Gündəm 

Prezidentin orden verdiyi Anar İsgəndərov kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın tanınmış tarixçi alimi, professoru və Milli Məclisin deputatı Anar Camal oğlu İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib. Musavat.com Anar İsgəndərovun dosyesini təqdim edir: Anar Camal oğlu İsgəndərov 10 yanvar 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Uzun illər elmi araşdırmalarla məşğul olub, tarix elmləri namizədi və tarix elmləri doktoru elmi dərəcələrini alıb. O, hazırda Bakı Dövlət Universitetində professor kimi fəaliyyət göstərir və “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasına rəhbərlik edir. Elmi tədqiqatları əsasən Azərbaycanın XX…

Read More
Gündəm 

Sahil Babayevə müavin təyin olundu – FOTO

Maliyyə naziri Sahil Babayevə yeni müavin təyin edilib. Musavat.com-un məlumatına görə, müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən bu gün imzalanıb. Sözügedən vəzifəyə Natiq Həsənov gətirilib. Qeyd edək ki, Natiq Həsənov 2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini, 10 mart 2025-ci il tarixdən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifələrində çalışıb.

Read More
Gündəm 

Günel Nəbiyeva yeni vəzifəyə təyin olundu

“Azər Türk Bank” ASC-nin İdarə Heyətinə yeni üzv, eyni zamanda İdarə Heyətinin sədrinə müavin təyin olunub. Bu vəzifəyə ixtisasca hüquqşünas olan Günel Nəbiyeva Nizami qızı təyin olunub. Bununla da bankın İdarə Heyətinin üzvlərinin sayı üç nəfərə çatıb. G.Nəbiyeva 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində çalışır. Bu müddət ərzində holdinqin tərkibinə daxil olan “BakuBus” MMC, “Bakı Metropoliteni” QSC və “Azər Türk Bank” ASC-nin Müşahidə Şuralarında üzv kimi təmsil olunub. Bank karyerasına isə ilk olaraq 2006-cı ildə “Unibank KB” ASC-də başlayıb və 2006–2016-cı illərdə bankda müxtəlif hüquqi və inzibati vəzifələrdə çalışıb. 2018–2020-ci…

Read More
Gündəm 

Böyük Qayıdış: Dövlətin gücü, tarixi ədalətin bərpası

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasını müəyyən edən beş Milli Prioritetdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı mühüm yer tutur. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış proqramının icra vəziyyəti və qarşıda duran əsas hədəflər barədə ətraflı danışıb. Dövlət başçısı azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, əhalinin mərhələli şəkildə doğma torpaqlara qayıdışını və bu prosesin ölkənin sosial-iqtisadi inkişaf strategiyasındakı mühüm yerini xüsusi vurğulayıb. Qeyd edib ki, müasir infrastrukturların yaradılması, yeni yaşayış məntəqələrinin tikilməsi, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışının təmin…

Read More
Gündəm 

Xarici siyasətdə böyük uğurlar – TƏHLİL

2025-ci ildə Azərbaycan fəal, təşəbbüskar və çoxistiqamətli xarici siyasətini davam etdirərək mövqelərini gücləndirdi. Bəri başdan qeyd edək ki, bu prosesdə Prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Ötən il Azərbaycan-Amerika münasibətlərində sözün həqiqi mənasında yaxınlaşma özünü göstərdi. Bunu  iki ölkə arasındakı münasibətlərin böyük dönüş nöqtəsi adlandırmaq olar. Belə ki, Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, vacib razılaşmalar əldə olundu. Bununla da Tramp Azərbaycanın sülh gündəliyinə böyük sədaqət nümayiş etdirdi. Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması isə iki ölkə arasındakı münasibətlərə yeni…

Read More
Gündəm 

Bazarlarda satılan “ərəbski” ətlər – Ekspertdən XƏBƏRDARLIQ

  Asim Vəliyev: “Mənşəyi bilinməyən ət təhlükə mənbəyidir” Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. Belə görünür ki, buna qədər Azərbaycan Livandan…

Read More
Gündəm 

Azərbaycanda yumurta bahalaşacaq? – Açıqlama

Ötən günlərdə “Bravo” marketlər şəbəkəsində yumurtanın satışına limit qoyulmasına dair sosial şəbəkə platformalarında foto yayılıb. Belə ki, paylaşılan məlumata əsasən, bir şəxs marketdən maksimum 30 ədəd yumurta ala bilər. Sözügedən məhdudiyyət sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. İstehlakçıların bir qismi yumurta satışında limitin tətbiq edilməsini mümkün qıtlıqla və bunun fonunda qiymət artımı ehtimalı ilə əlaqələndirib. Mövzu ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxraxcatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli News24.az-a açıqlamasında bildirib ki, ölkədə yumurta təminatı sahəsində hər hansı çatışmazlıq yoxdur: “Biz o…

Read More
Gündəm 

Azərbaycanda kərə yağı BAHALAŞACAQ – Tarix açıqlandı

Yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5%-dən 15%-ə qaldırılıb. Musavat.com milli.az-a istinadən xəbər verir ki, hər ay 80 qəpik-1 manat artan qiymətlər rüsum artımı ilə daha sürətlə qalxa bilər. Məsələn, hazırda 1 kiloqramı 25 AZN olan kərə yağı bu ildən 29-30 AZN-ə satıla bilər. Məsələ ilə bağlı iqtisadçılar bildirib ki, idxal rüsumu artırıldıqda qiymətə təsir qaçılmazdır: “Heç bir biznesmen rüsumu və vergini öz cibindən ödəməz. Qiymətlər onsuz da yüksəkdir, bundan sonra ən azı 8-10% bahalaşma gözlənilir. Köhnə ehtiyatlar tükəndikdən sonra, martdan etibarən bazarda daha ciddi artım müşahidə olunacaq”. Qeyd olunur…

Read More
Gündəm 

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir

Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər. “İki sahil” xəbər verir ki, xristian aləminin ən əlamətdar və təntənəli mərasimlərindən sayılan Milad bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərə görə bu bayramı müxtəlif günlərdə (25 dekabr (katoliklər) və 6-7 yanvar (pravoslavlar)) keçirirlər və o hazırda pravoslavlıq olan ölklərdə rəsmi dövlət bayramı sayılır. Bayram hazırlığı çərçivəsində evlərdə və müxtəlif ictimai məkanlarda şam ağacları bəzədilir və küçələr işıqlandırılır. Qeyd edək ki, Azərbaycanda pravoslav kilsələrində hər il Milad bayramında dua oxunur. Prezident İlham Əliyev…

Read More