Vətən müharibəsindən sonra 422 Azərbaycan vətəndaşı mina qurbanı olub
Minatəmizləmə işlərinə daha çox geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, minalar Azərbaycanda həyat almaqda davam edir:
“14 aprel tarixində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndində tank əleyhinə minaya düşərək həlak olub. Onun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk. Bu faciə minaların davam edən insan itkisini və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi təhlükələri kəskin şəkildə xatırladır”.
Nazirlik qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsindən indiyədək 422 azərbaycanlı minaya düşərək zərər çəkib və ya həyatını itirib.

