Məktəblərdə valideynləri narazı salan hal: problem nə vaxt həll olunacaq?
Son günlər uşaqlar arasında müxtəlif xəstəliklər, virus infeksiyaları yayılıb. Valideynlər bunun səbəbini məktəblərdə istilik sisteminin işləməməsi ilə əlaqələndirirlər. Qeyd edirlər ki, noyabrın 15-nə qədər olan vaxt çox gecdir. “Havalar oktyabrın ortalarından soyumağa başlayıb. Məktəb divarları buz kimidir. Oturacaqlar da çox soyuqdur. Uşağı məktəbə sağlam göndəririk, xəstə qayıdır”, – deyə iki övladı məktəbdə oxuyan paytaxt sakini Əfruz Babayeva saytımıza bildirib. Qeyd edək ki, Bakıda hər il istilik mövsümü noyabrın 15-də başlayır. Bəs bu müddət noyabrın əvvəlinə dəyişdirilə bilərmi? Təhsil eksperti Kamran Əsədov hesab edir ki, şagirdlərin sağlamlığı üçün istilik qaydaları yenilənməlidir: “Hazırda…
Read More