Gündəm 

Qalib Azərbaycanın memarı

Müasir Azərbaycan güclü dövlətçilik ənənələrinə, müstəqil xarici siyasətə və dayanıqlı sosial-iqtisadi inkişaf modelinə əsaslanan yeni tarixi mərhələdə inamla irəliləyir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və prinsipial siyasət nəticəsində Azərbaycan regional liderlikdən qlobal aktorluğa yüksəlmiş, beynəlxalq münasibətlər sistemində söz sahibi olan nüfuzlu dövlətə çevrilmişdir. Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda da təşəbbüskar ölkə kimi çıxış edir. COP29-a ev sahibliyi bunun bariz nümunəsidir. Qısa müddətdə həyata keçirilən hazırlıq işləri və əldə olunan mühüm razılaşmalar Azərbaycanın iqlim diplomatiyasında yeni mərhələ açdığını göstərdi. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan…

Read More
Gündəm 

Yanvarın 1-dən qiymətlər artacaq?

2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq. Bu yenilik Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər çərçivəsində nəzərdə tutulub və ölkədə ƏDV sistemində əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Yeni mexanizm vasitəsilə vətəndaşlar ödəmiş olduqları əlavə dəyər vergisini geri ala biləcəklər, yəni xidmətlərin faktiki qiymətində şəffaflıq artacaq. Bununla yanaşı, bu dəyişiklik bərbərxana və kosmetoloji xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün də vergi hesabatlılığını artıracaq, qəbzlərin verilməsi və rəsmi qeydiyyatın təmin olunması daha ciddi şəkildə izlənəcək. Bəs bütün bu…

Read More
Gündəm 

Bu gün məhkumlar ailələrinə qovuşacaq – Amnistiya başladı

Bu gündən Amnistiya aktının icrasına başlanılır. Musavat.com xəbər verir ki, cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad ediləcək. Qeyd edək ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib. Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.

Read More
Gündəm 

Əli Əsədov qəzetlərlə bağlı mühüm QƏRAR İMZALADI

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması müəyyənləşib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan” qəzeti redaksiyasına, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması aşağıdakı kimidir:…

Read More
Gündəm 

Çay istehsalında ciddi azalma

İqtisadçı: “Azərbaycanda yığılan çay ümumi tələbatın heç 10 faizini təşkil etmir” Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 10 min 540,1 ton çay istehsal olunub. Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 988,2 ton və ya 8,5 faiz azdır. Ötən ilin müvafiq dövründə çay istehsalı 11 min 528,3 ton təşkil etmişdi. Rəsmi məlumatlara əsasən, noyabr ayının 1-nə olan vəziyyətə görə hazır məhsul ehtiyatı 94,0 ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,32 faiz və ya 0,3 ton çoxdur. 2024-cü ilin eyni dövründə bu…

Read More
Gündəm 

Vardanyanın məhkəmədə son ümidi də puç oldu

4 minə yaxın azərbaycanlının taleyinə biganə qalan “Qırmızı Xaç” niyə indi əl-ayağa düşüb? Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Dekabrın 18-də prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini istəyib.  Son prosesdə  Vardanyanın şahid qismində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsinin məhkəmədə iştirakının təmin edilərək dindirilməsi barədə vəsatəti müzakirə olunub. Müdafiə tərəfinin mövqeyinə görə, həmin təşkilatın nümayəndəsinin məhkəmədə şahid qismində iştirakı zəruridir. Belə ki,…

Read More
Gündəm 

Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Humanizm prinsipi bu siyasətin əsas ideoloji sütunlarından biri kimi özünü sosial rifahın yüksəldilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, eləcə də ədalətli və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlarda aydın şəkildə göstərir. Dövlət başçısının təşəbbüsü ilə reallaşdırılan sosial islahatlar, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli diqqət humanist yanaşmanın bariz nümunəsidir. Təhsil, səhiyyə və sosial müdafiə sahələrində həyata keçirilən proqramlar insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, Prezident İlham Əliyevin multikulturalizm və tolerantlıq siyasəti humanizmin…

Read More
Gündəm 

Aqrar sektorda tempi qaldırmaq çağırışı – iqtisadçı deyir ki…

Qısamüddətli təşviqlər yox, sistemli islahatlar lazımdır Deputat Əli Məsimli Milli Məclisin iclasındakı çıxışı zamanı bir sıra vacib məsələlərə diqqət çəkib. O,  qeyri-neft sektorunun problemlərindən və perspektivlərdən bəhs edərək deyib ki, 2024-cü ildə ÜDM-in həcminin 68 faizini qeyri-neft  sektoru təşkil edirdisə, 2029-cu ildə bunun 80 faizi ötəcəyi gözlənilir: “Qeyri-neft sektoru üzrə qoyulan hədəfə nail olunması xeyli dərəcədə üç sahənin – aqrar sahə, emal sənayesi və turizm sahəsində mövcud potensialdan optimal əlaqələndirilmiş şəkildə istifadənin səmərəlilik dərəcəsindən asılı olacaq”. Deputat bildirib ki, inkişaf etmiş kənd təsərrüfatı iqtisadi sabitliyin başlıca şərtidir: “Ötən ildən başlayaraq…

Read More
Gündəm 

Pensiya alanlara şad xəbər: Gələn ildən…

“Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdən biri olaraq qalır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, özəl pensiya fondlarının yaradılması, sığorta–pensiya münasibətlərinin tənzimlənməsi və sistemin dayanıqlılığının artırılması vacib istiqamətlər kimi müəyyən edilib: “Gözlənilir ki, yaxın illərdə bu sahədə konkret addımlar atılacaq. Bu, pensiya sisteminin daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. Pensiya sahəsində planlaşdırılan strategiyalar…

Read More
Gündəm 

Qulaqlığı çubuqla, ötürücü cihazı yapışqanla taxıblar…- “İmtahan əməliyyatı”

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarındakı qayda pozuntuları ilə detalları açıqlayıb. Açıqlamada qeyd edilib ki, iş üzrə təqsirləndirilən şəxslər – Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. “Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər. Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə…

Read More