Region Xəbərləri 

Bərdəlilər YAP-ın namizədinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə, həmçinin Mirzalıbəyli və Əyricə kəndlərində seçicilərlə görüşü keçirilib. Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşlər Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Görüşləri giriş sözü ilə başlayan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, artıq Azərbaycan üçün yeni bir dövr…

Read More
Region Xəbərləri 

Bərdəlilərin seçimi bəllidir

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Fətiyevin Bərdənin Kələntərli və Muğanlı kəndlərində seçicilərlə görüşü keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası Sədri, Prezident İlham Əliyevin  rəhbərliyi ilə xalqımız tarixin yeni səhifələrinə mühüm qələbələr, zəfərlər yazmaqdadır. O, çıxışında …

Read More
Region Xəbərləri 

“Biz inkişafa səs verəcəyik”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Nuru oğlu Fətiyevin Bərdə rayonunun Bəcirəvan və Böyük Göyüşlü kəndlərində seçicilərlə görüşü keçirilib. Görüşdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirib. O, Ulu Öndər Heydər…

Read More
Region Xəbərləri 

YAP şərəfli və zəngin inkişaf yolu keçib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın YAP Bərdə rayon təşkilatında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Saatlı kəndinin seçiciləri ilə görüşü keçirilib.Görüşdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya parlament seçkilərinin önəmindən bəhs edib. Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat…

Read More
Region Xəbərləri 

Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf etdirilir

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri qədim tarixə malikdir. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olmaları bu əlaqələrin daha da inkişaf etməsinə səbəb olur. Bundan başqa bu xalqları bir-biri ilə din eyniliyi də birləşdirir. Uzun müddət bu xalqlar bir imperiyanın tərkibində olmuş, vahid bir mərkəzdən idarə olunmuşlar. SSRİ dağıldıqdan sonra xalqlar arasında münasibətlər daha da inkişaf etməyə başlamışdır. Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə diplomatik əlaqələri 1991-ci ildə müstəqillik əldə etdikdən sonra rəsmi səviyyədə qurulmuş və dövlət başçılarının qarşılıqlı səfərləri ilə daha da inkişaf etdirilmişdir. Belə ki,…

Read More
Region Xəbərləri 

Ağdamda rayon sakinindən marixuana aşkarlanıb VİDEO

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövryyəsində şübhəli Vaqif Mahmudov saxlanılıb. Onun yaşadığı ünvana baxıș zamanı 1 kiloqrama yaxın marixuana və elektron tərəzi, eləcə də müxtəlif çaplı patronlar aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitəni satış məqsədi ilə əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Region Xəbərləri 

Bərdədə film təqdimatı keçirilib -Video

Bərdə Mədəniyyət Mərkəzinin təşkilati dəstəyi ilə 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə itkin düşmüş şəhid Piriyev Rəşadət Əli oğlu haqqında çəkilmiş “İtkin şəhid haqqında hekayə” adlı filmin təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Bərdə RİHB-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərov, idarə, müəssisə, təşkilatların rəhbər və əməkdaşları, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon sakinləri iştirak ediblər.

Read More
Region Xəbərləri 

“TƏBİB hər evdə” aksiyası çərçivəsində 6 minə yaxın uşaq peyvənd olunub

Əhalinin ilkin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, qoruyucu səhiyyə xidmətləri ilə əhatə faizinin artırılması, səhiyyə maarifləndirilməsinin gücləndirilməsi məqsədilə TƏBİB-in təşkilatçılığı ilə bu ilin aprel-iyun ayı ərzində ilkin mərhələ olaraq Zaqatala, Şəki, Ağdaş və Cəlilabad rayonu üzrə həyata keçirilən “TƏBİB hər evdə” aksiyası çərçivəsində 5912 uşaq peyvənd olunub. Ümumilikdə, “TƏBİB hər evdə” aksiyasında ilkin səhiyyə müəssisələrində fəaliyyət göstərən həkim-pediatr, həkim-terapevt və tibb bacılarından ibarət hər rayon üzrə 20-yə yaxın briqada olmaqla, ümumilikdə 83 briqada xidmətə cəlb olunub. Dar ixtisaslı həkimlərdən ibarət xüsusi briqadalar səyyar müayinələrin aparılması üçün portativ USM, rentgen və…

Read More
Region Xəbərləri 

Dilimiz milli kimliyimizdir

Hər bir xalqın dili onun mənəvi dəyərlərini özündə əks etdirən milli sərvətdir. Eləcə də Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsi, milli varlığıdır. Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən…

Read More
Region Xəbərləri 

Ağcabədi rayon sakinləri 10 ədəd tüfəngi polisə könüllü təhvil veriblər

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Arantv.az -a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda olan qanunsuz silahların könüllü təhvil verilməsinin təmini istiqamətində profilaktika davam etdirilir.   Ötən həftə ərzində keçirilən tədbirlərlə rayon sakinləri ikisi yivli olmaqla, ümumilikdə 10 ədəd müxtəlif markalı ov tüfəngini polisə könüllü təqdim ediblər.

Read More