Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ
Azərbaycanın əmək bazarında bəzi ixtisaslara tələbat artsa da, məzunların iş tapmaq imkanları azalıb. Universitetlərdə plan yerləri real ehtiyacları tam qarşılaya bilmir. Məsələ ilə bağlı, təhsil eksperti Elçin Əfəndi Ajans.az-a açıqlama verib. O bildirib ki, hazırda əmək bazarında abituriyentlərin daha çox üstünlük verdiyi ixtisaslar əsasən IT və maliyyə-iqtisadiyyat yönümlü sahələrdir. Xüsusilə kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi kimi istiqamətlərə maraq yüksəkdir. Bu sahələr üzrə kadr hazırlığının artması isə gələcəkdə əmək bazarında həmin ixtisas sahiblərinin sayının çoxalacağı anlamına gəlir. Nəticədə onların arasından yalnız ən güclü və peşəkar olanlar əmək fəaliyyətinə başlaya biləcəklər.…
Read More