Bakıda 32 dərəcə isti olacaq
İyunun 2-si Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim cənub küləyi əsəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir. Havanın temperaturu gecə 20-22, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti təşkil edəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-45 faiz olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəçək….
