Azərbaycan, Türkmənistan və Özbəkistan münasibətlərində yeni mərhələ
2025-ci il 22 avqust tarixində Türkmənistanın Avaza şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüş tarixi hadisə kimi yadda qaldı. Görüşün nəticələri və qəbul edilən bəyanat qardaş ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə, çoxtərəfli əməkdaşlıq formatının yaradılmasına və regionda sabitliyin təmin edilməsinə mühüm töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyanatında diqqətə çatdırdığı əsas məqamlardan biri Türkmənistanın etibarlı əllərdə olması və ölkədə aparılan inkişaf siyasətinin uğurları ilə bağlıdır. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi nəticəsində Türkmənistanın sürətli inkişaf yolu keçdiyi, şəhər və kəndlərin abadlaşdığı xüsusi qeyd olundu.…
Read More