Gündəm 

SON DƏQİQƏ! ABŞ-dən Naxçıvanla bağlı XƏBƏRDARLIQ

Martın 5-də yerli vaxtla təxminən saat 12:00 radələrində Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Beynəlxalq Hava Limanı ərazisinə dron hücumu həyata keçirilib. Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, ABŞ hökuməti təhlükəsizlik səbəbindən öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edir. Bildirilib ki, ABŞ vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır və vəziyyətlə bağlı operativ məlumatlar paylaşılmağa davam edəcək. Bununla yanaşı, Azərbaycanda olan ABŞ vətəndaşlarına ehtiyac yaranacağı halda ABŞ Dövlət Departamenti ilə +1-202-501-4444 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Qeyd olunub ki, hazırda Bakıda yerləşən ABŞ səfirliyinin…

Read More
Gündəm 

Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə

Prezident İlham Əliyev kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Musavat.com xəbər verir ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi (KTN) dövlət başçısının 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6-1-ci hissəsində nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) “aqrar ticarət (tapaqro)” altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını…

Read More
Gündəm 

Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir

Naxçıvan hava limanının müvəqqəti olaraq fəaliyyətini dayandırması səbəbindən Bakı ilə Naxçıvan arasında birbaşa hava əlaqəsi kəsildikdən sonra Türkiyə qardaşlıq jesti edib (İranın xain dron terroru hava limanının fəaliyyətinin dayanmasına səbəb olub). Musavat.com xəbər verir ki, yaranmış vəziyyətdə sərnişin və yük daşımalarının davam etdirilməsi üçün Ankara tərəfindən alternativ logistika marşrutu təklif olunub. Məlumata görə, Türkiyə tərəfi Bakıdan Naxçıvana istiqamətlənən təyyarələrin Iğdır hava limanına enməsini və sərnişinlərin buradan xüsusi təşkil olunmuş nəqliyyat vasitələri ilə Naxçıvana çatdırılmasını təklif edib. Bu təklif rəsmi Bakı tərəfindən müsbət qarşılanıb və qısa müddətdə həyata keçirilməyə başlanıb. Beləliklə, Bakıdan…

Read More
Gündəm 

Ermənistanda panika – Qafanda…

Axşam saatlarında Ermənistanda panika yaşanıb. Musavat.com bildirir ki, Qafan bölgəsində atəş səslərinin eşidildiyi barədə şayiələr yayılıb. Müdafiə Nazirliyi isə xəbəri təkzib edib. “Ermənistan ərazisində atəş səsləri və ya partlayış səsləri eşidilməyib”, – Ermənistan Müdafiə Nazirliyi mətbuatın Qafan şəhərində (Ermənistanın cənubunda) artilleriya atəşinin eşidilməsi barədə xəbərinə cavab olaraq bildirib. Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qeyd edib ki, bu cür manipulyasiya başlıqlı yazılar cəmiyyətdə lazımsız gərginlik yaradır.

Read More
Gündəm 

Pensiyalarla bağlı mühüm açıqlama

SSRİ dövründə toplanmış iş stajının hazırkı pensiya sistemində nəzərə alınması məsələsi vaxtaşırı müzakirə mövzusuna çevrilir. Bu stajın necə hesablanması, yenidən qiymətləndirilməsi və mümkün pensiya artımlarının iqtisadi təsirləri sosial siyasət baxımından aktualdır. Musavat.com bildirir ki, məsələ ilə bağlı demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, bu məsələ ilk baxışda iqtisadi və fiskal nəticələri baxımından ciddi suallar doğursa da, mahiyyət etibarilə sosial ədalət məsələsidir. İnsan vaxtında çalışıb, zəhmət çəkib, lakin ahıl çağında yetərli sosial təminat ala bilmirsə, burada həm hüquqi, həm də institusional səbəblər mövcuddur. “Hazırkı pensiya sistemi fərdi sosial sığorta…

Read More
Gündəm 

İranın naziri Əraqçi Ceyhun Bayramova zəng etdi: “Yaralılara şəfa diləyirəm…”

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub. Musavt.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov, İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb. İranlı nazir Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başlatdığını bildirib.…

Read More
Gündəm 

Nazirlər Kabineti İranla bağlı sərt qərarı elan etdi! TAM DAYANDIRILDI!

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. “Məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud…

Read More
Gündəm 

Azərbaycanlılar İran ordusundan imtina edir

İran ordusunda xidmət edən azərbaycanlı hərbçilərin ordu sıralarını tərk etmələri barədə sosial şəbəkə hesablarında xəbərlər yayılıb. Musavat.com-un məlumatına görə, həmin xəbərlərdə bildirilib ki, xüsusən Tehran rejiminin Türkiyə və Azərbaycana qarşı təcavüzkar və təhdid mövqeyi, təxribatçı əməlləri azərbaycanlı hərbçilərin xidmətdən imtina etmələrinə səbəb olub. Yerli mənbələrin sözlərinə görə, ailələr İran hökumətinin yanlış siyasətləri nəticəsində ABŞ və İsraillə başlanan müharibədə yaxınlarının ölümünün qarşısını almaq üçün onlarn geri qayıtmalarına israr edirlər. Bildirilir ki, 11-ci Marağa artilleriya qrupunda xidmət edən hərbçilərin əhəmiyyətli hissəsi xidmət yerlərini tərk ediblər. Bu arada, Güneydəki gənclər təşkilatının da Tehranın…

Read More
Gündəm 

Suriya İranın Azərbaycana və Türkiyəyə zərbələrini pislədi

Suriya Xarici İşlər Nazirliyi İranın Azərbaycan və Türkiyə istiqamətində həyata keçirdiyi hücumlarla bağlı bəyanat yayıb. Musavat.com xəbər verir ki, Suriya XİN açıqlamasında İranın ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Türkiyə və Azərbaycana zərbə endirmək cəhdini qətiyyətlə pislədiyini bildirib. Bəyanatda qeyd olunub ki, bu cür addımlar dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır və regional, eləcə də beynəlxalq təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır. Suriya Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, rəsmi Dəməşq mülki əhaliyə və infrastruktura qarşı yönəlmiş istənilən zorakılığı və eskalasiyanı qəbul etmir. Açıqlamada Türkiyə və Azərbaycanla tam həmrəylik ifadə…

Read More
Gündəm 

AZAL-dan TƏCİLİ AÇIQLAMA – Bakı-Naxçıvan-Bakı reysi…

5 mart 2026-cı il, Bakı – Son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub. Bu barədə Musavat.com-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana və əks istiqamətə daşınması üçün xüsusi avtobuslar təşkil olunub. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcəkdir. 5 mart 2026-cı il tarixinə Bakı-İğdır-Bakı marşrutu üzrə planlaşdırılmış uçuş cədvəli (bütün saatlar yerli vaxtla qeyd edilib):…

Read More