Gündəm 

Hədəf dəyişməzdir

Gələn il 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunacağı, o cümlədən, 170 minə yaxın şəxsin işlə təminatına dəstək veriləcəyi gözlənilir Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən texnoloji inkişaf, rəqəmsallaşma və demoqrafik dəyişikliklər Azərbaycanın əmək bazarının strukturunda və peşə tələblərində əhəmiyyətli transformasiyaya səbəb olur. Texnoloji trendlər ənənəvi peşələrin aktuallığını itirməsinə, eyni zamanda, yeni və yüksək ixtisas tələb edən sahələrin yaranmasına səbəb olur. Bu da karyera dəyişikliyini müasir əmək bazarında təbii bir prosesə çevirir. Yeni iqtisadi çağırışlar fonunda işsiz əhalinin sosial müdafiəsinin daha təkmil və dayanıqlı mexanizmlər əsasında qurulması zərurətə…

Read More
Gündəm 

Kobaxidze: Azərbaycan Gürcüstanın etibarlı dostudur

Azərbaycan Gürcüstanın xüsusi dostudur. İki ölkənin hökumətləri arasında müstəsna dostluq münasibətləri mövcuddur. “Report” xəbər verir ki, baş nazir bunu İctimai Televiziyaya verdiyi müsahibəsində bildirib. “Türkmənistanda Azərbaycanın Baş naziri Əli Əsədovla çox səmimi görüşüm oldu. Ümumilikdə, Azərbaycan bizim xüsusi dostumuzdur və hökumətlər arasında müstəsna dostluq münasibətləri qurulub, ona görə də hər hansı bir məsələdə ortaq məxrəc tapmaq bizim üçün çətin olmayacaq”, – deyə Gürcüstanın Baş naziri vurğulayıb. Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə daşımalara dair yekun razılığın əldə olunmasıdır. “Həm Azərbaycan, həm də Ermənistan tərəflərinin maraqları bizim üçün…

Read More
Gündəm 

Onlara ən azı 46 gün məzuniyyət veriləcək

Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətləri olan işçilərin siyahısında dəyişiklik ediləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Sənədə əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək: – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə; – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş…

Read More
Gündəm 

ƏDV ilə bağlı YENİ XƏBƏR – Bundan sonra…

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır. Belə ki, 2026-cı ildən etibarən ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0.5 əmsal tətbiq etməklə iki dəfə artırılaraq 400 min manata çatdırılacaq. Həmçinin, eyni yanaşma vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı da tətbiq ediləcək. Belə ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12…

Read More
Gündəm 

Metro və avtobuslarda ödənişlər belə olacaq – VACİB AÇIQLAMA

Gələcəkdə metro və avtobuslarda vahid, güzəştli tarif sisteminin tətbiqi mərhələli şəkildə həyata keçirilə bilər. Bəs, gələcəkdə metro və avtobuslarda vahid, güzəştli tarif sisteminin tətbiqi planlaşdırılırmı? Mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yanvarın 1-dən etibarən ictimai nəqliyyatda brutto müqavilələrə keçid prosesi başlayacaq. Onun sözlərinə görə, bu sistem daşıyıcıların maliyyə dayanıqlığını təmin və dövlət tərəfindən subsidiyalaşdırmanı özündə ehtiva edir. “Brutto sistemə mərhələli keçid tamamlandıqca vahid bilet və güzəştli tarif paketlərinin formalaşması mümkün olacaq. Belə ki, gələcəkdə sərnişinlər üçün günlük, aylıq və illik biletlərin tətbiqi…

Read More
Gündəm 

İki qardaş ölkə Dünya Çempionatı keçirir-“Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək”

Azərbaycan 2027-ci ildə çox önəmli bir tədbirə ev sahibliyi edəcək. 20 yaşadək kişilər arasında Futbol üzrə Dünya Çempionatı Özbəkistanla yanaşı həm də ölkəmizdə təşkil olunacaq. Artıq hazırlıq işlərinə indidən start verilib və yarışın təşkili üçün Təşkilat Komitəsi yaradılıb. Belə bir çempionatın Azərbaycana salınması ölkənin idman siyasətinin böyük uğurlarından biri kimi qəbul olunur. Gələcəkdə belə yarışların ev ünvanı kimi Bakının seçilməsi üçün U20-nin ən yüksək səviyyədə təşkilinin vacibliyi vurğulanır. Əslində, ölkəmizin  bu cür yarışmaları keçirmək təcrübəsi də var. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları paytaxtımızda təşkil olunmuşdu. 2019-cu ildə Avropa Liqasının finalı…

Read More
Gündəm 

Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI

Məlum olduğu kimi, sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevə tərəfindən lentə alınan “Məhsəti” filmi cəmiyyətdə geniş müzakirələrə, haqlı tənqidlərə səbəb olub. Çünki filmdə dahi ədib Məshəti Gəncəvinin obrazı əxlaqsız formada təqdim edilib. Üstəlik filmdə cəmiyyətin əxlaqı, mənəvi dəyərləri hədəf alınıb. Film ciddi sənət nümunəsi olmasa da, xalqın dəyər verdiyi, min ildən sonra da hörmətlə yad etdiyi Məhsəti Gəncəvi kimi bir şəxsiyyəti bu cür iyrənc formada təqdim etməklə Suad əslində öz niyyətini ifşa edib. Əsas məqsəd – Cəmiyyət əxlaqına zərbə vurmaq Məsələnin ən ikrah doğuran və cəmiyyətdə qəzəb yaradan…

Read More
Gündəm 

İrandan gətirilən portağal boyanır? – Ələ keçən rəng şübhə yaratdı – VİDEO

İrandan gətirilən portağalın rəngləndiyi iddia olunur. Sosial şəbəkələrdə yayılan videoda portağalın üzərindəki rəngin süni olduğu göstərilir. Videonu çəkən şəxs bildirir ki, meyvəyə sadəcə əl vurmaq kifayətdir ki, dərhal rəng ələ keçsin. İddialara görə, portağalın üzərinə süni boya çəkilib və bu, onun təbii olmadığını sübut edir. Məsələ sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub./Milli.az/

Read More
Gündəm 

Bu şəxslər gələn ildən daha çox vergi ödəyəcək

“Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizlik dərəcələr isə 8 faizə çatdırılacaq”. Bunu “Qafqazinfo”ya açıqlamasında deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əməkhaqqının 5 faizi miqdarından 8…

Read More
Gündəm 

“Odlar yurdu” adı polemikası

  Dini ekspert: “Adam ərəbə öz ölkəsi haqqında “od ölkəsi” deyərmi?” Birləşmiş Ərəb Əmirliklərinin yaranmasının 54-cü il dönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təmsilçilərinin möhtəşəm mədəniyyət təqdimatı böyük rəğbətlə qarşılanıb.  Bildirilir ki, BƏƏ-nin rəsmi dəvəti ilə bu mərasimdə iştirak edən Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqs qrupu və orkestrin birgə çıxışı Azərbaycan mədəni irsinin zənginliyini və xalqımızın qədim ənənələrini bütün dünyaya nümayiş etdirib. Qarabağ atlarının nəcib duruşu, rəqs qrupunun ahəngdar kompozisiyaları və orkestrin canlı ifası tədbirin atmosferinə unudulmaz rəng qatıb. Bu tədbirlə bağlı Yaxın Şərq siyasəti üzrə araşdırmaçı-yazar…

Read More