Region Xəbərləri 

Bərdədə 44 günlük Vətən müharibəsi şəhidinin doğum günü mərasimi keçirilmişdir

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatlarına qarşı başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə rayonundan olan Qurbanov Rəcəb Elşən oğlunun doğum günü münasibətilə xatirəsi yad olunmuş, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür. Mərasimdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak etmişlər. Mərasimdə çıxış edənlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük haqq savaşında əldə etdiyi uğurlardan, eyni zamanda sentyabrın 19-20-də Qarabağda aparılan “antiterror əməliyyatları”nda ölkəmizin suverenliyinin tam şəkildə bərpa edilməsindən söz açılmışdır. Qeyd edək ki, çavuş Qurbanov…

Read More
Region Xəbərləri 

Vətən tam, il tamam!

2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.…

Read More
Region Xəbərləri Təhsil 

Gimnaziyamızda keçirilən Yeni il şənliyi+Fotolar

Bu gün gimnaziyada siniflərdə 31Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir.Bayram tədbirində gimnaziyada təhsil alan 1-ci sinif şagirdləri maraqlı musiqi nömrələri nümayiş etdirmiş, şeirlər səsləndirmişlər.  Tədbir iştirakçıları süfrə arxasında onlar üçün hazırlanmış bədii-əyləncəli proqramı seyr etmişlər. Yeni iliniz mübarək əziz balalar.

Read More
Region Xəbərləri 

Bərdədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə təntənəli bayram şənliyi keçirilmişdir

31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Heydər Əliyev adına park-bulvarda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. Öncə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək tədbirdə iştirak edənləri və onların simasında Bərdə rayonunun bütün sakinlərini “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik etdi və bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr…

Read More
Region Xəbərləri Təhsil 

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəb – də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

Məktəbimizdə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tofiqə Məmmədova qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını, müəllim, şagird kollektivini və bütün Azərbaycan xalqını təbrik edib. Tədbir şagirdlərin təqdimatında şeir, mahnı, rəqs nümunələri ilə davam edib.

Read More
Region Xəbərləri Təhsil 

Bu gün 7 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi.

Bu gün 7 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi.Tədbirdə QRTİ Bərdə rayon üzrə Təhsil Sektorunun nümayəndələri Əliyev Elxan, Hüseynova Kifayət iştirak etdilər.Məktəbin direktoru Mustafayeva Mehparə qonaqları salamladı, hamıya xoş arzularını çatdırdı. Tədbirdə Şaxta baba əyləncəli oyunlarla şagirdlərin sevincinə rəng qatdı.İstedadlı şagirdlərimiz qalib Azərbaycanınızı tərənnüm edən nəğmələr,şeirlər və Yeni ilə ,bəzənmiş yolkaya həsr olunmuş mahnılarla məktəbli yoldaşlarının əyləncəsini daha da maraqlı etdilər.Tədbirin ərsəyə gəlməsində əməyi olan, iştirak edən və dinləyən hər kəsə təşəkkürümüzü bildirir, bayramlar münasibətilə ürəkdən təbrik edirik!

Read More
Region Xəbərləri 

Şəhid Mübariz Muradovun Anım Günü keçirilib

Bərdə rayonunun Mustafaağalı kəndində Şəhid Mübariz Muradovun Anım Günü keçirilib. Bərdə rayon İcra Hakimiyyətinin Mustafaağalı kənd İƏV üzrə nümayəndəsi, Boyəhmədli bələdiyyəsinin sədri, şəhid Mübariz Muradovun ailə üzvləri əvvəlcə şəhidin müqəddəs məzarını ziyarət ediblər. Məzarı üstə tər qərənfillər düzüblər. Göyüş Qarayev adına Bərdə rayon Mustafaağalı kənd tam orta məktəbin müəllim kollektivi şəhid Mübariz Muradovun doğulub boya başa çatdığı ocağı ziyarət ediblər. Onu da qeyd edək ki, Mübariz Heydər oğlu Muradov 13 dekabr 1976-cı ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub, 27 dekabr 1995-ci ildə Murovdağ bölgəsində şəhid olub. Sonda şəhid anası…

Read More
Region Xəbərləri 

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi əsaslı təmir olunub

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Şöbədə müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb. Kəskin, xroniki böyrək çatışmazlığı zamanı xəstələrin şöbədə müalicəsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yeni hemodializ aparatlarının alınması ilə çarpayı sayı 25-ə çatdırılıb.8 həkim-nefroloqun fəaliyyət göstərdiyi şöbə ultrasəs və rentgen müayinəsi üçün bütün lazımi avadanlıqlarla tam təchiz olunub. Qeyd edək ki, şöbə ay ərzində 140-dan çox pasiyentə 1 600-dən çox hemodializ seansı aparmaqla fəaliyyət göstərir.

Read More
Region Xəbərləri 

Radikalların məkrli niyyətləri.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir. PrezidentİlhamƏliyevinölkəyərəhbərliketdiyi 2003-cü ildənbuvaxtadəkolanmüddətAzərbaycantarixinəhərtərəflivəsürətliinkişafdövrükimidaxilolub. 30 ildir ki,i şğalda olan torpaqların azad edilməsi, orada quruculuq işlərinin aparılması,  bizə əmanət olan şəhid, qazi ailələrinə qayğı,ümumiyyətlə inkişaf edən Azərbaycan, bütün bunları dərk etməyən xəstə beyinlər cəmiyyətimizə ləkə gətirir. Bu gün Azərbaycanın uğurlarına və inkişafına kölgə salmağa çalışan, qaranlıq keçmişi ilə hər bir Azərbaycan vətəndaşının yaddaşına həkk olan AXCP və Müsavat Partiyası, onların riyakar, ikiüzlü “tərəfdaşları” qərbdən maliyyələşən qrantlar…

Read More