Category: Region Xəbərləri
XALQA VƏ DÖVLƏTƏ XİDMƏT NÜMUNƏSİ
Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlər, misilsiz xidmətləri yalnız “Heydər Əliyev İli” çərçivəsində deyil, hər zaman geniş təhlil olunur, gənc nəslə çatdırılır. Azərbaycanın bu günü üçün dahi şəxsiyyət Heydər Əliyevə borcluyuq. Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığı sual altında olardı. Ümummilli Lider Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu…
Read MoreBərdədə fərqli ab-havada keçən əlifba bayramı -VİDEO+FOTO
Hər tədris ilinin yekunu xüsusilə birinci sinif şagirdləri üçün yaddaqalan olur. Belə ki, 11 illik məktəb həyatının ilk ilini başa vuran birincilər əlifba bayramlarını qeyd etmək sevincini yaşayırlar. Bu günlərdə Bərdə rayonu Akademik Zərifə xanım Əliyeva adına texniki təmayüllü lisey də birincilərin əlifba bayramı keçirilib. Hər il olduğu kimi, bu il də məktəbdə əlifba bayramı xüsusi ab-havada baş tutub. Belə ki, 1-cilər müxtəlif səhnəciklər nümayiş etdirib, mahnılar səsləndiriblər. Şagirdlərin xüsusilə vətənpərvərlik mövzusunda ifa etdikləri mahnı və şeirlər tədbirin daha da coşqulu keçməsinə səbəb olub. Tədbirdə azyaşlılar tərəfindən maraqlı rəqs…
Read MoreBərdədə “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasının final mərhələsi keçirilib -VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında keçirilən “Heydər Əliyev və Mədəniyyətimiz” adlı bilik yarışmasının final mərhələsi baş tutub. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Qarabağ Regional və Mərkəzi Aran Regional Təhsil İdarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır. Yarış torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad…
Read MoreƏməkdaşlıq və dostluqların çox böyük gələcəyi var.
Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. İllər keçdikcə bu maraq müxtəlif formalarda diqqəti çəkir. Belə ki, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin və normal biznes mühitinin yaradılması bu tərəddüdləri aradan qaldırdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji sekorunda yeni mərhələnin əsası qoyuldu. Ölkəmizə investisiya axını sürətləndi,…
Read MoreRaqub Yunisov AD GÜNÜNÜZ MÜBARƏK OLSUN !
ARANTV.AZ xəbər verir ki, Bu gün Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi, rayonumuzun ziyalılarından olan Raqub müəllim Yunisovun Ad Günüdür. Bizdə ARANTV.AZ kolektivi olaraq bu sevincə qoşulub bir daha Raqub Yunisovu ürəkdən təbrik edirik.Allahdan uzun ömür can sağlığı arzu edrik. Ad gününüz mübarək olsun !
Read MoreHeydər Əliyev və Azərbaycan Təhsili
Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünə məxsusluqu ilə seçilir. Belə ki, möhtərəm Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır. Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir: “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada,…
Read MoreAzərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
“Hər bir xalq öz dili ilə yaşayır,, Ulu öndərin dilimiz haqqında söylədiyi bu fikirlər onun dilimizə qayğı və diqqətinin sübutudur. Dünyanın ən böyük natiqlərindən olan Ümummilli liderimiz Azərbaycan xalqına, torpağına, milli dəyərlərinə, dövlətçilik ənənələrinə necə qayğı və diqqətlə yanaşırdısa, dilini də uca tutur, onun inkişafı, dirçəlməsi, saflaşması yolunda əlindən gələni əsirgəmirdi. Hələ 20-ci əsrin 70-ci illərində-dilimizin sıxışdırıldığı bir vaxtda dil məsələsinin gündəmə gətirilməsi, təbliği, inkişafı üçün çalışmaq böyük bir cəsarət tələb edirdi. Təsadüfi deyil ki, 30-cu illərdə dil məsələsi ilə məşğul olan ziyalılarımız repressiyanın caynağından xilas ola bilmirdilər. 70-ci illərdə…
Read MoreAvropa İttifaqı ilə dərinləşən əməkdaşlıq Azərbaycanın yeni geostrateji statusunu qüvvətləndirir
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra səmərəli, çoxvektorlu xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu simasına çevrilmişdir. Ölkəmizin regional və beynəlxalq təşkilatlarla çoxşaxəli səmərəli əlaqələrinin inkişafı, əməkdaşlığının dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Mədəni və ictimai diplomatiya Azərbaycan Respublikasının xarici siyasət işinin əsas istiqamətidir. Bu baxımdan Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac və idxal bazarıdır və ölkənin ən böyük sərmayədarıdır. Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin…
Read MoreÜmummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsi təşkil edilib
Aprelin 26-da Azərbaycan Ağsaqqallar Şurası Bərdə rayon şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş inşa yazı müsabiqəsi təşkil edilib ARANTV.AZ-ın xəbərinə görə, inşa yazı müsabiqəsinin yekun turu Elgiz Kərimov adına Bərdə şəhər tam orta məktəbdə keçirilib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini , Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Rzaqulu Şərifov bildirib ki, inşa yazı müsabiqəsinin mövzusu ” Heydər Əliyev məktəblilərin gözü ilə” adlanır. Müsabiqənin yarımfinalından keçən 42 nəfər məktəbli yekun turunda iştirak edir. Yekunda qaliblər I,II, III yerlər üzrə mükafatlandırılacaqlar. Yazı müsabiqə münsiflər heyətinin…
Read More