Gündəm 

Bölgədə sabitliyin, təşəbbüskarı və müəllifi – Azərbaycan

Vaşinqton görüşü çərçivəsində ABŞ, Azərbaycan, Ermənistan liderləri arasında imzalanan Birgə Bəyannamə əsasında ATƏT-in Minsk qrupunun ləgvi ilə bağlı qərar Avropa İttifaqının şərti sərhəddə yerləşdirdiyi Mülki Müşahidə Missiyasının «binokl diplomatiyası»na da aid olmalıdır Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsindən sonra belə ölkəmizə qarşı təxribatlarını davam etdirən ermənipərəst dairələrin onsuz da fəaliyyətsiz qurum kimi tanınan Minsk qrupunu canlandırmaq cəhdləri də nəticəsiz qaldı. Razılaşmaya əsasən, guya bölgədə sabitlik yaratmağı və erməni silahlılarını bölgədən uzaqlaşdırmağı öhdəsinə götürən Rusiya «sülhməramlıları»nın yerləşdikləri ərazilərdə «saqqallı terrorçuların» təxribatlar törətməsi belə bu missiyanın həmsədrlərini narahat etmədi. Mülahizələr çox…

Read More
Gündəm 

“Şərəf” ordeni alan Afaq Bəşirqızıdan SƏMİMİ AÇIQLAMA

Məlum olduğu kimi, Xaq artisti Afaq Bəşir qızı Səfərova “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o, bu ordenə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb. Xalq artisti Afaq Bəşirqızı sevincini Musavat.com-la bölüşərək deyib: “Çox həyəcanlıyam. Hər bir insan həyatda sevincli anlar gözləyir. Mənim incəsənətdə 53 illik zəhmətim var və bu illər ərzində Azərbaycan mədəniyyətinə xidmət etmişəm. Açığı, içimdə bir hiss vardı ki, nəsə baş verəcək. Amma bu gün məni ən çox sevindirən cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın mənə göstərdiyi diqqət…

Read More
Gündəm 

Postsovet ölkələrinə yeni hədə – “Rus dünyası” təhlükəsi

Duqinin “Çar var – beyin yoxdur” ifadəsi Putinin strategiyasının iflasa uğradığını göstərir; Rusiya “böyük dövlət statusunu” bərpa etmək hazırlığında – təhlil Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ Evdə imzaladığı Birgə Bəyannamədən ən çox Rusiyanın narahat olacağı gözlənilirdi. Elə də oldu. Hərçənd Ukrayna məsələsinə görə rəsmi Moskva öz təlaşını, hələ ki, tam büruzə vermir. Kremlə yaxın avrasiyaçı politoloq, mifik “Rus dünyası”nın əsas ideoloqlarından və təbliğatçılarından olan Aleksandr Duqin isə artıq özünə xas tərzdə hadisəyə reaksiya bildirib. O, Vaşinqton anlaşmasını “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflası” adlandırıb. “Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə…

Read More
Gündəm 

İranın Ermənistanı cəzalandırmaq planı – İlginc ssenari

Azərbaycan üçün “Tramp yolu”na hansı dövlətin nəzarət etməsinin heç bir fərqi yoxdur; avqustun 8-dən cənub qonşumuzun yuxusu ərşə çəkilib… “İranın bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Zəngəzur dəhlizi ilə bağlı məlumatlar təhrif edilir və İranın şimal sərhədlərini itirməsi kimi yozulur”. Bunu avqustun 12-də Tehranda mətbuat konfransında İran hökumətinin sözçüsü Fatimə Mohacerani bildirib. Onun sözlərinə görə, geniş müzakirə olunan Zəngəzur məsələsi İranın şimal ərazisinin yalnız kiçik bir hissəsinə aiddir. O, İranın regionda sabitliyin bərpasına, dövlətlərin ərazi bütövlüyünün qorunmasına, suverenliyinin qorunmasına böyük diqqət yetirdiyini vurğulayıb. Mohacerani bildirib ki, İran heç vaxt qonşu…

Read More
Gündəm 

Vaşinqtondan Zəngəzur dəhlizinə böyük dəstək

Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan Birgə Bəyannamə, Ağ Evdə paraflanan sülh sazişi, Birləşmiş Ştatlarla Azərbaycan arasında Strateji Tərəfdaşlığa dair Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması ilə bağlı sənədin qəbulu bölgəyə sülh vəd edir Prezident Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli görüşü Cənubi Qafqazda davamlı sülhün təminatında önəmli addım kimi dəyərləndirildi. Beynəlxalaq aləmdə böyük diqqətlə izlənilən bu görüş barədə açıqlamalardan da aydın olur ki, əldə olunan razılaşmalara, imzalanan sənədlərə əsasən regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq,…

Read More
Gündəm 

Minsk qrupu “dəfn” olunur

Azərbaycan Respublikası Prezidentinin, Amerika Birləşmiş Ştatları Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamənin ikinci bəndində deyilir: “Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq”. Artıq Vaşinqtonda əldə edilmiş razılığa əsasən, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına əngəl olan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət…

Read More
Gündəm 

Kremldə yenə “günah keçiləri” axtarırlar

“Azərbaycan və Ermənistan arasında Vaşinqtonda bağlanmış sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır. Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu “bərpa etmək” vaxtıdır.” Bu fikri Rusiyanın milli sovinizm siyasətinin memarlarından sayılan avrasiyaçı alim Aleksandr Duqin bildirib. Onun sözlərinə görə, ABŞ-da bağlanmış bu müqavilə Rusiyanın gücsüzlüyünün sübutudur: “Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq məğlubiyyət deyil, hər bir rusun sifətinə vurulan şillədir.” Duqin heç olmasa hikkəsini gizlətmir, üstəlik diş qıcayır,…

Read More
Gündəm 

Kolesnikin təkər kimi fırlanan təhdidləri: Azərbaycan yolundan dönməyəcək – deputatın yazısı

Son günlər Azərbaycana qarşı ucuz təbliğat şousuna daha bir rusiyalı deputat qoşulub və Rusiyada artıq natamamlıq kompleksinə çevrilmiş imperiya hikkəsindən doğan açıqlama ilə çıxış edib. Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnikin açıqlaması onun nəinki diplomatik, hətta elementar siyasi etikadan xəbərsiz olduğunu göstərir. Kolesnik Rusiyanın ictimai rəyinə hesablanmış “kurs dəyişmək” kimi pafoslu sözlərdən istifadə etsə də, görünür, hələ də XXI əsrdə yaşadığını unudub və “imperiya diktəsi” dövrünün bitdiyini hələ də dərk edə bilmir. Andrey Kolesnikin təhdidləri, nəinki siyasi dialoq, heç sivil, təhsilli, normal adam dili də deyil. Bu, sırf primitiv, yalnız…

Read More
Gündəm 

Qonşularımız bizə nə vaxt hücum edəcək?

Biz dövlət olaraq qonşu sarıdan “yarıyanlardan” deyilik, İran və Rusiya… Dünyada qonşuları ilə illərlə müharibə vəziyyətində olan, müharibə edib ya udan, ya da uduzan çox nümunələr var. Amma hələ müasir dünya hansısa dövlətin pis qonşusuna görə köçüb başqa bir yerdə yurd qurmasına şahid deyil. Biz dövlət olaraq qonşu sarıdan “yarıyanlardan” deyilik. Müstəqillikdən bəri, yəni öz sərhədlərimizə sahib olandan nankor qonşu Ermənistan gözümüzü açmağa imkan vermədi. 35 illik müsibətdən sonra indi sülh sazişi havasına köklənmək yaxşıdır, necə deyərlər, “pis sülh müharibədən daha yaxşıdır”. Amma sülh sənədi imzalamaq ayrı, barışıq ayrıdır. Sülh…

Read More
Gündəm 

Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr bərpa olunur – “Bu yolun geri dönüşü yoxdur”

Xəbər verildiyi kimi, avqustun 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb. Nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər. Tərəflər, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər. Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Kənan Novruzov bildirib ki, avqustun 8-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə…

Read More