Suriya İranın Azərbaycana və Türkiyəyə zərbələrini pislədi
Suriya Xarici İşlər Nazirliyi İranın Azərbaycan və Türkiyə istiqamətində həyata keçirdiyi hücumlarla bağlı bəyanat yayıb.
Musavat.com xəbər verir ki, Suriya XİN açıqlamasında İranın ballistik raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Türkiyə və Azərbaycana zərbə endirmək cəhdini qətiyyətlə pislədiyini bildirib.
Bəyanatda qeyd olunub ki, bu cür addımlar dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasıdır və regional, eləcə də beynəlxalq təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradır.
Suriya Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, rəsmi Dəməşq mülki əhaliyə və infrastruktura qarşı yönəlmiş istənilən zorakılığı və eskalasiyanı qəbul etmir. Açıqlamada Türkiyə və Azərbaycanla tam həmrəylik ifadə olunub.
Eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış edilərək regionda sülhün və təhlükəsizliyin qorunması üçün öz məsuliyyətlərini yerinə yetirməyə çağırılıb.

