Region Xəbərləri Təhsil 

“Erkən nikah və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici seminar keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 13.02.2023-cü il tarixli 3-29-59/2-500/2023 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Ümumi təhsil müəssələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər”ə uyğun olaraq məktəbin psixoloqu A.Nağiyeva Vlll sinif şagirdlərinə “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici seminar təşkil edib.

Read More
Region Xəbərləri 

Dəyişən reallıqlar yeni mütərəqqi qanunların qəbulunu zəruri edir

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Demokratiyanın vacib amillərindən olan sabitliyin qorunması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına öz müsbət təsirini göstərir.  Dövlət başçısı İlham Əliyevin 10 mart 2020-ci il tarixində altıncı  çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi hədəflər sırasında  Azərbaycanın  müasir, dünyəvi dövlət kimi gücləndirilməsi əsas yer tutur. “Biz qanunvericilik bazamızı təftiş etməliyik. Əgər lazım olarsa, onları qarşımızda duran mövcud hədəflərlə uzlaşdırmalıyıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki həyat yerində durmur, yeni çağırışlar, yeni problemlər üzə çıxır. Gözlənilmədən elə hadisələr baş verir ki, bütün…

Read More
Region Xəbərləri 

Bu gün ölkəmizdə aparılan islahatların davamı olaraq növbədənkənar seçkilər nəticəsində Altıncı çağırış Milli Məclisin formalaşdırılmasının 4 ili tamam olur.

Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan beynəlxalq nüfuza malik sorğularda ən islahatçı ölkələr sırasındadır. Buna səbəb isə dövlətin uğurla davam etdirdiyi yenidənqurma,təkmilləşdirmə siyasətidir.Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, davamlı inkişafa böyük töhfələr verən, yeni-yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edən Yeni Azərbaycan Partiyasının ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan təşəbbüslərindən biri də məhz ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi oldu.…

Read More
Region Xəbərləri 

Yenə Müzəffər xalqımızın Müzəffər lideri, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu dinləməyin qürurunu yaşadım.

Ulu öndər Heydər Əliyevin adını daşıyan Sarayda yenə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən möhtəşəm bayram tədbirinin əsrarəngiz gözəlliyi içində ömrümə daha bir günün unudulmazlığı yazıldı. Yenə Müzəffər xalqımızın Müzəffər lideri, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu dinləməyin qürurunu yaşadım. Və bu sevinci yaşadığıma görə dəvət üçün YAP Mərkəzi Aparatına və təbii ki, tədbirin təşkilatçılarına təşəkkür edirəm! Biz də orada səsləndirilən təbriklərə qoşularaq başda ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və bütün şəhid anaları olmaqla Azərbaycan qadınlarının bayramını təbrik edirik və…

Read More
Region Xəbərləri 

Azərbaycan qadını!

Dünyada ilk qadın dövlət başçısı, Şərqdə ilk diplomat qadındır Azərbaycan qadını. Şərqdə ilk operanı yazıb, bilinən ən qədim şahmatçı olaraq tarixə düşən, ilk təyyarəçi olaraq səmaya qalxan, dünyada humanitar layihələri, xeyirxahlıq missiyası ilə tanınan “yumşaq güc” siyasətinin təcəssümüdür Azərbaycan qadını. Azərbaycanın döyünən ürəyini yalın ayaqla düşməndən azad edən, vətənin suverenliyini, ərazi bütövlüyünü bərpa edən, bu vətən üçün gözünü qırpmadan canından keçən qəhrəmanları böyüdüb-yetişdirəndi Azərbaycan qadını! Bəli, Azərbaycan qadını öz zəkası, intellekti, sədaqəti, vəfası ilə hər zaman xalqımızın adını uca tutub, fəal vətəndaş mövqeyi sərgiləyib. Azərbaycan qadınları ölkəmizin sosial-iqtisadi inkişafında, ictimai-siyasi…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Beynəlxalq Qadınlar gününü antiterror tədbirləri zamanı həlak olan şəhid anaları ilə birgə keçirdi.

Bayram münasibətilə YAP Bərdə rayon təşkilatının kollektivi və partiya fəalları Qayalı kəndindən olan Mehdizadə Mirpaşa Yaqub oğlunun və Ərəblər kəndindən Həmidov Şamxal Musa oğlunun ailəsində, onların analarının yanında olmuşlar. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə döyüş qəhrəmanlıqları bir orden və dörd medala layiq görülmüş Mehdizadə Mirpaşa Yaqub oğlunun həm Vətən müharibəsi, həm antiterror tədbirləri zamanı göstərdiyi igidliklər, bir orden və bir medala layiq görülmüş Həmidov Şamxal Musa oğlunun antiterror tədbirləri zamanı göstərdiyi şucaətliklər barədə danışmışlar. Təşkilatın sədri Fəqət Şadlinskaya Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında xalq, ordu…

Read More
Region Xəbərləri 

DÜNYANIN ən böyük EHTİYACIdır ANA NƏFƏSİ!!!

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Bir udumluğunun qiymətinin bənzəri yox! Qayğısı, sevgisi könüllərə rövnəq, dərdlərə məlhəm! Məhəbbəti kainatı qızdıran günəş! Qaranlığa işıq! Zərifliyi möhkəmliyin, dəyanətin simvolu! YOXLUĞU… YOXLUĞU isə bizi bizdən alan… ürəyimizin ney çırpıntısı… sarı simi… Hər bayram gələndə, hər xoş günümüzdə ürəyimizin ürəyinə, gözlərimizin gözlərinə, əllərimizin əllərinə, bütövlükdə dünyamızın nəfəsinə… darixib yanıb qovrulduqlarımız… Beləcə, təbrik əvəzinə arzulayırıq: Ulu Tanrı məkanınızı əbədi cənnət eləsin!.. Və… anasını təbrik şansı olanlar! Bu günlərin qədrini bilin! Analı dünyanın hər günü bayramdır! Bayramlı günləriniz heç bitməsin, tükənməsin!!!

Read More
Region Xəbərləri Təhsil 

8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi

Bu gün 7 nömrəli tam orta məktəbdə 8mart-Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Mehparə.Mustafayeva8 Mart -Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edərək bildirmişdir ki, Azərbaycan qadını hər zaman özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə seçilmiş, Şərqdə ilk dəfə seçki hüququ da Azərbaycan qadınına verilmişdir. Bununla da ölkəmizdə qadına verilən qiymət bir daha öz təsdiqini tapmışdır. Sonra məktəblilər müxtəlif səhnəciklər təqdim etmiş, şeir və mahnılar səsləndirmişlər.

Read More
Region Xəbərləri 

Qarşıya qoyulan bütün hədəflər uğurla həll olunacaq.

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları başa çatsa da gündəmə gətirilən məsələlər ətrafında müzakirələr bu gün də davam edir. Hər bir tədbir mahiyyəti, gələcəklə bağlı müəyyənləşdirdiyi hədəfləri ilə diqqətdə olur. Bu toplantı bir daha Azərbaycanın enerji diplomatiyasının uğurlarını dünyaya təqdim etdi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayan Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirir. Bu gün ölkəmizin etibarlı tərəfdaş kimi…

Read More
Region Xəbərləri 

Bərdədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın növbəti tədbiri keçirilmişdir

Bərdə RİH yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın üzvü, şəhər 2 saylı kitabxananın müdiri Nərgiz Cəfərovanın təşkilatçılığı ilə Bərdə Elektron kitabxanada “Qadın həmrəyliyi və qadınların cəmiyyətdə rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Nərgiz Cəfərova bildirib ki, Azərbaycan qadınları yüzillər boyu formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın ən etibarlı qoruyucusu və dayağı olub. Azərbaycanın müsəlman şərqində qadına seçmək və seçilmək hüququnu verməsi isə tarixi bir ilkdir. Qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm prioritet vəzifələrindən biri hesab edən Ümummilli lider Heydər Əliyev “Azərbaycan…

Read More