Gündəm 

Ölkədə sürüşmə TƏHLÜKƏSİ artıb – Mütəxəssislər ÖN tədbirlərdən danışdılar

Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır: “Ölkə ərazisində, əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində monitorinqlər aparılıb. İlkin nəticələrə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb. Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb. Badamdar sürüşmə sahəsində lokal xarakterli…

Read More
Gündəm 

Vətən müharibəsinin TƏMƏL DAŞI – 4 günə yazılan qəhrəmanlıq dastanı…

Azərbaycanın müasir tarixində qəhrəmanlıq və qürurla yazılan səhifələrdən biri də 2016-cı ilin bu günlərində yaşanan Aprel döyüşləridir. Əslində 44 günlük Vətən müharibəsinin təməl daşlarından birini təşkil edir həmin 4 günlük müharibə… Həmin günlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq illərlə davam edən işğal haqqında formalaşmış təsəvvürü darmadağın etdi və xalqın öz gücünə inamını yenidən alovlandırdı. Bu zəfər təkcə hərbi uğur deyildi, milli ruhun dirçəlişi, torpaq sevgisinin təntənəsi idi. Həmin günlərdə əldə olunan uğurların ən simvolik nəticələrindən biri Lələtəpə yüksəkliyinin, Cocuq Mərcanlı kimi yaşayış məntəqəsinin azad edilməsi oldu. İllərlə biz kiçik bir…

Read More
Gündəm 

Sosial şəbəkələrdə manipulyasiya: “saxta qəhrəmanlar” və siyasi çürümə prosesi

Dövlət və cəmiyyət üçün kim daha təhlükəlidir: cinayətin sifarişçisi və ya onun icraçısı? Bəli, bu klassik hesab olunan suala hüququn konkret cavabı ola bilər. Ancaq, ictimai-siyasi müstəvidə yaşanan bu və ya digər konkret hadisənin cəmiyyətə emosional təsir etmə ehtimalı mövcud hadisə ilə bağlı rəsmi hüquqi qiymətinin verilməsi prosesini hər zaman qabaqlayır. Sözügedən təsbit təcrübədə sınanılmış obyektiv həqiqətdir. Cəmiyyət konkret hadisə ilə bağlı ilk reaksiyalarını öncə emosional müstəvidə verir. Odur ki, yaşanan ilk emosiyalar qaçılmaz olaraq ictimai baxışlarda təhrif olunmuş “çöküntü” yarada bilir. Burada mütləq olaraq onu da əlavə etməliyik ki,…

Read More
Gündəm 

Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb

Azərbaycanda aqrar sektorun davamlı inkişafı, istehsalın şaxələndirilməsi və rəqabətqabiliyyətli məhsul çeşidinin artırılması qeyri-neft ixracının genişləndirilməsi və diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır. Son illər ərzində kənd təsərrüfatı sektorunda həyata keçirilən məqsədyönlü islahatlar, müasir becərmə texnologiyalarının və ağıllı kənd təsərrüfatı həllərinin tətbiqi, eləcə də dövlət tərəfindən qeyri-neft sektorunun ixrac potensialının dəstəklənməsi nəticəsində ölkəmizdə ənənəvi və perspektivli sahələrdən biri sayılan almaçılıq daha da inkişaf edir. “İki sahil” xəbər verir ki, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitinə uyğunlaşan alma bağlarının ümumi sahəsi 2024-cü ilin əvvəlinə 24,6 min hektara çatıb. Həmin il üzrə ümumi məhsul yığımı 293,3 min…

Read More
Gündəm 

Aprel döyüşləri: Tarixi Zəfərin başlanğıcı

10 il öncə – 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-hücum əməliyyatı zamanı qazanılmış Qələbə Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu və ədalətin bərpa olunacağını göstərdi Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 10 il ötür. 2016-cı il aprelin 2-də ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk…

Read More
Gündəm 

Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olunub

Azərbaycanda aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsi qadağan edilib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə qeyd olunub. Belə ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilib. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu…

Read More
Gündəm 

Əli Əsədov mühüm QƏRAR İMZALADI

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir. Musavat.com xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bununla bağlı “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”na dəyişiklik edilib.

Read More
Gündəm 

Yağışdan sonra sürüşmə zonaları aktivləşib- Rəsmi

Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb. Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır: “Ölkə ərazisində, əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində monitorinqlər aparılıb. İlkin nəticələrə əsasən, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb. Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb Badamdar sürüşmə sahəsində lokal…

Read More
Gündəm 

SON DƏQİQƏ! Polkovnik işdən azad edildi — 15 ilin rəisi idi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi dəyişib.  Musavat.com verir  ki,Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə 2011-ci ildən sözügedən vəzifədə çalışan daxili xidmət polkovniki Şirinov Vüqar Fazil oğlu vəzifəsindən azad olunub və təqaüdə göndərilib. Digər əmrlə Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə Kənan Eldarov təyin edilib.

Read More