Magistr imtahanı ilə bağlı bu dəyişiklik etiraz doğurdu
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistr imtahanındakı xarici dil suallarının dəyişdirilməsi ilə bağlı ictimaiyyətə məlumat verib. Xarici dildə “speaking” – yəni danışıq qabiliyyətinin yoxlanılması prosesi həyata keçiriləcək. Yeniliklə bağlı təhsil eksperti Ramin Nuralıyev Musavat.com-a yanaşmasını bildirib: “Magistratura imtahanı ümumiyyətlə düzgün istiqamətdə hazırlanmayıb. İmtahan nəticələrinə nəzər yetirsək, əksər yüksək ballı tələbələrin dəqiq fənlər üzrə təhsil alanlar olduğunu görərik. Bunun səbəbi isə magistratura imtahanındakı sualların riyaziyyat, məntiq və digər dəqiq fənlərə üstünlük verməsidir. Bu isə humanitar ixtisaslarda oxuyan tələbələr üçün çətinlik yaradır. Tarix, filologiya və dil elmləri üzrə təhsil…
Read More