Tələbələrin sığınacaq dərdi: Universitet yataqxanaları neçəyə başa gəlir?
Azərbaycanda dərslərin başlamasına bir həftə vaxt qalır. Yay tətilinin son günlərində şəhər və rayonlardan tələbələr paytaxta üz tutur. Çoxları üçün bu, yeni həyatın başlanğıcıdır: universitet auditoriyaları, imtahan həyəcanı, tələbəlik dostluğu… Amma bütün bunların arxasında böyük bir problem gizlənir – yaşayış yeri. Rayonlardan gələn tələbələrin ən çox üzləşdiyi məsələ Bakıda ev tapmaqdır. Təhsil yolunu seçən gəncin ilk sualı dərslərin necə başlayacağı deyil, “harada qalacağam?” olur. Kirayə mənzil bazarında vəziyyət isə ürəkaçan deyil. Yay aylarında nisbətən ucuz olan evlərə sentyabr yaxınlaşdıqca tələbə axını başlayır, tələbat artır, qiymətlər isə dərhal qalxır. Paytaxtın mərkəzi…
Read More