Region Xəbərləri 

Fəxrlə deyə bilirik ki, dövlət müstəqilliyimizin əsasları quruldu və möhkəmləndi.

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olmuşdur. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, hər dəfə tarixi şəraitə uyğun olaraq milli, müstəqil yaratmaq istiqamətində səylər qarşısıalınmaz prosesə çevrilmişdir. 90-cı illərin əvvəllərində Azərbaycanın daxilində və onun ətrafında yaranan siyasi vəziyyət o zaman hakimiyyətdə olan insanların şəxsi xüsusiyyətlərindən irəli gəlirdi. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu…

Read More
Region Xəbərləri Təhsil 

Ümummilli Lider Heydər Əliyevin Anım günü ilə əlaqədar olaraq şəhər 7 saylı tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Bu gün 7 nömrəli tam orta məktəbin IX sinif şagirdləri və müəllimləri Ulu öndərimiz H.Əliyevin abidəsini ziyarət etmiş, sonra isə Tarix və Diyarşünaslıq muzeyinə ekskursiya etmişlər. Məktəblilər əvvəlcə Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş, Onun əziz xatirəsini yad etmişlər. Daha sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlər foyedə Dahi Liderimizə həsr olunmuş kitabların sərgisi ilə, o cümlədən Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında isə şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş, dolğun…

Read More
Region Xəbərləri 

Zəfər paradı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.” Dekabrın əvvəlində, 10 dekabr tarixində Azərbaycanın paytaxtı Bakının Azadlıq Meydanında bir zəfər paradının keçiriləcəyi məlum oldu. Belə ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Prezident İlham Əliyev Bakıda Qələbə Paradının keçirilməsi haqda tapşırıq vermişdir. Bu məqsədlə Müdafiə Nazirliyi hərbi paradın hazırlıqlarına başlamışdır. Hərbi paradla əlaqəli texnikanın təhlükəsizliyini təmin etmək üçün bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Dekabrın 5-də Azərbaycan Silahlı Qüvvələri parad…

Read More
Region Xəbərləri 

Növbədənkənar Prezident seçkilərinin keçirilməsi yeni siyasi reallıqdır

Dekabrın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Qərara görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və ölkənin Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir. Prezident seçkilərinin 2024-cü il fevralın 7-də keçiriləcəyinin elan edilməsi həm də beynəlxalq ictimaiyyətə verilən mesajdır. Dünya ilk dəfə postsovet məkanında torpaqlarını işğaldan azad edən ilk dövlətin bütün ərazilərində seçki keçirəcəyini görəcək. BMT-nin müvafiq sənədləri ilə təsbit olunmuş ərazilərdə seçki keçirilməsi bir tarixdir. Digər mühüm amil ondan ibarətdir ki, beynəlxalq hüquqla təsbit…

Read More
Region Xəbərləri 

Nailiyyətlər və çətinliklər

1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin və 7 ətraf rayonun Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə işğal edilməsi regionda uzun müddətli işğalçılıq siyasətinin hökm sürməsinə səbəb oldu. 30 ilə yaxın davam edən işğalçılıq siyasəti bütövlükdə regionun inkişafına böyük əngəllər və təhdidlər yaratdı. Azərbaycan sülhsevər və dünyəvi bir dövlət olaraq beynəlxalq münaqişələrin həlli yolu kimi müharibə variantını rədd edən prinsiplər əsasında Ermənistanla uzun müddətli sülh danışıqları apardı. Bütün bu müddət ərzində ölkəmiz münaqişənin sülh yolu ilə həllinə ümidlər bəsləsədə Ermənistan və onun havadarları münaqişənin…

Read More
Region Xəbərləri 

Leyla Məmmədova: FENOMENAL ŞƏXSİYYƏT

Bərdə şəhər 10 saylı körpələr evi uşaq bağçasının müdiri Leyla Məmmədova – 2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız tərəfindən unudulmaz Ulu öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir. Xalqımızın qəlbində əbədi yaşayan Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması təhsilini başa çatdırmağa imkan verməmişdir. Ulu öndər Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar…

Read More
Region Xəbərləri 

Azərbaycan Respublikasında 2024-cü il fevral ayının 7də növbədənkənar prezident seçkisi olacaq.

Hər zaman olduğu kimi, dünən də, bu gün də, sabah da sizinləyik və sizinlə olacayıq Cənab Prezident! İlhamla İrəli Uzun illərdən sonra Azərbaycanda ilk dəfə bütün ölkə üzrə prezident seçkiləri 2024 cü ilin fevralında keçiriləcək. Bu ərazilərimizin işğaldan azad olunmasından sonra ilk seçki olacaq. İndidən səsim də, dəstəyim də İlham Əliyevədir. Bunun birinci ən böyük səbəbi Unudulmaz Liderimiz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin davamçısı olmasıdır.İkinci səbəbi Qarabağın tamamilə azad edilməsi, suverenliyimizin, konstitusiyamızın bütün ərazimizdə bərpa edilməsi (Xalqımız son 200 ildə ancaq torpaq itirib, bu tendensiya qırıldı, şükür ki) və…

Read More
Region Xəbərləri 

Qaraqoyunlu kəndində rayon İcra Hakimiyyəti başçısı­nın səyyar qəbul-gör­üşü keçirilmişdir

Qəbulda rayon İcra Hakimiyyətinin başçıs­ı, hüquq-mühafizə or­qanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatları­nın rəhbərləri və kə­nd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyə­tinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respubli­kasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qə­bul-görüşlərin vətən­daşları narahat edən məsələləri bilavasi­tə yerdə öyrənmək və onların həllini təm­in etmək olduğunu bi­ldirdi, ölkəmizdə, rayonumuzda və Qaraqoyunlu kəndində həyata keç­irilən tədbirlər, gö­rülən işlər barədə qısa məlumat verdi. Son illərdə İnzibati ərazi dairəsinin bü­tün kəndləri qazlaşd­ırılıb, Güloğlular-Qaraqoyunlu kəndlərarası 1.5 km yol qum-çınqılla əsaslı təmir edilib, magistral yoldan Qaraqoyunlu kəndinin mərkəzinədək 500 metr yol asfaltlaşdırılıb,kənddaxili 10 km…

Read More
Region Xəbərləri 

10 dekabr ZƏFƏR paradı həm də Azərbaycan Türkiyə qardaşlığının ən gözəl təqdimatı oldu.

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan-Türkiyə qardaşlığının təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradından ötən üç il iki dost ölkənin münasibətlərinin daha da möhkəmlənməsi ilə xarakterizə olunur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər paradındakı çıxışında “Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər.…

Read More
Bölgə Region Xəbərləri 

Bərdə rayonunda 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilmişdir.

Bu gün Bərdə RİH yanında yaradılmış Ailə, qadın və uşaq problemləri üzrə komissiyanın təşkilatçılığı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan komissiyanın sədri Səfurə Hümbətova əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq bildirmişdir ki, Beynəlxalq Əlillər günü 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. Bu cür tədbirlər müntəzəm olaraq Respublikamızda o cümlədən rayonumuzda…

Read More