Gündəm 

TÜİB-dən Zəfər Günü paylaşımı – VİDEO

Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi Zəfər Günü ilə bağlı paylaşım edib.  Musavat.com xəbər verir ki, Türkiyə – Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) 8 Noyabr – Zəfər Günü münasibətilə xüsusi video-çarx yayımlayıb. Paylaşımda Qarabağın azad olunması və Zəfər Gününün əhəmiyyəti vurğulanıb. Videoda bu tarixi günün qürur və fəxr mənbəyi olduğu qeyd edilib. Musavat.com

Read More
Gündəm 

Zəfərin beş yaşı – bu gün Azərbaycan yenidən doğulduğu gündür

Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin beçinci ildönümü – Zəfər Günü qeyd olunur Musavat.com xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44…

Read More
Gündəm 

Şuşanın azad olunmasından beş il ötür

Bu gün Şuşanın işğaldan azad olunmasından beş il ötür. “Report” xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini…

Read More
Gündəm 

Əsgərlərimizə şad xəbər – 2026-cı ildən…

Hərbi qulluqçulara mobil cihaz və yeni nömrə verilməsi xidmətin keyfiyyətinə necə təsir edəcək?  Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azercell Telekom MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində “Azercell” ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə “Əsgərcell” adlı xüsusi təklif təqdim edəcək. Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq. 2026-cı ildən etibarən qüvvəyə minəcək “Əsgərcell” təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq. Həmçinin, istənilən 5 nömrəni “ağ siyahı”ya əlavə…

Read More
Gündəm 

Vardanyanın Bakıdan sarsaq çağırışı – Maddəsi ağırlaşa bilər

Keçmiş xunta rejiminin üzvünün oğlu ilə telefon danışığı yayılıb – növbəti “qəhrəmanlıq” şousu Qarabağda separatçı və qanunsuz silahlı-siyasi strukturların təşkilində iştirak etdiyi üçün hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın oğlu ilə telefon danışığı yayılıb. Danışıq zamanı o, oğluna “əsl qəhrəman ümidin qalmadığı yerdə onu yenidən yandırandır”, “insan özündə işığı və xeyiri daşımalıdır” və və bu kimi təxribatçı fikirlər səsləndirib. Təbii ki, bu bəyanatlar real vəziyyətdən yerlə göy qədər uzaqdır və yalnız emosional təsəlli xarakteri daşıyır. Vardanyan  Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri daxilində mərkəzi hakimiyyətə qarşı qondarma “dövlət”, “nazirlik” və “ordu”…

Read More
Gündəm 

Zəfərin və mədəniyyətin beşiyi: Şuşa

Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub. Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib. Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz…

Read More
Gündəm 

General Mais Bərxudarova vəzifə verilib

Azərbaycan Ordusunun sabiq korpus komandiri general-leytenant Mais Bərxudarova yeni vəzifə verilib. Məlumata görə, M.Bərxudarov Azərbaycan Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasında müvafiq vəzifəyə təyin olunub. Musavat.com xəbər verir ki, bununla bağlı müdafiə naziri Zakir Həsənov müvafiq əmr imzalayıb. Xatırladaq ki, general-leytenant Mais Bərxudarov 2-ci ordu korpusunun komandiri olub. O, 2024-cü il oktyabrın 6-da sərəncama göndərilib. Bu barədə özü belə deyib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam”. M.Bərxudarov 1998-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə, 2012-ci ildə “Vətən uğrunda” medalı ilə, 2020-ci ildə Azərbaycanın Cəbrayıl rayonunun,…

Read More