Mexikodakı səfirliyimizdən Azərbaycan vətəndaşlarına MÜRACİƏT
Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı Mexikodakı səfirliyimiz Azərbaycan vətəndaşlarına müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur. Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur. Meksikadakı Azərbaycan…
Read More