Təhsil 

Tələbə geyimi müzakirələri – qalmaqal bitmir

Ekspertlər hesab edir ki, universitetlər valideynlərlə danışıq aparmalıdır; “Toyun toy geyimi var, təhsil ocağının da öz…” Bir neçə gündür ki, yenə tələbələrin geyim məsələsi gündəmə gəlib. Belə ki, Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib. Pedaqoq şəklin üzərinə “Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır” sözlərini yazıb.  Bundan sonra ictimaiyyət arasında geniş müzakirələr aparılıb. Kimisi müəllimi dəstəkləyib, bəziləri də müəllimin bu hərəkətini tənqid edib. Ümumiyyətlə, tələbələrin xarici görünüşü ilə bağlı məsələlər zaman-zaman etiraz doğurub.…

Read More
Təhsil 

“Hazırkı təhsil sistemi uşaqların uşaqlığını yaşamaqdan məhrum edir…” – Ekspertdən ŞOK açıqlama

“Hazırda repetirorluq uşaqları yaşamağa qoymur. Bütün şagirdlər dərsdən sonra dərsə gedirlər. Uşaqlar uşaqlığını yaşamaqdan məhrum olurlar”. ARANTV.AZ  bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edir ki, hazırkı təhsil sistemi və ali məktəblərə qəbul prosesi uşaq psixologiyası və inkişafı üzərində ciddi mənfi təsir göstərir: “Valideynlərin yüksək rəqabətə görə övladlarını repetitor yanına göndərməsi geniş yayılan bir praktika halına gəlib. Bu vəziyyət uşaqları çox erkən yaşdan sıx bir tədris prosesinə cəlb edir, onların sosial və emosional inkişafını geridə qoyur, nəticədə uşaqlar uşaqlıqlarını tam yaşaya bilmir. Ali məktəblərə qəbul üçün…

Read More
Təhsil 

6 direktor işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasında (MR) altı məktəb direktoru vəzifədən azad olunub. ARANTV.AZ  report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov əmr imzalayıb. Belə ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilən Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Əli Abbasov, Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Pərvin Nəcəfsoy, Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva, Şərur şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevil Hacıyeva, Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Xəzəngül Orucova və Naxçıvan şəhər 5 nömrəli tam…

Read More
Təhsil 

Qarabağ Universitetinin yeni fakültələri hansılardır? – VİDEO

Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək.. ARANTV.AZ  bildirir ki, artıq Xankəndidəki Qarabağ Universitetində tədris başlayıb. Tələbələr təhsil ocağına gələrək tədris prosesinə qoşulublar. İlk dərs günündə iştirak edən Elm və Təhsil naziri Emin Əmrullayev Universitetin fəaliyyəti və yeni fakültələr barədə məlumat verib. Xocalı şəhərində də kənd təsərrüfatı elmləri fakültəsinin 2027 ildə fəaliyyətə başlaması planlaşdırılır. Bu gün dərslərə başlayan tələbələr də öz təəssuratlarını bölüşüblər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Read More
Təhsil 

Azərbaycanda bu universitet tələbələrini ÖZÜ SEÇƏCƏK – DİM-in imtahan nəticələri qəbul edilmədən…

“Dünən Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama görə, universitetə tələbə seçimini müstəqil aparmaq hüququ verilib. “Tələbə seçimini müstəqil aparma” ifadəsi, müəyyən bir təhsil müəssisəsinə tələbə qəbulunun, dövlətin və ya hər hansı mərkəzi qurumun müdaxiləsi olmadan, həmin universitetin öz qaydalarına və meyarlarına əsasən həyata keçirilməsini nəzərdə tutur. Yəni, ali təhsil müəssisəsi tələbə seçim prosesini öz daxili qərarları ilə aparır və dövlətin qəbul imtahanı, məsələn, Dövlət İmtahan Mərkəzinin nəticələri ilə bağlı mütləq şəkildə tənzimləmə və ya tələb olmur”. Medianews.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. O qeyd edib…

Read More
Təhsil 

Tələbələrə ŞAD XƏBƏR: Güzəştlər OLACAQ

Azərbaycanda ali təhsil alan tələbələr üçün müəyyən şərait yaradılıb. Ancaq hazırkı vəziyyət onların maddi durumunun yaxşılaşdırılması üçün daha çox addımlar atılmağın zəruri olduğunu göstərir. Sosial qayğılar tələbələrə dərslərinə yetəri qədər adaptasiya olmağa imkan vermir. Bəs çıxış yolu nədir? Millət vəkili Ceyhun Məmmədov sözügedən məsələ barədə “Yeni Sabah”a danışıb və atıla biləcək addımlar haqda öz fikrini bildirib: “Ümumiyyətlə, dünyanın bir sıra ölkələrində belə bir sistem fəaliyyət göstərir. Yəni, tələbələr üçün müəyyən güzəştlər nəzərdə tutulur. Xüsusilə də bura nəqliyyatdakı güzəştləri daxil edə bilərik. Dünyanın əksər ölkələrində nəqliyyatla bağlı gənclərə, tələbələrə güzəşt edilir,…

Read More
Təhsil 

Tələbənin geyimi vacibdir, yoxsa savadı?

Hər il yeni tədris ilində tələbə və müəllim heyəti arasında təhsil müəssisələrində geyim qaydaları ilə bağlı məsələlər gündəmə gəlir. Ötən gün Tibb Universitetinin müəllimlərindən biri sosial şəbəkələrdə qınaq obyektinə çevrilib. Buna səbəb onun öz şəxsi “Instagram” hesabında xanım tələbələrdən birinin geyimi ilə bağlı etdiyi paylaşım olub. Həmin paylaşımdan sonra vətəndaşların fikirləri iki yerə ayrılıb. Bir qisim təhsilin geyimlə ölçülməməli olduğunu və müəllimlərin tələbələrə biliyinə görə qiymət verməli olduğunu iddia edərkən, digər qisim isə hər bir tələbənin təhsil ocağında mütləq şəkildə geyiminə fikir verməli olduğunu qeyd edib. Oxu.Az məsələ ilə bağlı Azərbaycan…

Read More
Təhsil 

“Şagirdlər yalnız bu müddətə qədər ev tapşırıqları yerinə yetirməlidir”

“Ev tapşırıqları verildikdə şagirdlərin onları hansı müddətlərdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır”. ARANTV.AZ  bildirir ki, bu barədə təhsil eksperti Elşən Qafarov deyib. Ekspert həmin müddətləri bu cür açıqlayıb: “Bu müddət 1-ci sinifdə (dərs ilinin ikinci yarısından etibarən) – 1 saata qədər, 2-ci sinifdə – 1,5 saata qədər, 3-cü və 4-cü siniflərdə – 2 saata qədər, 5-ci və 6-cı siniflərdə – 2,5 saata qədər, 7-ci və 8-ci siniflərdə – 3 saata qədər, 9-cu və 11-ci siniflərdə – 4 saata qədər təşkil etməlidir”.

Read More
Təhsil 

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək. ARANTV.AZ  xəbər verir ki, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq və kompüterlər vasitəsilə keçiriləcək. İmtahana qeydiyyat 2024-cü il avqustun 21-dən sentyabrın 13-dək aparılıb və bu müddət ərzində 132 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: şəxsiyyəti…

Read More