8 avqust və Azərbaycan müxalifəti
Yazılarımızda 8 avqust tarixinə hələ uzun müddət davamlı şəkildə nəzər salacağıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton səfəri və səfər zamanı əldə olunmuş nailiyyətlər onlarla, bəlkə də yüzlərlə müstəvidə təhlil və şərh oluna bilər. Sirr deyil ki, konkret siyasi nailiyyətlərin cəmiyyətin ictimai təfəkküründə təsbit olunması və siyasi mövqeyə çevrilməsi məhz ünvanlı təhlil və araşdırmalar vasitəsilə baş verir. Söhbət ideoloji kontekstindən gedən zaman isə ümumiyyətlə nəzəri işləmələr və konkret təbliğat strategiyasının mövcudluğu artıq zərurətə çevrilir. Bəli, mətbuat olduqca mühüm siyasi amildir, ancaq ideoloji fəaliyyət müstəvisində onun funksiyası məlumatların tirajlanması ilə məhdudlaşır.…
Read More