Hava 

Əksər rayonlarda hava yağmursuz olub – FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, ötən gün bəzi şərq rayonlarında arabir yağıntılı olub. Məlumata görə, düşən yağıntının miqdarı Biləsuvar, Yardımlıda 2, Ordubad, Şəki, Şabran, Astarada eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qrızda (Quba) 16, Altıağacda 9, Lerik, Şamaxıda 3, Şahbuzda 2, Xaltan, Lənkəran, Qobustan, Daşkəsəndə 1 sm-dir. Qərb küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib. Şamaxı, Qrız,…

Read More
Hava 

Sabah 16 dərəcə şaxta olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında isə əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşama doğru bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu…

Read More
Hava 

20 yanvarda HAVA belə olacaq

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gün ərzində gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a bildirilib ki, sabah saat 7:00-11:00 radələrində arabir yağıntılı olacağı, tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s, havanın temperaturu 3-6° isti olacaq. Saat 11:00-14:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, havanın temperaturu 5-7° isti olacaq. Saat 14:00-17:00 radələrində hava şəraitinin əyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 7-12 m/s, havanın temperaturu 6-8° isti olacaq. Saat 18:00-22:00 radələrində havanın dəyişkən buludlu olacağı,…

Read More
Hava 

Sabah hava necə olacaq?

Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “İki sahil”ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Yanvarın 20-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı…

Read More
Hava 

Qar, külək, şaxta… – Faktiki hava

Yanvarın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti arabir yağıntılı olub. Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 20 sm, Şahdağda 18 sm, Zaqatalada (Əlibəy) 8 sm, Qaxda (Sarıbaş) 5 sm, Qusar (Laza), Xınalıqda 3 sm, Xaçmaz, Şəkidə (Kişçay) 1 sm-dir. Belə ki, düşən yağıntının miqdarı Şabranda 4 mm, Qubada (Qımıl) 3 mm, Zaqatala, Xınalıq, Altıağac, Şəkidə 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s, Kəlbəcərdə…

Read More
Hava 

Bu bölkələrə qar yağır – FAKTİKİ HAVA

Hazırda Qax (Sarıbaş), Şəki (Kişçay), Xınalıq, Qusar, Qrız, Şahdağda arabir qar yağır. ARANTV.AZ  xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 18-i saat 17:00-a olan məlumatına əsasən qərb küləyi arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib. Qrız, Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Aran  rayonlarında 14, dağlıq rayonlarda 1, Naxçıvan MR-da 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 9 dərəcəyədək şaxtadır.

Read More
Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-i axşamdan 19-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-i axşamdan 20-si gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. 19-u gündüz yağıntıda qısa müddətə fasilə olacaq.

Read More
Hava 

Şənbə günü intensiv yağış və qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı…

Read More
Hava 

Yanvarın 20-də yağış yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, həmin gün şimal-qərb küləyi 7-12 m/s, gecə və səhər arabir 15-17 m/s-dək güclənəcək. Qeyd olunub ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq.

Read More
Hava 

Sabah Bakıda çiskin olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın əksər rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi…

Read More