Sosial 

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2025-ci ilin yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq isə himayədar ailəyə verilib. Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə ötən dövrdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib. Reinteqrasiya tədbirləri də davam etdirilib və 21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.

Read More
Sosial 

Qadınların maaşı kişilərdən niyə azdır? – ayrı-seçkilik, yoxsa…

Bu fərqin səbəblərini anlamaq üçün müxtəlif yanaşmalar mövcuddur – ekspert rəyi Azərbaycanda qadın və kişi əməkhaqqı arasındakı fərq hələ də mövcud olan əhəmiyyətli sosial məsələlərdən biridir. Son rəsmi statistikaya görə, muzdla işləyən qadınların orta aylıq əməkhaqqı 735 manat, kişilərin isə 1 069 manat olub. Bu, kişilərin qadınlardan 31 faiz daha çox maaş aldıqlarını göstərir. Hətta bəzi sahələrdə bu fərq daha da böyükdür; məsələn, peşə, elm və texniki fəaliyyət sahələrində qadınların maaşı kişilərə nisbətən iki dəfə azdır. Ən az fərq isə təhsil sahəsindədir, burada kişilər qadınlardan 14 faiz daha çox maaş…

Read More
Sosial 

SOS: Uşaqların həyatı TƏHLÜKƏDƏ – Bu oyunlar ÖLÜMƏ APARIR

Ölümə aparan internet oyunları Yardımlıda bir can aldı, Bakıda isə məktəblilərə verilən naməlum qrafalı vərəqəni polis araşdırıb – mütəxəssisdən çağırış Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd “TOZ” markalı ov tüfəngini götürüblər. Məlumata görə, yeniyetmənin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib. O, intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə…

Read More
Sosial 

Bu şəxslərin pensiyası 540 manata qalxdı

500 manat pensiya alan şəxs artımlardan sonra 540 manat pensiya almış olacaq. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bu gün keçirdiyi brifinqdə bildirib. DSMF sədri bildirib ki, vətəndaşlar bu artımı həm yanvar, həm də fevral üçün əldə etmiş olacaqlar: “Pensiya artımları 700 min şəxsi əhatə edir. Onlardan 400 mini dövlət, 300 mini isə özəl sektorda çalışan şəxslərdir”.

Read More
Sosial 

Müavinət və təqaüd artımı gözləyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi minimum əməkhaqqı, bəzi sahələrdə əməkhaqları ilə yanaşı, yaxın aylarda sosial müavinətlər və təqaüdlərin də artırılacağını açıqlayıb. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı çərçivəsində icra edilən yeni sosial islahat paketi minimum pensiyanın da yüksəldilməsini təmin edib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, Nazirlər Kabineti üç ay ərzində müvafiq təkliflər və maliyyə qiymətləndirilməsini hazırlayaraq dövlət başçısına təqdim edəcək: “Mart ayının ikinci yarısında bu proses yekunlaşacaq və nəticədə sosial müavinət və təqaüdlərdə artımlar müşahidə…

Read More
Sosial 

Azərbaycanda çoxuşaqlı anlayışı 5-dən 3-ə endiriləcək? – AÇIQLAMA

Bir neçə dəfə Azərbaycanda çoxuşaqlı anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflər səsləndirilib. Belə ki, çoxuşaqlı ailə modeli 5-dən 3-ə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər. Bəs görəsən, hazırda bu istiqamətdə hansısa yeniliyin olması gözlənilir? Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev “Unikal”a açıqlamasında bildirib ki, bu məsələ gündəmdədir və müzakirə mövzusudur. Onun sözlərinə görə, demoqrafik inkişafla bağlı dövlət proqramı hazırlanacaq: “Azərbaycanda əhalinin artımı, dinamikası, yaş tərkibi və s. ilə bağlı proqram qəbul olunmalıdır. Vaxtilə belə bir prorqma olub.…

Read More
Sosial 

Pensiyaların artımla veriləcəyi TARİX AÇIQLANDI

Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevralda birgə ödəniləcək. Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə səsləndirib. O bildirib ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə olaraq 534 milyon manat vəsait ayrılıb: “Dövlət başçısının Sərəncamı ilə istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 2,2 faiz indeksləşdirilərək artırılır.…

Read More
Sosial 

Pensiya alanlara ŞAD XƏBƏR

Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da növbəti artımların təmin edilməsinə, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin bu il də uğurla davam etdirilməsinə imkan yaradır. Bu barədə Musavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. O bildirib ki, Sərəncamla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır: Pensiya artımları pensiyaçıların…

Read More
Sosial 

Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var? – ŞOK RƏQƏMLƏR

Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların istehlak kreditlərinin həcmi 8,4 milyard manat təşkil edib. Bu, bir ay əvvələ nisbətən 22,1 milyon manat və ya 0,3%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 1,5 milyard manat və ya 21,7% çoxdur. Bu o deməkdir ki, Azərbaycanda əhalinin banklara olan borcunun həcmi son bir ayda 22,1 milyon manat (0,3%), son bir ildə isə 1,5 milyard manat (21,7%) artıb. Bundan başqa, hesabat dövründə bankların ipoteka kreditlərinin həcmi 4,2 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 46,9 milyon manat və ya 1,1%, 2024-cü ilin…

Read More