Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur
Azərbaycanda Şəhidlər xiyabanında çəkilişlər və digər məsələlərlə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib. Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasında bu məsələ ilə əlaqədar yeni qanunvericilik təşəbbüsləri irəli sürməyi planlaşdırırır: pizza “Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.…
Read More