Şou biznes 

“Valideyninə görə sənətə gələn uşaq yarı yolda qalar”

Xalq artisti Mənsum İbrahimov “Qonaqcanlı” verilişində qonaq olub. Xanəndə valideynlərin istəyi ilə uşaqların sənətə gəlməsini doğru hesab etmədiyini bildirib: “Valideyninə görə sənətə gələn uşaq yarı yolda qalar. Çünki biz heç kimə görə sənətə gəlməmişik, o vaxt muğama gəlmək çox çətin idi. İnan ki, qəhrəmanlıq idi. Bir televiziya kanalımız var idi, ora düşmək çətin idi. O vaxt indiki kimi müsabiqələr yox idi ki, günlərlə efirdə görünəsən. Məsələn mən özüm müsabiqə ilə gəlmişəm. Cəmi bir gün oxumuşam. O da efirdə də getməyib”. (axsam.az)

Read More
Şou biznes 

Azərbaycan mədəniyyəti bu dəfə “Netflix”dəVİDEO

Gözlənilən an gəldi! “Netflix” “Drive to Survive” serialının 7-ci mövsümünü təqdim etdi. Azərbaycan mədəniyyəti, gözlənilməz Bakı yarışının təfərrüatı ilə birgə növbəti dəfə qlobal yayım platformasında daha geniş planda yer aldı. Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli film deyil, “Formula-1” dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına bir səyahətdir. İlk dəfə olaraq serial trekdən kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng mədəni irsimizdən görüntülərini daha yaxından yayımlayır. “Netflix” komandası çəkilişi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin texniki dəstəyi ilə həyata keçirib.…

Read More
Şou biznes 

“Kişilərin özlərini arvad kimi aparması xəstəlikdir”

Baku TV-nin “Qapqara” verilişinin buraxılışında tibb elmləri namizədi Rəşid Mahmudov maraqlı açıqlama verib. O, bildirib ki, kişilərin özlərini qadın kimi aparması xəstəlikdir: “Qadınlarda və kişilərdə estrogen və testosteron hormonları ifraz olunur. Bunlar həm qadınlarda, həm də kişilərdə mövcuddur. Qadınlarda estrogen çox, testosteron isə azdır. Lakin kişilərdə estrogen az, testosteron çoxdur. Kişilərin cinsi orqanında testosteronla yanaşı, estradiol da ifraz olunur. O, çoxalmağa başlayanda kişilər özlərini qadın kimi aparırlar. Bu isə xəstəlikdir. Ancaq həmin hormonun səviyyəsini aşağı salmaq mümkündür”.

Read More
Şou biznes 

İlqar Muradov efirdə kövrəldi

Xalq artisti İlqar Muradov efirdə kövrəlib. Sənətçi “Gün ortası” verilişində nəvələrindən danışarkən göz yaşlarına hakim ola bilməyib: “Vaxt nə qədər amansızdır. Mənim 68 yaşım olacaq. Sanki o 60 il bir anda, göz qırpımında keçib gedib. Bir şairin gözəl sözü var, mənim mahnımda da keçir: “Mənim illərim…”. İnsan yaşa dolduqca ucalır. Hər yaş dövrünün öz gözəlliyi var. Təki insanlar sağlam olsun. Nə yaxşı ki, musiqi ilə məşğul olmuşam. Musiqi mənə böyük bir var-dövlət gətirib. Elə bir var-dövlət ki, onu heç kim əvəz edə bilməz. O var-dövlət insanların sevgisidir. Özümü ən xoşbəxt…

Read More