Əcnəbilər biçir, azərbaycanlılar isə işsizdir – Pakistanlılar ölkəmizin əmək bazarını belə tutur
Azərbaycanda kənd təsərrüfatının əsas problemi artıq torpaq və texnika çatışmazlığı deyil, əmək qüvvəsinin azlığıdır. Fermerlər məhsul əkir, amma biçməyə adam tapmadıqlarını iddia edirlər. Ənənəvi olaraq kəndin gəncləri üçün “müvəqqəti qazanc” sayılan tarlada işləmək maraqlı deyil. Bu boşluğu isə getdikcə xarici işçilər, əsasən Pakistan və Banqladeşdən gələnlər doldurur. Görəsən, yerli işçilər niyə tarlada işləməyə maraq göstərmir? Fermerlərin “işçi tapa bilmirik” deməsinin iqtisadi səbəbi nədir? Əmək bazarında balans niyə pozulub? Xarici ölkə vətəndaşlarının kənd təsərrüfatına cəlb edilməsi iqtisadi baxımdan müsbət addımdır, yoxsa risklidir? Bu tendensiya davam edərsə, 5-10 ildən sonra kənd təsərrüfatı…
Read More