Sosial 

Pensiyaçılara ŞAD XƏBƏR – Yeni qayda tətbiq edilir

Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq niyyətindədir. ARANTV.AZ  xəbər verir ki, bu barədə iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın sədri ilə iqtisadçılar arasında keçirilən görüşlə bağlı deyib. Onun sözlərinə görə, bundan sonra dövlət müəssisələri tərəfindən verilən maaş və pensiyalar yalnız iri banklar vasitəsilə deyil, vətəndaşların seçdiyi istənilən bank vasitəsilə ödəniləcək: “Əslində, qanunla bu hüquq var idi, sadəcə ona əməl olunmurdu. İndi isə bu məsələ nəhayət ki, reallaşacaq”. Ə.Həsənov əlavə edib ki, Mərkəzi Bank eyni zamanda islam bankçılığı institutlarını mərhələli şəkildə tətbiq etməyi planlaşdırır.

Read More
Sosial 

Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?

Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan və əmək haqları dövlət büdcəsindən ödənilən işçilərin vəzifə maaşlarının məbləğlərini yeni redaksiyada təsdiq edib. Bu o deməkdir ki, həmin vətəndaşlarımızın maaşları artırılmış məbləğlər ilə təsdiqlənib. Qərarı şərh edən millət vəkili Vüqar Bayaramov bildirib ki, baş nazirin imzaladığı sənədlərə əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin…

Read More
Sosial 

Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK – VACİB XƏBƏR

Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə, işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər. Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır? Deputat Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır. O, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsələni izah…

Read More
Sosial 

Azərbaycanda ən yüksək əməkhaqları verilən SAHƏLƏR

İnsanların əməkhaqları sektorlar üzrə dəyişir. Belə ki, bu il üçün orta aylıq əməkhaqqı neft-qaz sektorunda 3 830,2 manat, qeyri neft-qaz sektorunda 1 010,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqları 1 017,2 manat, özəl müəssisələrdə isə 1 110,0 manat olub. Əməkhaqqının ən yüksək olduğu sahələr mədənçıxarma sənayesi (3 596 manat), maliyyə və sığorta fəaliyyəti (2 768 manat), informasiya və rabitə fəaliyyəti (1 854 manat), nəqliyyat və anbar təsərrüfatı (1 645 manat) olub. Ən aşağı olduğu sahələr kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (644 manat), inzibati və yardımçı…

Read More
Sosial 

“Qadınlar işdən bir saat tez çıxsın” – təklif qanuniləşsə…

Rusiya Dövlət Dumasının üzvü İqor Antropenko qadınların ailələrinə daha çox vaxt ayırmaları üçün maaşlarını saxlamaqla onların iş gününün bir saat azaldılmasını təklif edib. Bu barədə Rusiya mediası yazıb. “Mən zərif cinsimiz üçün əməkhaqqını saxlamaqla iş gününün ən azı bir saat azaldılmasını aktual və yerinə düşən hesab edirəm”, – TASS deputatdan sitat gətirir. O, qadınların kişilərə nisbətən daha asudə vaxta, o cümlədən evin və ailənin qayğısına qalmaq üçün daha çox zamana ehtiyac duyduğunu vurğulayıb: “Uşaqlar evə yorğun qayıdan ana ilə üzləşirlər və bu, gənc nəsil üçün heç də yaxşı nümunə deyil”.…

Read More
Sosial 

Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…

Qiymətlər artır, yaşam şərtləri bahalaşır, lakin maaşlar dəyişməz qalır. Bir çox ailə üçün gündəlik xərclərin öhdəsindən gəlmək getdikcə daha da çətinləşir. Belə bir şəraitdə əmək haqqı siyasətinə yenidən baxılmasına ehtiyac olduğu açıq şəkildə görünür. Dövlət bu istiqamətdə hansı addımları atmalıdır? İqtisadi sabitlik və sosial ədalət üçün hansı mexanizmlər işə düşə bilər? Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Referans –  açıqlama verib. Mütəxəssis bildirib  ki, ümumilikdə ölkədə maaşların artırılmasının yalnız bir yolu var.  Eyni zamanda bəşəriyyət bu günə qədər bundan yaxşısını da fikirləşə bilməyib. Bu da ölkədə qanunçuluğun və iqtisadi…

Read More
Sosial 

Casusluqda ittiham olunan Fransa vətəndaşının məhkəməsi: Doqquz nəfər Azərbaycan vətəndaşı Fransa kəşfiyyatına işləməyə cəlb edilib

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Təqsirləndirilən Martin Ryan deyib ki, onun məqsədi iş adamı olaraq ölkəsinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmaq olub: “Mən bir Fransa vətəndaşı kimi ölkəmin Azərbaycandakı səfirliyi ilə əlaqə yaratmağı vacib bilirdim. Bu məqsədlə səfirliyin əməkdaşları ilə şəxsi münasibət qurmuşdum. Mən Frederik Devosla söhbət zamanı onun potensial casus olduğunu anladım. Onlarla tez-tez…

Read More
Sosial 

Evdən soyuyan uşaqlar – SOS siqnalı tək valideynlər üçün deyil

Son günlər azyaşlı uşaqların evdən qaçma xəbərləri artır; sosioloq fundamental səbəbləri açıqladı və çıxış yolları göstərdi “Son günlər azyaşlı uşaqların evdən qaçma xəbərləri artır. Tovuzda qaçan da, Xaçmazda qaçan da gedib Gəncədə tapılır. Onlar əlbəttə ki, Nizami Gəncəvinin məqbərəsini ziyarət etməyə yollanmayıblar. Sadəcə, qaçıblar. Valideyndən, məktəbdən, dərsdən, hazırlıqdan, testdən, stressdən, boğucu binalardan…” “Yeni Müsavat” bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial media hesabında yazıb. “Mən uşaq olanda düşünürdüm ki, dünya ancaq kəndimiz boydadır. Yolum məktəbə, kəndin kitabxanasına, stadionuna, babamgilə qədər uzanırdı. Rayonlar mənə yad planet kimi görünürdü. Çünki getmirdim.…

Read More
Sosial 

Müavinət və təqaüd alanların NƏZƏRİNƏ – Bu tarixdə artır

“Sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı cənab Prezidentin imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə təkliflərin hazırlanması ilə bağlı tapşırıq verilmişdi. Nazirlər Kabineti 3 ay ərzində təklifləri hazırlayıb dövlət başçısına təqdim etməli idi”. Bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə verilən vaxt başa çatıb. “Güman olunur ki, Nazirlər Kabineti tərəfindən təkliflər hazırlanıb və dövlət başçısına təqdim olunub. Təbii ki, təkliflərin qiymətləndirilməsi həyata keçirildikdən sonra prosedurlara uyğun olaraq növbəti mərhələdə cənab Prezident tərəfindən sənədin imzalanacağı gözlənilir. Bununla da sosial paketin…

Read More
Sosial 

Zabratda bu məhlədən üfunət iyi gəlir – sakinlər nazirlə başçıdan kömək istəyirFOTO

“1 ildir ki, nəcisli çirkab su küçəyə axır. Müraciət etdiyimiz qurumlar ötür-ötür oyunu oynayır, tədbir görmürlər. Evin sahibi də heç bir tədbir görmür. Məhlədən günboyu cəmdək iyi gəlir, üfunətdən nəfəs almaq olmur”. Sabunçu rayonu, Zabrat-Maştağa şosesində (Azpetrolun arxasındakı məhəllədə) yaşayan bir qrup sakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Sabunçu Rayon İcra Hakimiyyətinə şikayət yazaraq təcili tədbirlər görülməsini istəyirlər. Musavat.com-un xəbərinə görə, şikayətçilər dövlət qurumlarına yazdıqları şikayətdə qeyd edirlər ki, 1 ilə yaxındır qonşuluqda 2 mərtəbəli şəxsi evdə yaşayan Zaur Muradxanov həyətindən küçəyə axan çirkabın qarşısını almaq istəmir: “Ona aid fərdi…

Read More