Gündəm 

“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” – MÜSAHİBƏ

Afaq Bəşirqızı: “Gündüz həyatın çətinlikləri ilə ağlayır, axşam isə tamaşada komediya oynayırsan” Avqustun 15-də  Azərbaycan teatr və kino sənətinin parlaq simalarından, səhnəmizin unudulmaz obrazlarının yaradıcısı, Xalq artisti Afaq Bəşirqızı ömrünün 70-ci baharını qarşılayıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Afaq Bəşirqızı Azərbaycan mədəniyyətinin inkişafındakı böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub. “Yeni Müsavat”ın suallarını cavablandıran Afaq Bəşirqızı ilə yubiley söhbətimizi təqdim edirik: – Afaq xanım, həm “Şərəf” ordeni almağınız, həm də 70 illik yubileyiniz münasibəti ilə sizi ürəkdən təbrik edirik. Sənətkar üçün bu yaş nə deməkdir – uğurların hesabatı, yoxsa…

Read More
Gündəm 

Korrupsioner avroparlamentarilərin avantürizmi – ŞƏRH

Avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edərək, 1992-ci ildən münaqişənin sülh yolu ilə həllində vasitəçilik vəzifəsi daşıyan, lakin bu missiyanı tamamilə yerinə yetirə bilməyən ATƏT-in Minsk prosesinin və onun aidiyyəti təsisatlarının fəaliyyətinin dayandırılmasını tələb etmələri, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, həmçinin “Azadlığı müdafiə aktı”nın 907-ci düzəlişinin ləğv olunması, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə edilməsi, bir sözlə, Vaşinqtonda imzalanan sənədlər, razılaşmalar dünyanın bir çox ölkələrində müsbət mənada geniş rezonans doğurub.…

Read More
Gündəm 

İşğaldan azad olunmuş ərazilərdə iş imkanları genişlənir: 5300-dək şəxsin məşğulluğu təmin edilib

İşğaldan azad edilmiş ərazilərin yenidən məskunlaşdırılması və sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin qarşısında duran ən böyük vəzifələrdən biridir. Bu vəzifə təkcə infrastrukturun bərpasını və yeni yaşayış evlərinin tikilməsini deyil, eyni zamanda, əhalinin məşğulluğunu, gəlir imkanlarını və uzunmüddətli iqtisadi sabitliyini təmin etməyi nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzur bölgələrində dayanıqlı həyatın bərqərar olması üçün iş yerlərinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əmək bazarına uyğun kadr potensialının formalaşdırılması həlledici əhəmiyyətə malikdir. Ölkə Prezidenti İlham Əliyev Böyük Qayıdış proqramının əsas məqsədini açıqlayarkən bildirmişdi ki, bu proses yalnız əhalinin doğma torpaqlarına qayıdışı ilə məhdudlaşmamalıdır. İnsanların…

Read More
Gündəm 

«Zamanı qabaqlamaq düsturu»nun müəllifi – Prezident İlham Əliyev

III Şuşa Qlobal Media Forumundakı çıxışından sonra Vaşinqton görüşündəki açıqlamaları ilə dünyanın siyasi masasında həllini gözləyən hadisələri liderlik fəlsəfəsinin qüdrəti, müasir dövrün tələblərinə uyğun tezis kimi təhlil edən Prezident İlham Əliyevin adına gələn çoxsaylı təbrik məktubları bu reallığı təsdiqləyir Son illərdə dünyada baş verən hadisələrin önəmli halqası olduğu kimi, dünyanın siyasi coğrafiyasında Qlobal Cənub bölgəsi adlandırılan Cənubi Qafqaz regionu yenidən gündəmdədir. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını azad edən Azərbaycan beynəlxalq aləmdə möhkəmlənən mövqeyini, artan nüfuzunu Vaşinqton uğurları ilə bir daha təsdiqlədi . Cənubi Qafqazda baş verən proseslər göstərdi…

Read More
Gündəm 

Radikal düşərgənin bitməyən paxıllığı və manipulyasiya sevdası

Siyasi münasibətlər müstəvisində və ümumiyyətlə dövlətimizin müasir tarixində müxtəlif əlamətdar hadisələr yaşandıqca, habelə bu və ya digər konkret məsələlər ilə bağlı yaramaz demaqoqların çirkin manipulyasiyalarını gördükcə təkrar-təkrar o qənaətə gəlirsən ki, radikal təfəkkürün cəmiyyətə püskürdüyü ideoloji zəhərə qarşı siyasi maarifləndirmə işi ən optimal və ən ideal demokratik mübarizə üsuludur. Bəli, məhz mübarizə üsuludur. Çünki, gələcək, sabitlik və dayanıqlı inkişaf naminə dövlətə və dövlətçiliyə qarşı yönəlmiş istənilən hal ilə məhz mübarizə aparılmalı və sərt mövqe nümayiş olunmalıdır. Qərəzli manipulyasiyalarının alətinə çevrilməmək üçün cəmiyyət obyektiv mənzərəni görməli, hərarətli emosiyalardan sığortalanmalı və baş…

Read More
Gündəm 

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə Vaşinqtonda son nöqtə qoyuldu

2025-ci ilin avqustun 7-8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyannamənin, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından  böyük əhəmiyyəti vardır. Bu məsələlərin hər biri haqqında xeyli sayda  məqalələr yazmaq və hesabatlar, mühazirələr hazırlamaq olar. Bu yazıda mən ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması məsələsinə  toxunmaq istərdim. ATƏT-in Minsk Qrupu Azərbaycanın…

Read More
Gündəm 

Erməni ilə barışıq

Kimsə millətlər arasında əbədi düşmənçilik istəməz, amma lütfən, kimsə şəhid ailəsinin eşidəcəyi səslə “barışıq” deməsin; BBC-nin İrəvanda keçirdiyi son sorğuya diqqətlə baxın- əksər erməni yenə “qan-qan” deyir Son günlərin dəbdə olan sözüdür: “Erməni ilə barışıq…” Dövlət babanın bu yöndə diplomatiyası və siyasəti ilə işim yox. Bizim millət olaraq xarekterimizdə düşmənçilik olmayıb. Ona görə bütün millətlər Azərbaycanda rahat yaşayıb, işləyib, vəzifə tutub. Ermənilər də belə idi. Respublikanın əksər yerlərində ən bərəkətli torpaqlarda, ən yaxşı evlərdə yaşayırdılar, yaxşı vəzifələrdə işləyirdilər. Bunun qarşılığında bizə, dövlətə elə bir pislik etdilər ki, onun nə əfvi…

Read More
Gündəm 

30 il “Qarabağın açarı”ndan danışanlara… Ağ Evin AÇARI və bir azdan hamı “Zəngəzur dəhlizi” deyəcək…

Prezident İlham Əliyev Zəngəzur dəhlizinin (TRIPP) reallaşması ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində razılaşmadan təşvişə düşənlərə mesajını yollayıb. Azərbaycan Prezidenti bildirib ki, bu, yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq. Yəni heç kəs həyəcanlanmasın, Zəngəzur dəhlizi – Sülh və Rifah Naminə Tramp Yolu nəinki Azərbaycan, Türk dünyası, yaxud region anlamında, ümumiyyətlə, beynəlxalq səviyyədə uğurlu və faydalı perspektivlər vəd edən layihədir, kimsəyə qarşı da yönəlməyib. Ən yüksək səviyyədə bəyan olunan bu…

Read More
Gündəm 

TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA

10.08.2025-ci il tarixində saat 03:50 radələrində 2025-ci il təvəllüdlü körpə (kişi cinsli) halın pisləşməsi səbəbilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, müayinə zamanı körpəyə kəskin respirator xəstəlik diaqnozu təyin edilib. “Körpəyə zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müayinə üçün evə buraxılıb. 10.08.2025-ci il tarixdə körpənin yenidən halı pisləşib və həkiməqədər ölüm faktı qeydə alınıb. Qeyd edək ki, ölümün səbəbi pataloji-anatomik təşrihdən sonra dəqiq müəyyənləşəcək. Hazırda faktla əlaqədar aidiyyəti qurumlar, o cümlədən TƏBİB-in Pediatrik ölümlərin təhlili komissiyası tərəfindən araşdırma aparılır”,-…

Read More
Gündəm 

Rusiyadan azərbaycanlılara qarşı növbəti qadağa – Bakıdan reaksiya

Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin Azərbaycan vətəndaşlarının işə götürülməsinə qadağa qoyması, müasir beynəlxalq münasibətlər tarixində görünməmiş dərəcədə açıq irqçilik, milli ayrı-seçkilik və düşmənçilik nümunəsidir. Musavat.com-un məlumatına görə, bunu deputat Azay Quliyev bildirib. Milli Məclis üzvü əlavə edib ki, bu, təkcə siyasi təzyiq vasitəsi deyil, həm də Kreml rəhbərliyinin beynəlxalq hüququ, insan haqlarını və oturuşmuş beynəlxalq praktikanı heçə saydığının növbəti göstəricisidir: “Moskva düşünür ki, bu kimi cılız qərarla və ya SOCAR-ın Ukraynadakı müəssisələrinə hücum etməklə Azərbaycana təsir göstərə, xalqımızı qorxuya sala və milli həmrəyliyi poza bilər. Amma Kreml ciddi…

Read More