“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinə qeydiyyat bu gün yekunlaşır
Bu gün Təhsilin İnkişafı Fondunun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsinə qeydiyyat yekunlaşır. Fonddan “İki sahil”ə bildirilib ki, müsabiqənin məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir. İki mərhələdən ibarət müsabiqədə bakalavriat və magistratura tələbələri “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzularından biri üzrə ideya və təkliflərini təqdim edə bilərlər. Birinci mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimatda məsələnin qoyuluşu, innovativ yanaşma və icra planı öz əksini tapmalıdır. Təqdimatlar…
Read More