Gündəm 

20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının doğma yurdlarından qovulmasına yönəlmişdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatçılığa və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi.…

Read More
Gündəm 

36 il öncəki qırğın və “Atan kazaklardır” həqiqəti

Bu sətirləri yazarkən gözlərimin qarşısına 36 il öncəki o dəhşətli hadisələr gəlir: sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar… Yeniyetmə yaşımda yaddaşıma ömürlük qanlı damğasını vurdu “qırmızı imperiya”nın “sovet ailəsi”nin üzvü olan respublikanın paytaxtında tökdüyü qanlar. O vaxtlar həmyaşıdlarım İlqar İbrahimov, Larisa Məmmədovanın, Veranın, Nərimanın qətlə yetirməsindən o qədər təsirlənmişdim ki…İlqarın gülərüz siması bu günədək gözlərimin qarşısındadır. Amma Xəlil Rza Ulutürk demişkən, “nallı çəkməli” sovet əsgərləri üçün fərqi yox idi, günahkar, ya günahsız, onlar öldürməyə gəlmişdilər. Özü də bu, ilk dəfə deyildi ki…Çar Pyotrun zamanından üzü bəri dəfələrlə eyni məram-məqsədlə yağmalamışdılar məmləkətimizi:…

Read More
Gündəm 

20 Yanvar tarixdə də yaşayacaq, ruhumuzda da..

Heydər Əliyev: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də   vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. 1920-ci il aprelin 18-də rus imperiyası Azərbaycan Demokratik Respublikasını ilhaq etsə də xalqın azadlıq ruhunu ilhaq etməyə gücü, qüdrəti çatmadı. Bu ruh zaman-zaman qadağalara, təqiblərə, sürgünlərə məhəl qoymadan gizlin də olsa, kiçik miqyaslarda da olsa təçkilatlanırdı. Bu təşkilatlanma nə vaxtsa bö­yük, dönməz bir hərəkatın başlanğıcı olacaqdı. O ruhu Xəlil Rza…

Read More
Gündəm 

Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa edib

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib. “İki sahil” xəbər verir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox, kəmiyyət olaraq – 5 % azdır. Hesabat dövründə Azərbaycan Hindistandan 639 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 % az) 323 ton (-11 %), İrandan 292 min ABŞ dolları dəyərində (+20 %) 213 ton (+8 %), Türkiyədən 39,41 min ABŞ dolları dəyərində (+5 %) 4,23 ton (+11 %), Pakistandan 8,3 min ABŞ dolları dəyərində 1,2 ton, Birləşmiş Ərəb Əmirliklərindən 2 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 0,99 ton (+65 %) məhsul alıb. Azərbaycan 5 il 8 aylıq fasilənin ardından Pakistandan tədarükü bərpa edib.

Read More
Gündəm 

Azərbaycan daha bir ölkədən mixək idxal etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 667 min ABŞ dolları dəyərində 84 ton mixək idxal edib. “İki sahil” xəbər verir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq 28 % azdır. Hesabat dövründə Azərbaycan İndoneziyadan 585,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çox) 76,31 ton (+27 %), Madaqaskardan 57,7 min ABŞ dolları dəyərində (-79 %) 6,1 ton (-80 %), Türkiyədən 7,11 min ABŞ dolları dəyərində (-27 %) 0,33 ton (+27 %), Hindistandan 6,84 min ABŞ dolları dəyərində (-91 %) 1 ton (-90 %), Almaniyadan 0,11 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,01 ton (dəyişməyib) məhsul alıb. Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə…

Read More
Gündəm 

Məhkəmələr sözün niyyətinə qiymət verəcək – Mətbuat “korrupsioner məmurun oğlu” yazanda ehtiyatlı olmalıdır

Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum qərarı ilk baxışdan şəxsiyyət hüquqlarının müdafiəsində mühüm irəliləyiş kimi görünür. Lakin hüququn hər yeni “müdafiə mexanizmi” eyni zamanda başqa bir azadlığın sərhədlərinə toxunduqda, qaçılmaz suallar ortaya çıxır. Bu qərar insan ləyaqətini qoruyarkən, söz və tənqid azadlığını nə dərəcədə təhlükə altına salır? Mətbuat bu qərardan necə təsirlənəcək? Azərbaycan reallığında məhkəmələr uzun illər informasiya və fikir azadlığını deyil, daha çox “zərər görmüş reputasiya” arqumentini üstün tutan yanaşmaya görə tənqid olunur. Belə bir yanaşma ortada ikən Plenumun şəxsiyyət hüquqlarını “canlı institut” kimi geniş şərh etməsi,…

Read More
Gündəm 

Qanlı və şanlı tariximiz – 20 Yanvar

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə həmdə qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırım, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən işğal olunması, nəticədə ölkə ərazisinin 125 min kvadrat kilometrdən 87 min kvadrat kilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq…

Read More
Gündəm 

Alimentlə bağlı yeni normalar müəyyənləşdi

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma müəyyənləşib. Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Əmək Məcəlləsinə əsasən, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır. Müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində…

Read More
Gündəm 

MİQ-də iştirakın ödənişli olması nəyə xidmət edir?- Açıqlama

Ölkə başçısının müvafiq Sərəncamı ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik nəticəsində müəllimlərin işə qəbulu üzrə müsabiqədə (MİQ) iştirak ilk dəfə iştirak edən şəxslər üçün ödənişsiz, təkrar iştirak etmək istəyənlər üçün isə ödənişli olacaq. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, o cümlədən əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər…

Read More