Təhsil 

Birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

2023-2024-cü dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron sənəd qəbulu ilə əlaqədar alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən xəbərə görə, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər. Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə 136, 156, 234, Xətai rayonu üzrə 17, 165, Nizami rayonu üzrə 145, 129, Nərimanov rayonu üzrə 82, Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Suraxanı rayonu üzrə 76,…

Read More
Təhsil 

Elm və Təhsil Nazirliyi valideynlərə çağırış edib: “Şirinlik” verməyin”

“Birincə sinfə qəbul zamanı məktəb direktorunun hər hansı valideyndən “şirinlik” istəməsi qanun pozuntusudur”. ARANTV.AZ “Report”a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib. O bildirib ki, buna görə də valideynlər öz hüquqlarını müdafiə etməlidir. Nazirlik rəsmisi vurğulayıb ki, belə hallarla qarşılaşan valideynlər hüquq-mühafizə orqanlarına müraciət edə, eyni zamanda birbaşa nazirliyə və digər aidiyyəti qurumlara yazılı şəkildə şikayət göndərə bilərlər: “Bu prosesdə bir-birimizə yardımçı olmalıyıq. Elektron sistem şagirdin qəbulu barədə sms göndərirsə, məktəbin bu məsələdə əsas…

Read More
Təhsil 

Sabahdan birinci siniflərə şagird qəbuluna başlanılır

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Belə ki, mayın 11-də saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, mayın 15-də saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək. Mayın 15-də saat 11:00-dan mayın 31-də saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Bakı Avropa liseyi, Respublika…

Read More
Təhsil 

Emin Əmrullayev Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir

“Dizayn təfəkkürü vasitəsilə daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün öyrənmə mədəniyyətinin təkmilləşdirilməsi, dözümlülüyün formalaşdırılması və dayanıqlılığın təşviq edilməsi” devizi altında təşkil edilən Dünya Təhsil Forumu öz işinə başlayıb. Bu barədə ARANTV.AZ-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Londonda keçirilən forum çərçivəsində bu il dünya təhsilinin qarşısında duran əsas çətinlik və çağırışlar, onların həlli yolları müzakirə ediləcək. Forumda həmçinin öyrənmə prosesi, insanlar, müəssisə və təhsil sistemləri arasında dözümlülüyün yaradılması məsələsinə toxunulacaq. Sessiyalarda bilik, bacarıq, münasibət və dəyərlərin inkişafına yönələn siyasət, liderliyin əhəmiyyəti və təhsilin əsas məqsədləri üçün texnologiya dəstəyi…

Read More
Təhsil 

“Gələcəkdə buraxılış imtahanları iki mərhələdə keçirilərsə… “ – ekspert rəyi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında açıq suallara görə növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib. M.Abbaszadə bildirib ki, imtahanların müddəti standartlara uyğun müəyyən edilib.Onun fikrincə, bəzi sualları cavablandırmaq üçün orta hesabla 1-2 dəqiqə vaxt lazımdır. “Təbii ki, açıq suallar daha çox vaxt aparır. Lakin elə qapalı suallar var ki, orada heç bir dəqiqə belə tələb olunmur, həmin sualı 1 saniyədə cavablandırmaq mümkündür. Məsələn, sual olunur ki, qonşu bucaqlar hansılardır? Bu suala baxanda anında cavab vermək olar. Burda hesablama aparmaq tələb olunmur. Bu halda həmin…

Read More
Təhsil 

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Bu gün saat 11:00-dan etibarən şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, namizədlər 17 may saat 11:00-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı mərhələsi test imtahanı və yazı işindən ibarət olaraq keçiriləcək.…

Read More
Təhsil 

Bakı məktəblərinin III siniflərində monitorinq keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq keçiriləcək. İdarədən verilən xəbərə görə, BŞTİ-nin Təhsilin Keyfiyyətinə Nəzarət Sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə monitorinq 17 may 2023-cü il tarixində təşkil olunacaq. Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılacaq. Təhsilalanlara tədris dili üzrə 15, riyaziyyat fənni üzrə 15, xarici dil üzrə isə 10 sual olmaqla, ümumilikdə 40 sual təqdim olunacaq. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək. Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə…

Read More
Təhsil 

Hər ay alimlərin sayı daha da artır – hara qədər?

Aprel ayında 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.  Bu barədə  Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib. Həmin müddətdə 53 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 30 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə isə imtina cavabı gəlib. Bundan başqa, keçən ay 16 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 5 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə imtina verilib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2021-ci ilə dair rəqəmlərinə əsasən hazırda Azərbaycanda…

Read More
Təhsil 

Ölkədən “beyin axını” problemi yenidən gündəmdə

Ekspertlər problemin həllini universitetlərin maddi-texniki bazasını və əcnəbi mütəxəssisləri dəvət etməklə kadr potensialını gücləndirməkdə görür “Azərbaycanda elmi araşdırmaların, qanunların tətbiq səviyyəsi bizi qane etmir”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin son iclasında çıxış edən komitə sədri Bəxtiyar Əliyev bildirib. “Bu o demək deyil ki, ölkədə yaxşı alimlərimiz yoxdur. Bizim çox güclü alimlərimiz var. Necə olur ki, azərbaycanlı alimlər ABŞ-da, İngiltərədə, Almaniyada, Yaponiya və Koreyada böyük mərkəzlərə rəhbərlik edirlər. Elmi araşdırmalar aparır, yeniliklər gətirirlər. Həmin ölkələrə milyonlara pul qazandırırlar. Demək ki, Azərbaycan xalqında bu potensial var”. “Siyasətimizə müəyyən dəyişikliklər etməliyik.…

Read More
Təhsil 

Bu tarixdən ibtidai siniflər üçün bir həftəlik tətil başlayır

Orta məktəblərdə mayın 1-dən etibarən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. ARANTV.AZ  xəbər verir ki, tətil mayın 5-dək davam edəcək. Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Read More