Universitetlərdəki artıq fənlər – nazirin təklifinə reaksiya
Ekspert: “Tədris proqramları əmək bazarının tələblərinə uyğun olaraq modernləşdirilməlidir” Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, bəzi fənlərin ixtisar edilməsi və tələbələrin təcrübələrə yönəldilməsi barədə müzakirələr aparılır. Təhsil naziri bununla bağlı açıqlama verərək bildirib ki, ali təhsil müəssisələrində proqramların yenilənməməsi daima gündəmdədir. Nazirin sözlərinə görə, bəzən dəyişiklik edilməməsinin səbəbi təhsilə aidiyyəti olmayan məsələlər olur: “Ali təhsil müəssisələrində o qədər fənn var ki, onlar keçirilməməlidir. Əgər dəyişikliyə hazırıqsa, bunu edək”. Dəyişikliklərə hazır olmaq üçün nə edilməlidir? Ali təhsil ocaqlarında artıq fənlər hansılardır? Onlar niyə hələ də qalır? Təhsil üzrə ekspert Kamran Əsədov…
Read More