Region Xəbərləri 

Bərdədə Qurban bayramı ilə əlaqədar olaraq şəhid ailələrinə ərzaq yardımı paylanmışdır-FOTOlar

Bu gün Heydər Əliyev Fondu tərəfindən Qurban bayramı münasibətilə göndərilmiş ərzaq yardımı Bərdə Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin ailələrinə paylanmışdır. RİH-nin təşkilatçılığı ilə paylanmış yardım ümumilikdə 16 ailəyə çatdırılmışdır.

Read More
Region Xəbərləri 

Bərdə rayonunda Qurban bayramı ilə əlaqədar olaraq ət kəsimi öncədən müəyyənləşdirilmiş 3 məntəqədə keçirilir-FOTOlar

Qurban bayramı ilə əlaqədar olaraq ət kəsimi məntəqələrində sanitariya və gigiyenik normalara əməl olunmasına nəzarət məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və Bərdə rayon İcra Hakimiyyətinin iştirakı ilə keçirilən monitorinq zamanı baytar həkimlər tərəfindən qurbanlıq heyvanların sağlamlığının yoxlanılmasına, kəsim yerlərində​ gigiyenik-sanitariya qaydalarına əməl olunmasına və öncədən müəyyən edilmiş məntəqələrdə kəsimlərin həyata​ keçirilməsinə nəzarət edilmişdir.

Read More
Gündəm Region Xəbərləri 

Bərdənin Yeni Daşkənd kəndində Şəhid Məhərrəmov Mehdi Əmirxan oğlunun 50 illik yubileyi qeyd olunmuşdur-FOTOlar

​Keçirilən anım tədbirində Bərdə RİH-nin məsul əməkdaşı, SHCDX-in nümayəndəsi, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, kənd ictimaiyyəti iştirak etmişlər. Tədbirdə şəhidin həyat və döyüş yolundan bəhs edən çıxışlar edilmiş, məktəblilərin hazırladığı kompozisiyalar təqdim olunmuşdur. Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1988-ci ildə azərbaycanlıların Ermənistandan köçürülməsi zamanı ailəsi ilə birlikdə doğulduğu kənddən məcburi köçməli olmuş, Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. Mehdi Məhərrəmov 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir. 11 mart 1992-ci ildə SHXÇDX-in Bərdə rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə…

Read More
Bölgə Region Xəbərləri 

Bərdədə Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunmuşdur- FOTOlar ​

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və aparatın əməkdaşları 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Sonra rayon İcra Hakimiyyətinin başçısı aparatın əməkdaşlarını Peşə Bayramı Günü münasibətilə təbrik etmiş, bir qrup əməkdaşlara səmərəli fəaliyyətlərinə görə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etmişdir.

Read More
Region Xəbərləri 

Bərdə rayonunun Birinci Qaradəmirçi kəndində təmizlik işləri görülmüşdür-FOTOlar

Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qaradəmirçi kənddində bələdiyyə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşlarının, kənd sakinlərinin iştirakı ilə kəndin bir hissəsində yaranmış və sakinləri narahat edən məişət tullantılarının təmizlənməsi işləri görülmüşdür.

Read More
Region Xəbərləri Təhsil 

Bərdədə müəllimlərin sertifikasiya imtahanı keçirilib-VİDEO

Qarabağ Regional Təhsil İdarəsinə tabeliyində olan təhsil müəssisələri üzrə təhsilverənlərin sertifikatlaşdırılması prosesi davam edir. Proses Ağcabədi şəhər 11 və Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəblər üzrə təyin olunmuş mərkəzlərdə keçirilir. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov sertifikasiyanın test imtahan mərhələsi keçirilən mərkəzlərdə iştirak edib, prosesi izləyib, sertifikasiyada iştirak edən müəllimlərə dəstək olaraq onlara uğurlar arzulayıb. Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” na uyğun olaraq cari ilin 20-24 iyun tarixlərində sertifikatlaşdırmanın test mərhələsi…

Read More
Bölgə Region Xəbərləri 

Bərdənin Çəmənli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir-FOTOlar

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Çəmənli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə kənd qazlaşdırılıb, kənddaxili 2 km yollar qum-çınqılla əsaslı təmir edilib, Zümürxan-İmamqulubəyli-Çəmənli kəndlərarası yol qum-çınqılla təmir edilib və ildə 2-3 dəfə qreyderlə hamarlanır, 2022-ci ildə kəndin ərazisində 1 km açıq dren-kanal, 0,6 km təsərrüfatdaxili lildən təmizlənib, kəndin ərazisində suvarma üçün 1 ədəd subartezian quyusu bərpa…

Read More
Region Xəbərləri 

Bərdənin Köbərkənd kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir-FOTO

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. ARANTV.AZ xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Köbərkənd kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. 2015-ci ildə kənd qazlaşdırılıb, kəndin elektrik şəbəkəsi təmir edilib, 6 km daxili yollar qum-çınqılla əsaslı təmir edilib, 0,5 km açıq dren kanallar lildən təmizlənib,…

Read More
Region Xəbərləri 

Canavarların iri yaşayış məntəqələrində peyda olmasına səbəb nədir? – AÇIQLAMA

Ötən gün Bərdə rayonunun Çələbilər kəndinə canavar sürüsü basqın edib. Basqın nəticəsində kənd ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata ciddi ziyan dəyib. Vüqar Əhmədov bildirib ki, canavarların hücumu nəticəsində 24 qoyun tələf olub, 20 qoyun yaralanıb, daha 15 qoyunu isə yırtıcılar aparıblar. Sonuncu fakt onu göstərir ki, canavarlar böyük sürü ilə hücuma keçiblər. Məsələ ilə bağlı Bizim.Media Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İskəndərovla əlaqə saxlayıb. Alim bildirib ki, ətrafında otlaq və qoyun ferması çox olan ərazilərdə canavarların görünməsi təəccüblü deyil.…

Read More