi strateji üstünlüklər, eləcə də regional liderlik imkanları açır, bundan sonra Cənubi Qafqazın geopolitik xəritəsinin indikindən ciddi şəkildə fərqlənəcəyi artıq qətiyyən şübhə doğurmur… Cənubi Qafqazın bəzi qlobal əhəmiyyətli regional mövzuları Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən son sammitində gündəmə gətirilib. Belə ki, Çinin Tiencin şəhərində keçirilən “ŞƏT +” formatlı görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı diqqət mərkəzində oldu. Prezident İlham Əliyev son iki…

Read More