Category: Region Xəbərləri
Martın 19-da Bərdə rayon Şorəlli kənd tam orta məktəbdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Martın 19-da Bərdə rayon Şorəlli kənd tam orta məktəbdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Tədbirdə milli adət-ənənələr yad edilib, şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub.
Read MoreYAP Bərdə rayon təşkilatı Novruz bayramı öncəsi şəhid ailəsində olmuşlar.
Novruz bayramı öncəsi YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları antiterror tədbirləri zamanı həlak olmuş Xanağalı kəndindən şəhid Elməddin Lətifovun ailəsində olmuşlar. Görüş zamanı şəhid Lətifov Elməddin Qabil oğlunun 17 illik müddətdən artıq hərbi xidmətdəki igidliklərindən danışılmış, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 3 medal, 1 ordenlə layiq görülməsi, Aprel döyüşləri, Vətən müharibəsi və antiterror tədbirləri zamanı göstərdiyi qəhrəmanlıqlar xüsusu qeyd edilmişdir. Təşkilatın sədri Fəqət Şadlinskaya Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında xalq, ordu birliyinin Qələbəni təmin edən əsas amil olduğundan danışaraq bildirmişdir ki, bu şəhid oğullar hər…
Read MoreBəşəriyyətin mənəvi dəyəri
Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik,…
Read MoreNovruz bayramı öncəsi YAP Bərdə rayon təşkilatının kollektivi fəallarla birlikdə Ermənistanın təxribatı nəticəsində yaralanmış hərbi qulluqçu Xəlilzadə Pərviz Ağakişi oğluna baş çəkmişlər.
Bərdə rayon Qarayusifli kənd sakini Xəlilzadə Pərviz Ağakişi oğlu Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Zəngilan rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının”N”saylı hərbi hissəsində xidmətdə olmuşdur. Bu il fevralın 12-də saat 13.37 radələrində Ermənistan hərbçilərinin sərhəd postlarımıza növbəti təxribatı nəticəsində hərbi qulluqçu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu ağır yaralanmış, helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilmişdir. Müalicə alan və qayğı ilə əhatə olunan Pərviz Xəlilzadənin səhhətində irəliləyiş olduğu üçün hazırda müvəqqəti evə buraxılmışdır. YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları Pərviz Xəlilzadənin yanında olmuş, onun…
Read MoreBərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbi kollektivi Novruz bayramı münasibətilə konsert proqramı təşkil etdilər.
18 mart 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə şəhər 3 nömrəli uşaq musiqi məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Read MoreAzərbaycan-Gürcüstan münasibətləri yeni müstəvidə
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolu oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərindən biridir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal…
Read MoreAzərbaycan-NATO münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycan Respublikası ilə NATO arasında səmərəli və məzmunlu tərəfdaşlıq münasibətləri mövcuddur və son 30 ilə yaxın dövr ərzində Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin icrası bu əlaqələri daha da irəliyə aparıb. Bu tərəfdaşlıq münasibətlərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1994-cü il mayın 4-də Şimali Atlantika blokunun mənzil-qərargahında “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sənədinin imzalanması ilə qoyulub. Həmin vaxtdan Azərbaycan ilə NATO arasında tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub. 1994-cü il 3-4 may tarixlərində Azərbaycanın…
Read MoreBərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında Novruz bayramına həsr olunmuş tədbir…
Read MoreYAP Bərdə rayon təşkilatı tərəfindən YAP-a yeni üzv olanlara üzvlük vəsiqələri təqdim edilmişdir.
Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının xalqımızın siyasi istinadgahı və ideologiya mənbəyi olaraq amal və məqsədlərinin eyniliyi ilə Qalib Liderinin ətrafında sıx birləşərək böyük Qalibiyyət və Zəfərlər qazanması onu əsl ümumxalq partiyasına çevirmişdir və nəticədə ona üzv olmaq istəyənlərin sayı durmadan artır. Xalqımız Qalib xalqın Qalib Lideri cənab İlham Əliyevin uğurlu siyasətinin dövlətimizi daha qüdrətli və xalqımızın gələcəyini daha parlaq edəcəyinə olan inam və əminliklə siyasi arenanın bayraqdarı olan Yeni Azərbaycan Partiyasının sıralarında olmağı özünün şərəf və qürur işi hesab edir. Buna görə də YAP Bərdə rayon təşkilatından Yeni Azərbaycan…
Read More