Gündəm 

Natiq Qasımovun ailəsi Leyla Əliyeva və Alena Əliyevaya onları ziyarət etməsinə təşəkkür edib

Milli Qəhrəman Natiq Qasımovun ailə üzvləri Leyla Əliyeva və Alena Əliyevaya onları ziyarət etməsinə təşəkkür ediblər. “İki sahil” xəbər verir ki, bu barədə “Report”un Qərb bürosuna N.Qasımovun qardaşı Nofəl Qasımov bildirib. N.Qasımov Leyla Əliyevanın və Alena Əliyevanın ziyarətini xoş qaşıladıqlarını, bu günün onlar üçün sevinc dolu anlar olduğunu bildirib: “Cənab Prezidentin ailə üzvlərinin evimizdə olması, bizi ziyarət etməsi çox xoş oldu. Bu gün yaddaşımızda hər zaman xoş xatirələrdən biri kimi qalacaq. Ailəmiz adından Leyla xanıma və Alena xanıma təşəkkür edirik. Həmçinin Natiq Qasımova Milli Qəhrəman adı verdiyinə görə cənab Prezidentə təşəkkürlərimizi çatdırmağı…

Read More
Gündəm 

Leyla Əliyeva Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalından videogörüntü paylaşıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə keçirilən Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalından paylaşım edib. “İki sahil” sözügedən paylaşımı təqdim edir:

Read More
Gündəm 

Erməni məhsulları Azərbaycana doğru yolda – YEYƏKMİ?

“Ermənistan bir-iki ay ərzində Azərbaycana mal ixrac etməyə başlayacaq”. Bunu Ermənistanın hakim partiyasının üzvü Babken Tunyan deyib. O bildirib ki, söhbət metal və ya folqadan, eləcə də Bakıda tələbat olan mümkün qida məhsullarından gedir: “Bu, bazar qanunlarına uyğun olaraq baş verəcək. Müəyyən mallara tələbat olarsa, ilk ixrac halları tezliklə ortaya çıxacaq. Konkret qərarlar hökumət tərəfindən verilmir, lakin mallarla bağlı qarşılıqlı maraqlar əsas götürülür”. Söhbət hansı qida məhsullarından gedə bilər? Onlardan rahatca istifadə eləmək olarmı? Yoxlamadan keçirilməlidirmi? İqtisadçı ekspertlər hesab edir ki, hansı məhsulların Azərbaycana göndərilməsi məsələsində Ermənistanın ixrac potensialına nəzər…

Read More
Gündəm 

Qonşu ölkədə xaşxaş əkini qanuniləşir – sıra Azərbaycanda?

Qonşu İranda xaşxaş bitkisinin becərilməsinə rəsmi icazə veriləcək. Bundan sonra ölkədə xaşxaş əkini qanunsuz hesab edilməyəcək və müəyyən regionlarda bu bitkinin yetişdirilməsinə başlanılacaq. Bu barədə İranın Narkotiklərlə Mübarizə Qərargahı məlumat yayıb. Bildirilib ki, qərar beynəlxalq və daxili şərait nəzərə alınmaqla qəbul edilib. Məqsəd ölkənin dərman sənayesi üçün, xüsusilə əməliyyat otaqları və xəstəxanaların tibbi ehtiyaclarının bir hissəsini daxili istehsal hesabına təmin etməkdir. Eyni zamanda, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunan preparatların istehsalı üçün də xaşxaş becərilməsi planlaşdırılır. Qeyd edilib ki, becərmə prosesi dövlət nəzarəti altında həyata keçiriləcək və yalnız…

Read More
Gündəm 

Benzinə dair yeni qərar İMZALANDI

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Dəyişikliyə əsasən, bundan sonra bir sıra mallar, o cümlədən avtomobil benzini üçün rüsumlar ayrıca müəyyən ediləcək. Qərar 30 gündən sonra qüvvəyə minəcək.

Read More
Gündəm 

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli KİMDİR… – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib. Musavat.com Vüsal Nəsirlinin dosyesini təqdim edir: Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsində dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb. O, 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsində direktor müavini, 2013–2018-ci illərdə isə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində işləyib. Son təyinatınadək…

Read More
Gündəm 

Müəllimini güllələyən şagird liseyə silahı belə keçirib – İLKİN GÖRÜNTÜLƏR – VİDEO

Səhər saatlarında “İdrak” liseyində baş verən insidentin ilkin görüntüləri yayılıb. Musavat.com musteqil.az-a istiandən xəbər verir ki, görüntülərdə yeniyetmənin silahı liseyə necə keçirdiyi görünür. Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib.liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini məktəb çantasında liseyə gətirib.Hadisə zamanı ov silahından açılan atəş nəticəsində liseyin riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın yaralandığı bildirilib.

Read More
Gündəm 

Müəllimini güllələyən şagird hər il bu qədər təhsil haqqı ödəyirmiş

Bu gün silahlı insidentin törədildiyi “İdrak” liseyində təhsil haqqı məlum olub. Azərbaycanda dövlət məktəblərində orta təhsil pulsuz olsa da, valideynlər uşaqlarını ən yaxşı təhsil imkanları təqdim edən liseylərdə oxutmaq üçün böyük məbləğlər xərcləyirlər. “İdrak”da illik haqq 10.000-16 500 manat arasıdır. Xatırladaq ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird tutulub. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir,…

Read More
Gündəm 

Pomidor indi yaydakından ucuzdur – SƏBƏB

Son günlər pomidor bazarda insanlara müxtəlif qiymətlərlə təklif olunur. Maraqlısı budur ki, qış mövsümündə pomidorun qiyməti bahalaşmaq əvəzinə ucuzlaşıb. Bəs bu ucuzlaşma nə ilə bağlıdır?  Fevralda 1 manata pomidor piştaxtaları bəzəyir. Satıcıların sözlərinə görə, ötən illə müqayisədə bu il qiymətlərdə kəskin fərq var. Buna səbəb isə bu sezon məhsulun bol olduğu düşünülür. Qiymətlər bölgələrdə də özünü göstərir. Fermerlər bildiriblər ki, əsas səbəb Rusiya bazarlarına başqa ölkələrdən idxal edilməsidir: “Məhsul 60-70 qəpiyə istixanadan alınır. Buna səbəb isə bizim xaricə çıxışımız bahadır. Yol xərcimiz çox çıxır. Özbəkistan, Qazaxıstan pomidorları Rusiya bazarında bu…

Read More
Gündəm 

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi məlum olub. Odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır./Qafqazinfo.az/

Read More